Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Ramiz Həsənoğlu: Serial çəkən rejissorlara acıyıram - MÜSAHİBƏ

Tarix:7-11-2018, 10:34 Baxış Sayı:35

Ramiz Həsənoğlu: Serial çəkən rejissorlara acıyıram - MÜSAHİBƏ

Oxu.Az-ın müxbirinin suallarına tanınmış sənətkar, Xalq artisti Ramiz Həsənoğlu cavab verir:

- Ramiz bəy, böyük sənətçilər, sənətkarlar ailəsində böyümüsünüz, yetişmisiniz. Sənətə gəlişiniz onların istəyi, arzusu ilə bağlı olub, yoxsa bu, özünüzdən irəli gələn bir yanaşma, istək, arzu olub və bu gün seçiminizə görə peşman deyilsiniz ki?

- Ümumiyyətlə, hər bir adam sənət seçəndə ətraf mühitdən çıxış edir. Ya tutaq ki, müəyyən bir yaşa gəlib çatır, hansısa bir əsəri olur, yaxud da hansısa bir sənət adamının söhbətini eşidir, onun təsiri altına düşür və onun təsiri ilə bu sahəyə yönəlir. Amma məndə bir az başqa cür idi. Gözümü açandan aktyor ailəsində böyümüşəm və bizim evdə həmişə sənət söhbətləri olub.

Sənət adamları yığışıblar, müxtəlif, hətta gizli söhbətlər edilib, Stalin repressiyası dövründə Abbas Mirzədən danışıblar, Müşfiqdən danışıblar, hansı ki, bu adamların adını çəkmək böyük risk və təhlükə idi. Yəni, belə bir mühitdə böyümüşəm.

1946-cı ildə Yerevan şəhərində doğulmuşam, iki yaşımda isə Gəncəyə köçmüşük. Bildiyiniz kimi, 1948-ci ildə azərbaycanlıları Ermənistandan deportasiya etməyə başladılar və bu səbədən atamla anam da Yerevan teatrından Gəncə teatrına gəldilər.

Yerevan teatrının aktyorlarını Azərbaycanın müxtəlif teatrlarına paylaşırdılar və anamgilin payına, bəxtinə də Gəncə düşdü...

- Gəncə mühiti, Gəncə teatrı necə idi?

- Doğrudan da, yaxşı teatr idi, çox yaxşı bir mühit idi. Orada məktəbə getdim, beşinci sinifə kimi orada oxudum. Artıq orada tamaşalara da, məşqlərə də gedirdim. Kulis arxasında böyüyən bir uşaq idim.

Yadımdadır ki, yayda teatrın kollektivi Azərbaycanın müxtəlif rayonlarına qastrollara gedirdi və o vaxt komfortlu avtobuslar, maşınlar yox idi. Bir yük maşını idi, ora dekorasiyanı, kostyumları, yükləyirdilər, hətta aktyorları da həmin yük maşınında oturdurdular, o yük maşınları ilə Gəncənin yaxınlığında olan rayonlara və yaxud heç də yaxında olmayan, məsələn, Gəncədən Şəkiyə, Gəncədən Zaqatalaya qastrola gedirdilər.

Biz də valideynlərimizlə gedirdik, çünki bizi qoymağa yer yox idi. İstər-istəməz onların yanında olmağa məcbur idik və beləliklə, bu mühit mənim canım hopdu. Soruşursunuz ki, niyə bu sənəti seçdim. İnanın, düşünmürdüm ki, rejissor olacağam, amma bu sənətə gəlməyim - ya rejissor, ya aktyor, ya sənətşünas olmağım, istər-istəməz labüd idi. Artıq o mühitdə böyümüşdüm və iş elə gətirdi ki, qayıtdıq gəldik Bakıya.

