Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Arzu Rəhimov kadrının oğlunun ölüm işini prezidentdən gizlədir – Video, Təfsilat

Tarix:8-11-2018, 14:43 Baxış Sayı:167

Arzu Rəhimov kadrının oğlunun ölüm işini prezidentdən gizlədir – Video, Təfsilat

Görünür ki, bu hadisədə vəzifə səlahiyyətindən sui-istifadə edilib

Oktyabrın 10-da Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəzanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədov törətsə də, azadlıqda gəzir

Bununla ikinci yol qəzasını törətmiş F.Məmmədovun işi ört-basdır olunur.

Xidmət rəisi Arzu Rəhimov kadrının oğlunun ölüm işini bağlamaq üçün xüsusi canfəşanlıq edib. Ona görə də əksər KİV bu haqda yazmadı.

İstintaq tərəfindən heç bir açıqlama olmadı, F.Məmmədov məsuliyyətə cəlb edilmədi. Görünür ki, bu hadisədə vəzifə səlahiyyətindən sui-istifadə edilib.

Şaiq Məmmədovun Arzu Rəhimovun çox yaxın adamı olduğu deyilir. Xidmət rəisi də istəməyib ki, dostunun oğlu həbsə getsin. Odur ki, mətbuat bu işin üstündən sükutla keçdi. Məqsəd hadisəni prezidentin diqqətindən kənarda saxlamaq, gizlətməkdir.

Çünki dövlət başçısı məmur balalarının qudurğanlığını bağışlamır və dəfələrlə bu mövzuda sərt xəbərdarlıqlar edib, cəzalar olub.

Ona görə də A.Rəhimov polkovnikin oğlunu qorumağa müvəffəq olmaqdadır. Ehtimal edilir ki, ölənin yaxınları da şikayət etməyiblər və iş ört-basdır olunub.

Daxili İşlər Nazirliyiyaydığı rəsmi məlumatda qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sürücüsünün polkovnikin oğlu olduğunu açıqlamışdı.

Məlumatda deyilirdi: oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayrıcısına vurub. Nəticədə xəsarət almış sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bildirilir ki, qəzaya düşən 99 RA 025 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səfərbərlik hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəis müavini, polkovnik-leytenant Şaiq Məmmədovun oğlu Faiq Məmmədovdur.

Sərnişini, Sumqayıt şəhər sakini Rəsulzadə Rəcəb Mikayıl oğlu isə keçmiş DYP işçisinin oğludur. Polkovnik saytımıza açıqlamasında “olub, olub da, işin-gücün yoxdur?!” deyib telefonu asmışdı. Görünür ki, Ş.Məmmədov üçün “olub, olub da” demək adidir. Nə də olmasa, ölüb, ölüb də, sağ qalan öz oğludur axı.

A.Rəhimov keçmiş müavini Novruzəli Orucovun oğlunun avtobus şoferinə şillə vurması ilə gündəmə gəlmişdi. General istəmir ki, komandasındakı rütbəlilərin uşaqlarının ucbatından başı ağrasın. Amma burada ölüm faktından söhbət gedir və hələ də polkovinikin oğlu azadlıqdadır.

A.Rəhimov istəmirdi ki, yenidən məmur övladının harınlığı, adam ölümünə səbəb olan cinayəti ilə gündəmə gəlsin. Ona görə ilk gündən həm A.Rəhimov, həm Ş.Məmmədov informasiyanı boğmağa can atdılar, mətbuatın əksəriyyəti xəbəri yaymadı.

Prezidentin dəfələrlə məmur övladlarına qudurğanlıq etməmək barədə xəbərdarlığı olub. Dövlət başçısı bildirib ki, harınlıq edən məmurun övladı həbs ediləcək, atası vəzifəsindən azad olunacaq. Və bu məlumatlar elə bir dövrə təsadüf edirdi ki, Xidmət rəisi Arzu Rəhimov ardıcıl ikinci zərbəni alırdı.

Çünki hadisədən iki həftə qabaq Qazaxın komissarı məhkəmədə 180 min manat verərək Gəncəyə komissar getmək istədiyini etiraf etmişdi.

Bu fakt Səfərbərlik Xidmətində vəzifələrə təyinatən rüşvətlə olduğunu təsdiqləyirdi.Ardınca Baş idarə rəisinin müavininin oğlu qəza törətməsi işləri düyünə saldı.

Dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: “Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə.

Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”./Cahan.info/

XƏBƏR LENTİ