Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Ağdam məktəbində rəzalət: “Ceyhun Bayramov, 1000 manatımızı verin!” - Foto

Tarix:6-11-2018, 10:34 Baxış Sayı:60

Ağdam məktəbində rəzalət: “Ceyhun Bayramov, 1000 manatımızı verin!” - Foto

Bərdə rayonunda yerləşən Ağdam 1 saylı köçkün məktəbinin direktoru Çimnaz Kərimova işə götürdüyü Nahidə Hüseynovanı zərərə salıb

Cahan.info xəbər verir ki, N.Hüseynova kreditə girərək pul götürüb və 3500 manat məktəb direktoruna rüşvət şəklində verib. Ç.Kərimova qarşılığında müqavilə ilə işə götürüb. Amma cəmi 8 ay işləmiş N.Hüseynova məktəbdən xaric olunur.

Bu müddətdə aldığı əmək haqları isə direktorun müxtəlif tədbirlər, yoxlamalar adı ilə yığımına gedib. İşdən çıxarılandan sonra çarəsiz qalan N.Hüseynova pulunu geri tələb edib.

Çox get-gəldən, dava-qırğından sonra Ç.Kərimova ona 2500 manat qaytarıb. Amma yerdə qalan 1000 manatı qaytarmayan məktəb direktoru bu pulun Təhsil Nazirliyinə çatdığını bildirib.

N.Hüseynovaya deyib ki, 2500 manatı təhsil şöbəsindən ala bilib, nazir Ceyhun Bayramova çatan 1000 manat isə getdi. Övladı ağır xəstə olan Hüseynovanın uşağı əməliyyat olunmalıdır.

“İndi biz nə edək, cənab Ceyhun Bayramov? Mən əməliyyat olunmalıyam. Anamın da başına bu oyun açılıb. Pulumuz yoxdur ki, Bakıya nazirliyə gələk. O pulun sizə çatdığına biz inanmırıq.

Əgər belədirsə, xahiş edirəm, pulu göndərin 1000 manatla müalicə olunum, yox məktəb direktorunun əməlidirsə, tapşırıq verin ki, pulumuzu qaytarsın.

İnanmağımız gəlmir ki, sizin 1000 manatımıza ehtiyacınız var”, - deyə N.Hüseynovanın övladı nazir C.Bayramova müraciətində bildirib.

Məktəb direktorunun işə qəbul “qaydaları”nın nədən ibarət olduğu ayrıca bir araşdırma zərurəti yaradır. Lakin indi bu ailə üçün ən vacib olanı uşağın müalicəsidir.

Nazir C.Bayramov hər məktəb müəlliminin qəbulundan doğurdan da 1000 manat qazanırsa, respublika üzrə hesablama aparanda ortalığa külli miqdarda vəsait çıxır.

Nazirlik isə müəllimlərin işə qəbulunda tam şəffaflıq olduğunu açıqlayır. Bu fakt isə tam əksini söyləyir. Jurnalist Eynulla Fətullayevin bu haqda “facebook” səhifəsində qalmaqallı status paylaşması Təhsil Nazirliyini hədəfə çıxarmışdı.

Onun sözlərinə görə, Azərbaycan dilində dərsliklər bərbad gündə, müəllim yox - məktəbə müəllim yeri 8 min manatdır, elm, xüsusilə təbii fənlər çöküb.

Cahan.info xəbər verir ki, N.Hüseynovanın övladı bir daha nazirə müraciət edərək yardım edilməsini bildirib. “Mən məktəbə getmək istəyirəm. Amma xəstəliyim qoymur. Hörmətli nazir, bizim 1000 manata hava-su kimi ehtiyacımız var. Ola bilsin ki, sizə 1000 manat kiçik görünür, amma anam işləmir, dolanışıq yox, xəstəliyim üçün bu pul böyük məbləğdir. Ona görə xahiş edirəm ki, anamı yox, bir məktəblini düşünərək köməklik göstərin”.

Məktəblərə müəllim işə götürülməsi müsabiqələr və təyinatlarla olur. Amma bu müsabiqələrin formal xarakterdaşıdığı, rüşvət piramidasının yerli təhsil şöbələrindən nazirliyə qədər uzandığını iddia edirlər. Ceyhun Bayramovun nazir təyinatından sonra bu sahədə ciddi irəliləyiş olmayıb.

Təhsil eksperti, vaxtilə Misir Mərdanovu yıxıb - sürüyən, təhsildə rüşvətdən danışan, indi nazirlikdə işə düzələn EtibarƏliyev deyibki, müəllim yerlərinin 8 min manata satılması böhtandır.

Zamanla müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi fikrinin ortaya atılması və ardınca 65 yaş senzini bəhanə edib müəllimləri kütləvi şəkildə təqaüdə göndərilməsi keçmiş təhsil naziri Misir Mərdanov və nazirlikdə bu təşəbbüsün müəllifi Strateji Təhlil və Planlaşdırma şöbəsinin sabiq müdiri vəzifəsini daşıyan Fərzəli Qədirova kifayət qədər gəlir gətirdi.

Bir sözlə, vakant müəllim yerlərinə öncə 6-7 min manat rüşvət almaqla başladılan “proses” nəticəsində məbləğ sonradan 10 min manata qədər qaldırıldı. Narazılıqlar genişləndi, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi söhbəti gündəmdən çıxarıldı.

Məlum oldu ki,gənc müəllimlərin işlə təmin etmək məqsədinin arxasında hər il bu “proses”dən milyonlarla manat rüşvət toplamaq məqsədi dayanırmış. Belə aydın olur ki, sistem dəyişməyib.
Ağdam məktəbində rəzalət: “Ceyhun Bayramov, 1000 manatımızı verin!” - Foto
Ağdam məktəbində rəzalət: “Ceyhun Bayramov, 1000 manatımızı verin!” - Foto
Ağdam məktəbində rəzalət: “Ceyhun Bayramov, 1000 manatımızı verin!” - Foto

XƏBƏR LENTİ