Çünki anamla atam buradan getmişdilər Yerevana. Bakıya qayıtdıq, orta məktəbdə təhsilimi davam etdirdim. Anam başladı filmlərdə çəkilməyə, atam isə səhnədən bir az ayrıldı, amma səhnədən getmədi. O, Akademik Dram Teatrında bədii quruluş hissə müdiri işləyən ilk azərbaycanlı idi. Həmçinin, uzun illər Mirzağa Əliyev adına İncəsənət İnstitutunda, indiki Mədəniyyət və İncəsənət Universitetində o sahədən dərs dedi. Mən də məktəbi qurtarmaq üzrə idim, sənətlə, peşə ilə bağlı bir yol seçmək lazım idi. Və bu peşə mənim özüm üçün hələ aydın deyildi, yəni, mən kim olmalıyam?

Uşaqlıqda müəyyən müəyyən arzular var idi. Tutaq ki, təyyarəçi olmaq istəyirdim, nə bilim, lap uşaq olanda yanğınsöndürən olmaq istəyirdim.

Amma anamla atam görəndə ki, tərəddüd içindəyəm, fikrimi konkretləşdirməmişəm, o zaman dedilər ki, gəl, sənədlərini ver Teatr İnstitutuna. Baxaq, görək, əgər bəyənsən, davam edərsən, bəyənməsən, gedib başqa yerdə oxuyarsan. Mən o vaxt artıq zavodda fəhlə işləyirdim...

- Nəyə görə?

- İstəyirdim ki, müstəqil adam olum, cibimdə pulum olsun. Yekə oğlan idim, 17-18 yaşım var idi. Deməli, fəhlə işlədiyimə görə sənədlərimi axşam şöbəsinə verdim – mədəni-maarif fakültəsinə daxil oldum. Başladım oxumağa, sonra məlum oldu ki, daha doğrusu, institutdan dedilər ki, sən öz sahən üzrə çalışmalısan, gərək sənətinə uyğun ixtisas seçəsən. Belə olan halda, anam məni telestudiyaya - AzTV-yə gətirdi...

- Neçənci il idi?

- Bu, 1966-cı il idi. Məni orada rejissor köməkçisi götürdülər. Fikrət Qaradağlı o vaxt bizim baş rejissorumuz idi. Anam da televiziyaya dəvət olunan aktrisalardan idi və ona çox böyük sayğı, hörmət vardı, beləliklə, onun bir sözünü iki etmədilər, məni işə götürdülər. Mən üç ay gedib-gəldim, maaşsız-filansız işə alışdım.

1967-ci ilin yanvar 2-dən əmrim verildi və sənaye redaksiyasına rejissor köməkçisi vəzifəsinə təyin edildim. Bir müddət orada işləyəndən sonra Fikrət Qaradağlı dedi ki, sən sənətkar ailəsində böyümüsən, gəl, səni sənətlə bağlı olan redaksiyalara təhkim edim və məni incəsənət redaksiyasına göndərdi.

O vaxt incəsənət redaksiyasında bizim rəhbərimiz Həbibə Məmmədxanlı və Gəray Fəzli idi. Biri ədəbiyyata baxırdı, biri də drama, teatra, televiziya tamaşalarına. Orada da nəhənglər var idi: rejissorlar Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov və b.

Bu peşə ilə məşğul ola-ola istər-istəməz bu sənətə bağlandım. Çox aktiv idim. Çalışırdım hər şeyi öyrənim, tez mənimsəyim.

Bunu da hiss etdilər, başladılar mənə əvvəl yüngül şeylər tapşırmağa. Müstəqil verilişlər hazırladım. İlk müstəqil verilişim “Hər çinardan bir yarpaq” verilişi idi. Bu, 1967-ci ilin ortaları, yay ayı idi. Özü də o vaxtı verilişlərin əksəriyyəti canlı idi. Video-yazı, demək olar ki, hələ inkişaf etməmişdi.

Video-yazının texnologiyası da o vaxt elə idi ki, dayana-dayana çəkmək olmazdı, başladın, gərək çəkib bitirəsən. Əgər tamaşa saat yarım gedirsə, saat yarım da çəkiliş getməlidir. Elektron montaj adlı anlayış yox idi hələ. Yəni, istər öz quruluşlarımda olan verilişlərin, istərsə də rejissor assistenti kimi, həm Ağaəli Dadaşov, həm Rauf Kazımovski, həm də Arif Babayevinin quruluşlarında olan verilişlərin, tamaşaların hazırlanmasında iştirak edirdim, yaradıcı qrupun aktiv üzvü idim.

