Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Prezident İlham Əliyev: "Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir"

Tarix:16-11-2018, 14:47 Baxış Sayı:68

Prezident İlham Əliyev: "Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir"

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Bakunews.az Trend-ə istinadən xəbər verir ki, təbrik məktubu Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev tərəfindən oxunub.

Məktubda deyilir: "Hörmətli forum iştirakçıları, əziz gənclər. Sizi, Azərbaycan Gənclərinin VIII Forumunun nümayəndələrini səmimi qəlbdən salamlayır və ali toplantınızın işinə uğurlar arzu edirəm.

Gənclərin növbəti forumunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz ildə "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" şüarı altında keçirilməsi rəmzi məna daşıyır. İstər Xalq Cümhuriyyətinin mövcud olduğu, istərsə də ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə gənclərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilib. Hazırda da gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir".

Dövlət başçısı qeyd edib ki, 1996-cı ildən Azərbaycan gənclərinə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən ulu öndər Heydər Əliyevə məxsusdur:

"Ənənəvi olaraq keçirilən forum ulu öndərin tarixi qərarına əsaslanaraq gənclərin fikir mübadiləsi aparmaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etməklə onların dövlət və cəmiyyətin həyatında fəal iştirakına şərait yaradır. İqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda ötən dövr ərzində gənclərin hərtərəfli inkişafını təmin edən və onların intellektual və innovativ yaradıcılıq potensialının reallaşmasına şərait yaradan ictimai təşəbbüsləri dəstəkləyən çoxsaylı tədbirlər həyata keçirilib".

Prezident bildirib ki, bu gün Azərbaycan gənci layiqli vətəndaş kimi cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfə verir:

"Gənclər ölkəmizi beynəlxalq arenada da layiqincə təmsil edir, ictimai diplomatiyanın genişlənməsində, xarici həmyaşıdları ilə əlaqələrin qurulmasında səylərini əsirgəmir, Azərbaycanın milli mənafeyini yüksək tuturlar. Gənclər siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, gənclər sahəsində Bakı öhdəliklərinin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda da həyata keçirilməkdə olan Azərbaycan Gənclərinin İnkişaf Strategiyası, "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır.

Əminəm ki, forum dövlət gənclər siyasətinin daha səmərəli icrası ilə bağlı geniş və hərtərəfli müzakirələr, parlaq və innovativ ideyalar məkanına çevriləcək, gəncləri yeni uğurlara ruhlandıracaq. Bir daha sizə və VIII Forumun işinə uğurlar arzu edirəm".

XƏBƏR LENTİ