İş belə gətirdi ki, sonra mənim bu aktivliyimi gördülər və mənə daha böyük işlər tapşırmağa başladılar. İlk müstəqil quruluş verdiyim tamaşa isə Gəray Fəzlinin “Onuncu planet” əsəri idi. Həmin tamaşada çox sanballı aktyorlar – Yusif Vəliyev, Eldəniz Zeynalov, Bürcəli Əsgərov var idi.

Nəhayət, 1971-ci ildə institutu bitirdim. İnstitutu bitirəndə artıq rejissor kateqoriyam var idi. Qısa bir zamanda kateqoriyadan kateqoriyaya gəldim və artıq öz təkliflərimi verə bilirdim. Sonra da elə oldu ki, 1971-ci ildə əsgərliyə getdim. Bir ildən sonra yenidən işimə qayıtdım və hiss etdim ki, mənim biliklərim, “baqajım” azdır.

Buna görə fikirləşdim ki, digər həmkarlarımın yolu ilə getməliyəm və beləliklə, müsabiqə yolu ilə Leninqrad Teatr İnstitutuna daxil oldum. Aktyor və rejissor assistenti işləyən Elxan Qasımov, bir də Nicat Feyzullayev – biz üçümüz birlikdə qəbul olunduq.

Bizim kursun rəhbəri çox gözəl pedaqoq və praktik rejissor idi - Leninqrad televiziyasında işləyən David İsakoviç Karasik. Biz onun tələbələri olduq. Qiyabi şöbəyə qəbul olunmuşduq, amma qiyabi də nə qiyabi...

- Nə mənada?

- Vallah, adı qiyabi idi, ildə ən azı iki dəfə gedirdik ora. Orada məşğələlər öz yerində, mühazirələr çox intensiv, aktiv gedirdi və o qədər tapşırıq verirdilər ki, zorla çatdırırdıq. Biz gecələri oturub səhərəcən işləyirdik. Kurs işləri, layihələr hazırlayırdıq, çox ciddi tələblər var idi. Oxuya-oxuya burada daha maraqlı tamaşalar qoymağa başladım.

Və mürəkkəb tamaşaların içində böyük yazıçımız Anarın ssenarisi əsasında (onun radio üçün yazdığı) və böyük Mirzə Cəlildən bəhs edən “Qəm pəncərəsi” pyesi var idi. Bu, səhv etmirəmsə, 1975-ci il idi və bu tamaşa mənim gördüyüm işlərin içində diqqətləri çəkdi. Bildiyiniz kimi, Mirzə Cəlil çox mürəkkəb füqurdur, bizim nəsrimizdə, ədəbiyyatımızda ezop dili ilə danışan bir nəhəngdir.

Yaxşı yadımdadır ki, adını çəkməyəcəyəm, o zaman radionun rəhbər işçilərindən biri mənə dedi ki, “Ə, siz qurd ürəyi yemisiniz”.

Dedim, necə məgər? Dedi ki, elə əsəri qoymaq olar? İndiki gözlə baxanda orada heç nə yoxdur, amma biz o vaxt sovet imperiyasının içində idik. Yəni, ona görə təhlükə ola bilərdi. Səhərisi biz onu təkrar planlaşdırmaq istəyəndə dedilər ki, bilməyiblər, pozublar. Ay, inandım ha (gülür).

- Deməli, bilərəkdən, qəsdən etmişdilər...

- Başqa nə cür ola bilərdi ki?! O tamaşadan da ancaq fotoşəkillər qalıb, yaddaşımda başqa şey qalmayıb. Nə isə... Leninqradda (Sankt-Peterburqda) oxumağım mənim yanaşmamım bucaqlarını konkretləşdirdi. Yəni, mən necə deyərlər, dünyanı, o tamaşaları gördüm, “Lenkoma” getdim, nə bilim, başqa teatrlara getdim.

Leninqrad televiziyası da o vaxt SSRİ-nin qabaqcıl televiziyalarından idi. Oradakı ustad rejissorların işlərinə baxdım və bu, məni formalaşdırdı. Və yəqin, onun təsiri idi ki, artıq Leninqradda oxuya-oxuya mənim rejissor tərzim bir az dəyişdi və bu da elə diqqətdən kənarda qalmadı.

Daha sonra Anarın “Gecə müsahibi” adlı bir əsərini qoydum. O da çox maraqla qarşılandı, yaxşı mənada çox böyük söz-söhbətə səbəb oldu. Hamı məni təbrik etdi. Ondan sonra yenə də Anarın “Ötən ilin son gecəsi” əsərini səhnələşdirdim, baş rolu da mərhum sənətkarımız oynadı. Çox arzu edirdim ki, Həmidə rolunu anam oynasın, amma...

- Bəs niyə oynamadı, nə mane oldu?

- İş elə gətirdi ki, o tamaşaya hazırlaşmağa başlayanda atam ürək xəstəliyi keçirdi. Ona da qayğı, diqqət lazım idi, yanında olmalı idik. Anam məcbur oldu bir qədər səhnə fəaliyyətini məhdudlaşdırmağa ki, atamın yanında, ona dəstək olsun. Amma mən çəkiilişlərə başlamışdım və özü mənə dedi ki, bu rola Zərnigarı çək. Zərnigar da onda bu rol üçün gənc idi.

Mən ona inandım, Zərnigarı dəvət etdim və heyifsilənmədim. Amma o tamaşada şərtilik faktı artıq kənarda idi. Çalışırdım ki, maksimal dərəcədə reallığa yaxınlaşdırım. Mən də, rəssam Rəfail Əsədov da, operator da çalışırdıq ki, bu, kinoya, kino estetikasına yaxın bir tamaşa olsun. Yəni, mənim kino estetikasına yaxınlaşan ilk işim məhz “Ötən ilin son gecəsi” oldu.

Oradan elə bil ki, boylanıb bir kinoya da baxdım. Çünki kino da maraqlı bir sahədir. Ümumən Azərbaycan televiziyasının aparıcı rejissorlarını gec-tez istər-istəməz kinoya aparırdılar. Bu, Kamil Rüstəmbəyovla da belə olub, Arif Babayevlə də, Teymur Bəkirzadə ilə də, digərləri ilə də. Ancaq rejissor kimi geniş mənada “Qatarda” tamaşası ilə tanınmağa başladım. Mərhum İsi Məlikzadənin əsəri idi.

Mənə ən çox xal gətirən isə böyük Cavidin “Topal Teymur”, ondan sonra “Ordan-Burdan” oldu. Daha sonra biz Azərbaycan Televiziyasında yeni bir tendensiya yaratdıq. Hər Yeni il gecəsində, yaxud Yeni ilin birinci günündə tamaşaçıları yeni il tamaşası, o mövzuya aid olan tamaşa ilə sevindirməyə başladıq.

Onlardan biri də “Evləri köndələn yar” idi. Daha sonra “Ordan-Burdan”, “Yaşıl eynəkli adam” gəldi. Onu da deyim ki, həmin tamaşalar çox qısa bir zamanda hazırlanırdı. Çünki yeni illə bağlı olduğuna görə hardasa dekabrın əvvəlində əsər bizim əlimizə çatırdı və biz bir ayın içində gərək o tamaşanı baş-ayaq edə idik. Ona görə mən tək çəkmirdim, Tariyel Vəliyevlə bir yerdə çəkirdik.

Çünki bunu fiziki olaraq çatdırmaq mümkün deyildi. Bütün o prosesi keçmək, “stol arxası” müəyyənləşdirmək, bizdə bir az spontan oldu. Yəni, əsər gəldisə, ertəsi gün biz artıq aktyorları çəkilişlərə dəvət edirdik. Əgər “stol arxası”nı Tariyel edirdisə, çəkilişləri mən həyata keçirirdim. “Evləri köndələn yar”a qayıdaraq, qeyd etmək istəyirəm ki, 1981-ci ilin dekabr ayınının 5-də biz Anarın yanında yığışdıq.

Onda həm “Qobustan” jurnalının baş redaktoru idi, həm də Şəmsi Bədəlbəylinin “Teatr” Cəmiyyətində müavin idi, ona görə o elə orada otururdu. Biz onun otağında yığışdıq, Anar əsəri oxudu, aktyorların hamısını da dəvət etmişdim. Məsələn, “Evləri köndələn yar”da Hacıbaba Bağırov da nəzərdə tutulmuşdu.

- Hansı rol üçün?

- Paşa Paşayeviç rolu, obrazı üçün. Amma sonra nədənsə Hacıbaba razılaşmadı, həmin rolu İlham Namiq Kamal oynadı. Nə isə, Anar əsəri oxudu, mən də rolların bölgüsünü elədim.

Kimsə razılaşdı, kimsə razılaşmadı, ertəsi gün artıq aktyorları məşqə çağırdıq, üç gündən sonra da çəkilişlər başladı. Çatdırmaq lazım idi, çünki söz vermişdik. Heç vaxt düşünməzdim ki, həmin tamaşa bu qədər populyarlıq qazana bilər. Əlbəttə, bu uğurda daha çox Anarın rolu vardı, bu, yeni dramaturgiya idi, yeni yanaşma idi.

İkincisi, aktyorlar çox peşəkar sənətkarlar idilər və çox böyük zəhmət çəkmişdilər, can qoymuşdular...

- “Qatarda”ya qayıtmaq istərdik. Onun çəkilişi, ideyası haradan, kimdən gəlmişdi?

- Onun da çox qəribə bir tarixçəsi var. İsi Məlikzadənin əsəri “yatıb qalmışdı”. Heç kəs yaxın düşmürdü rejissorlardan. Həbibə xanım Məmmədxanlı bizim teletamaşa şöbəsinin müdiri işləyirdi. Dedi ki, Ramiz, bu, maraqlı əsərdir, sən bir bax buna. Baxdım və çox bəyəndim. Orada da hadisələr bir kupenin içində baş verirdi, bir də vaqonun koridoru idi, vəssalam.

Biz onu iki həftəyə məşq etdik və cəmi iki günə hazırladıq. Gözləməzdim ki, bu tamaşa belə uğur qazana bilər. Ola bilsin, onu indi götürsəydim, bir az başqa cür çəkərdim, amma artıq o öz həyatını yaşayır, ən azı ildə 2-3 dəfə göstərirlər və mənim üçün o tamaşa ona görə əzizdir ki, bizim üç müqtədir aktyorumuz – Yaşar Nuri, Hamlet Xanızadə və Həsən Əbluç yadigar, yaddaqalan obrazlar yaratdılar.

Yeni tamaşaçı nəsli gəlir. Onlar ən yaxşı şeylərə baxmalıdırlar ki, mədəniyyətimiz haqqında, xalqımız haqqında təsəvvürləri olsun.

- “Ordan-Burdan” necə ərsəyə gəldi?

- Öncədən qeyd edim ki, gördüyüm işlərin içində “Ordan-Burdan” ilk Azərbaycan muzikli idi, o ilk dəfə 1987-ci ildə Mərkəzi Televiziyanın praym-taym deyilən bir vaxtında efirə getdi və çox böyük səs-küy saldı.

Ondan sonra mürəkkəb işlərim çox oldu, yaddaqalan işlərimin içində Aqşin Babayevin əsərləri əsasında çəkdiyim “Nekroloq”u, “Dəvətnamə”ni, Ruhəngiz Qasımovanın iki əsərini qeyd edə bilərəm.

Həmin əsərlərin arasında 1988-ci ildə çəkdiyim “Ömrün yolları”nı xüsusilə qeyd edə bilərəm. Rəhmətlik Yaşar orada düz 14 rol oynayırdı. Deməli, bu gəlişlə biz gəldik çıxdıq “Ac həriflər”ə. “Ac həriflər”də də rolları ifa edənlərin hamısı rejissorlar idi.

Hətta Yaşar Nuri ki, kababçı Həsən kişini oynayırdı, o da həmin vaxt Musiqili Komediya Teatrında rejissor kimi debüt edirdi. Mən onu həm də rejissor kimi çağırdım. Yəni, heç bir qərəzli planım yox idi ki, aktyorlara acıq verim və sairə...

- Bəs nədən irəli gəldi bu?

- Bir müddət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasında televiziya rejissorluğundan dərs dedim. Bir gün xəbər gəldi ki, bəs bütün müəllimlər, kafedranın müəllimləri elmi iş təqdim etməlidirlər. Sonra məlum oldu ki, elmi iş nəsə yazmaq deyil. Elmi iş adı altında tutaq ki, sən rejissorsan, amma hansısa bir tamaşada aktyor kimi iştirak etmisənsə, o, elə sənin üçün elmi iş kimi sayıla bilər. Bu zaman mənim ağlıma belə bir ideya gəldi ki, kafedranın bütün müəllimlərini hamısını bir yerdə bir tamaşaya çəkək.

O vaxt Tofiq İsmayılov da bizim kafedranın müdiri işləyirdi, o da bu ideyanı dəstəklədi və təklif elədim ki, gəlin “Ac həriflər” pyesini götürək...

- Nəyə görə “Ac həriflər”?

- Çünki orada qadın obrazları yox idi. Bizim kafedrada da müəllimlər hamısı kişilər idi və beləliklə, bütün müəllimləri bölüşdürdük öz aramızda, tamaşanın çəkilişlərinə başladıq və çəkib qurtardıq. O, indiyə qədər də durur radioda. “Ac həriflər”in ilk taleyi belə oldu. 1993-cü ildə isə “Sabah” Yaradıcılıq Birliyini yaradarkən, yenidən “Ac həriflər”ə qayıtmağa qərar verdim, yəni, birdən ağlıma gəldi ki, bəlkə, biz bu “Ac həriflər”in televiziya variantını edək?

Bu dəfə də rejissorlarla. Nəyə görə rejissorlarla? Həmin dövrdə aktiv rejissorların hamısını “Sabah”a dəvət edirdim. Hüseynağa Atakişiyevi, Cahangir Zeynalovu və digərlərini dəvət edirdim ki, gəlsinlər, quruluşlar versinlər.

Çünki bizdə kadr qıtlığı var idi. Bir qədər televiziya rejissorluğuna həvəs, maraq azalmışdı. Mən də o marağı, həvəsi bir qədər artırmaq istədim. Ona görə həmin rejissorları dəvət etdim, çəkilişlərə başladıq və “Ac həriflər”in yeni variantını ərsəyə gətirdik. İndi orada çəkilən personajların, demək olar ki, əksəriyyəti həyatda yoxdur və hər dəfə o tamaşaya baxanda məni bir az kədər bürüyür ki, sıralarımız seyrəlir.

Amma həm də sevinirəm ki, nə yaxşı ki, o işi gördük və nə yaxşı ki, o iş baş tutdu. Bu minvalla “Sabah” Yaradıcılıq Birliyində üç il ərzində 40-dək film və tamaşalar hazırladıq. Bunların içində mən də var idim, Şərif Qurbanəliyev də var idi - “Bala başa bəla”, “Yarımştat” tamaşalarının rejissoru. Digər çoxlu debüt edən rejissorlar var idi. Elxan Cəfərov ilk debütünü rejissor kimi bizdə etdi.

O, sənətə aktyor kimi gəlmişdi, amma sonradan filmlər çəkməyə başladı. “Məhbus” adlı ssenarisi ilə qısametrajlı bədii film çəkdi. Çox uğurlu bir iş alındı. Həmçinin, Kamran Şahmərdanov adlı bizim hazırda Avropa miqyasında tanınmış teatr rejissorumuz var. O da öz debütünü bizdə etmişdi.

Gəldi, dedi ki, istəyirəm Beketin “Oyun” əsərini qoyum. Onun cəsarətinə heyran qaldım. O, sonra İsveç Akademiyasına daxil oldu, oranı bitirdi.

- İndi haradadır?

- Hazırda Finlandiyada yaşayır, orada ailə qurub, öz teatrı da var. Arada Azərbaycana gəlir, burada quruluşlar verir Akademik Dram Teatrında, Rus Dram Teatrında, Kukla Teatrında. Onun “Ağ və qara” adlı bir əsəri var.

Beynəlxalq müsabiqələrə gedib, qalib olub. Eyni zamanda, daha bir istedadlı gənc haqqında danışmaq istərdim. Bu yaxınlarda Məmməd Səfanın quruluş verdiyi, yəni, Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsərini izlədim, çox gözəl bir tamaşa hazırlamışdı.

Həmin tamaşada 15 nəfər iştirakçı var idi və 15 nəfər iştirakçının arasında ən azı dörd parlaq gələcəyi ola bilən aktyor gördüm. Bəzən deyirik ki, necə edək, teatrı canlandıraq, teatrı canlandırmaq üçün yeni teatrlar yaratmaq lazımdır.

Kiçik teatrlar olsun, onlara imkan yaratmaq lazımdır və bu barədə ilk növbdədə bizim mədəniyyəti idarə edən insanlar düşünməlidir. Hesab edirəm ki, yuxudan ayılmaq lazımdır, diqqət etmək lazımdır. Sənət heç vaxt bir yerdə durmur, ya geri, ya qabağa gedir.

Bax, qabağa gedən şeyləri görmək lazımdır. Hər halda hesab edirəm ki, kiçik teatrların yaranmağına çox böyük ehtiyac var, kiçik teatrlardan qorxmaq lazım deyil. O, kiçik teatrlar yeni nəfəs gətirirlər.

- “Yuğ” Teatrı ilə bağlı nə demək istərdiniz, onların hələ də işləməyə yerləri yoxdur...

- Bu da təəssüfləndirici bir məsələdir. Onu Vaqif İbrahimoğlu Həsən Turabovun çox yaxın köməyi ilə yaratmışdı, sonradan dövlət statusu aldı. Heç kəsə bənzəməyən, çox maraqlı bir aktyor kollektivi var orada. Sonradan “Yuğ” teatrının köhnə binası plana salındı, söküldü, dağıldı, ayrıca bir bina vermədilər. Onlar bu saat Kukla Teatrının 2-ci mərtəbəsində gün keçirirlər...

Üç il bundan əvvəl Çexovun motivləri əsasında “Sonuncu” adlı bir tamaşa qoymuşdum, indi də gedir o əsər. Onu ərsəyə çıxaranlardan biri də Pərvin Nurəliyeva idi. Amma bu gün onlar normal fəaliyyət göstərməyə bir məkan tapmırlar və bu barədə ciddi düşünülməlidir, onlara kömək edilməlidir, yer verilməlidir.

Yadımdadır ki, mən “Fatehlərin divanı”na quruluş verməyə hazırlaşanda, - orada məhkəmədir, onun birinci seriyasının ssenarisini Mövlud Süleymanlı yazmışdı – onun birinci seriyası haradasa “yuğlama” xarakteri daşıyırdı, ruhları çağırmaq... Onları da yalnız “Yuğ”çular edə bilərdi, onlara daha yaxın idi.

Onlara heç nəyi yenidən təlqin etməyə ehtiyac yox idi. Onlara, sadəcə, rolu desəydin, onu oynayacaqdılar və odur ki, mən həmin vaxt Məmməd Səfanı, Vidadi Həsənovu, Fərhad İsrafilovu dəvət etdim. Bir də “Azdrama”dan rəhmətlik İlham Əsgərovu dəvət etdim, o da dəstənin arasında idi.

Mən o tamaşa ilə, “Fatehlərin divanı” ilə özüm üçün Türk dünyasının problemlərini elə bil təzədən gördüm, onları özüm üçün açdım, kəşf etdim. Əslində, bu tamaşa Türkiyədə səhnələşdirilməli idi. Çünki pyesin müəllifi Nejdat Sevinc adlı bir türk yazarı idi və TQRT-də çəkilməli idi.

İş belə gətirdi ki, onlarda iqtisadi çətinliklər oldu, onlar imtina etdilər, amma mən artıq həmin əsərə “yoluxmuşdum”. O vaxt AzTV-nin rəhbəri rəhmətlik Babək Hüseynli idi.

Yaxınlaşdım ona, dedim ki, gözəl bir mövzudur, dedi ki, çək. İmkan yaratdılar və biz onun dörd seriyasını çəkdik. Sonra rəhbərlik dəyişdi və onun növbəti seriyalarının çəkilişi yarımçıq qaldı...

- Səbəb nə idi?

- Bu haqda geniş danışmaq istəmirəm, buna ehtiyac da yoxdur. Amma dediyim kimi, bizim fikrimiz vardı ki, “Fatehlərin divanı”nı təxminən 40 seriya edək. Yəni onun davamı olmalı idi. Orada Şah İsmayıl Xətainin Sultan Səlim Yavuzla qarşıdurması, ondan əvvəl Uzun Həsənlə bağlı baş verənlər öz əksini tapmalı idi, sonra üzü bu yanlara, yəni, türk dünyası və türk dünyasının içində Azərbaycan tarixi, Azərbaycan dövlətçiliyi ilə bağlı məqamları əks etdirməli idik, ta ki Mircəfər Bağırovacan məhkəmələri etməli idik. Bilirsiniz, Elçinin o dövrə aid gözəl əsərləri var.

Anarın, Mövludun, başqa yazıçılarımızın o dövrlərlə bağlı gözəl əsərləri ortadadır. Yəni, biz çox çalışırdıq ki, bunu bu şəkildə - məhkəmələr şəklində edək. Möhtəşəm bir iş alınmalı idi. Amma səd heyf, səd heyf.

- İndi davam etmək fikriniz varmı?

- Fikrim hər zaman olub, bu gün də var. Hər zaman istərdim ki, o mövzuya qayıdaq, mənimlə çalışan adamlar bu mövzuya bir də qayıtsınlar. Belə deyək, ümidimi itirmirəm.

- Cəhd etmisinizmi?

- Dəfələrlə...

- Televiziya tamaşalarını, belə demək mümkünsə, teleseriallarla əvəzləmək, boşluğu bəsit teleseriallarla doldurmaq nə dərəcədə effekt verəcək? Onun sənətə bir aidiyyəti olacaqmı?

- Teleseriallar ideyası ortaya çıxanda bu, məni bir az sevindirdi. Fikirləşdim ki, hər şey təcrübədən keçir. Kadrlarımız yoxdursa, yetişəcəklər. Sonra aktyorlarımız maddi cəhətdən pis gündə idilər. İndi də hamısı yaxşı gündə deyil. Amma bu teleseriallar bir balaca maddi tərəfdən imkan verdi ki, nəsə qazansınlar. Aktyorların bu mənada işləri var.

Amma o rejissorlar ki, bu işlərə cəlb olunurlar və onların qarşısında qoyulan tələb o olur ki, qısa bir zamanda bunu çəksinlər, mən onların halına acıyıram. Hamısını qaralamıram, məsələn, aralarında Rövşən İsaq var, o maraqlı, prinsipial adamdır. Çalışır ki, ortaya qoyduğu iş səviyyəli olsun, amma hamısı o cür yanaşmır axı...

- Ümumiyyətlə, sizə bu seriallarla bağlı televiziya kanallarından təkliflər gəlibmi?

- Hələlik yox. Tutaq ki, lap gəldi, mən hər şeydən əvvəl ssenariyə, maddi imkana, həm texniki imkanlara baxacağam. Əgər onların heç biri məni qane etməsə, onlardan imtina edəcəyəm. Ona görə onlar bunu qabaqcadan duyurlar və mənə heç nə təklif etmirlər...

- Hazırda hansı ideyalarınız var?

- Mənim çox gözəl bir ideyam var idi. Amma onu artıq şikəst elədilər. Mən düşünürdüm ki, Anarın “Ağ liman”ı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi” əsasında səviyyəli bir serial çəkim. O, həm bizi o dövrə aparcaqdı, həm də 60-cı illərdən bir az da gələcəkdik bu yana, 70-ci illərə... Amma təəssüf ki, hər şey şikəst edildi.

Bugünlərdə Anarın müsahibəsini oxudum. Anar “Zaur və Təhminə” ilə bağlı belə bir ifadə işlədib ki, orada qəhrəmanların adından başqa qalan heç bir şey ona aid deyil. Yəni, bunun adını “Tahir və Zöhrə” də qoya bilərdim. Beləliklə, gözəl bir ideya da məhv edildi.

XƏBƏR LENTİ