Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Tarix:17-11-2018, 00:39 Baxış Sayı:633

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Səbailin icra başçısı mat durumuna düşəcək..?

Son bir neçə ay ərzində həyata keçirilən kadr islahatları həm də sübut etdi ki, bu gün ölkədə diqqəti cəlb etməyən elə məmurlar var ki, dünyanın ən aparıcı oliqarxlarını belə kölgədə qoya bilərlər. Hətta bu məmurların əmlakları milyonları belə aşaraq fantastik həddə çatıb. Görünür bu səbəbdən millət vəkili Fəzail Ağamalı bu məmurların əmlaklarının müsadirə edilərək şəhid ailələrinə verilməsini təklif etməsi təsadüfi deyil. Hətta apardığımız araşdırmalar sübut edir ki, diqqəti ümumiyyətlə cəlb etməyən adi bələdiyyə sədrləri var ki, həyata keçirtdikləri xırda əməliyyatlar nəticəsində yüz minlərlə manat pulu mənimsəyə bilirlər. Hələlik isə əsas islahatlar icra strukturalrında həyata keçirilir və görünür bunun davamı olaraq digər sahələrə də diqqət ayrılacaq.

Bəri başdan bunu demək mümkündür ki, hazırda maliyyə fırıldaqlarının, çirkab əməliyyatların daha çox həyata keçirildiyi bölgələrdən biri də Bakı və Bakı ətrafı bölgələrdir. Elə buna görə də prezidentin sərancamı ilə Bakı şəhər icra hakimiyyəti başçısı postuna Eldar Əzizov gətirildi və Bakının ən strateji rayonu olan Səbael rayonuna da müasir təhsilli, heç bir korrupsiya olaylarında adı çəkilməyən Vüqar Zeynalov təyinat aldı. Həm də bu təyinat o zaman oldu ki, rayonun Badamdar-Bayıl bölməsi ciddi təhlükə ilə üz-üzə qalmışdır və çıxılmaz durum bu gün də davam edir. Bu haqda sonra... Amma məsələnin maraqlı tərəfi budur ki, yeni təyinatlar olsada bu kadrlar məcburdurlar ki, adları yüzlərlə maxenasiyalarda hallanan şəxslərlə işləsinlər. Bu isə özlüyündə işin keyfiyyətini aşağı salır və ciddi nəticə əldə etmək mümkün deyil. Məsələn, götürək Səbael rayonunu. Yeni başçı effektli nəticə əldə etmək üçün, yaranmış qruplaşmaları sıradan çıxartmaq üçün real addımlar atmalı və digər təşkilatlarla, o cümlədən bələdiyyələrlə əməkdaşlıq etməlidir.

Bəs belə olan halda başçı Vüqar Zeynalov tutalım Badamdarın 90 faizini az qala satan simalarla necə işləyə bilər? Hansı formada yeni başçı tutalım Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovla və yaxud Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılovla əməkdaşlıq edə bilər? Adı çəkilən bu bələdiyyə sədrləri bir zamanlar Səbael rayon icra hakimiyyəti başçısının müavini, MTN-nin keçmiş şefi Eldar Maumudovun yaxın qohumu Yavər Allahverdiyevin az qala şəxsi yavərləri olublar və bu bölgədə, sürüşmə bölgəsində torpaqların qeyri-qanuni olaraq satılmasında iştirakçı olublar. Bu gün isə bələdiyyə sədri Həbib Abdullayev yaxasını kənara çəkərək bütün məsuliyyəti gah Yavər Allahverdiyevin, gah da Səbael rayonunda hazırda müavin olan Abit Əliyevin üzərinə yıxmaqla yaxasını kənara çəkir. Amma sir deyil ki, bu gün torpaqların satılması, özü də qeyri-qanuni satılması bələdiyyə sədrlərinin iştirakı olmadan mümkün deyil.

GundemXeber.az-a daxil olan məlumata görə, hətta Badamdar bölgəsində olan alqı-satqı bürolarının da böyük əksəriyyəti Həbib Abdullayevlə şərikdirlər və onların vasitəsi ilə tapılan müştərilər bələdiyyəyə dəvət olunur. Gəlin elementar faktlara baxaq. Bu gün kimsə tutalım Badamdarda qeyri-rəsmi olaraq sotu 30-40 min manat olan boş torpaq sahəsindən bircə sot zəbt edib, ev tikə bilərmi? Yəqin ki, bunu deyənə gülərsiniz. Amma Badamdar bələdiyyəsinin sədri bildirir ki, onun bu torpaqların zəbtindən xəbəri yoxdur və dediklərindən belə çıxır ki, yəqin bu torpaqlar yiyəsiz olduğuna görə qəpiksiz olaraq kimlərsə tərəfindən ələ keçirilib, ya da icra hakimiyyətinə getmək lazımdır. Başqa sözlə başı möhürlü, namazlı Həbib Abdullayev otağının pəncərəsindən kənara nə baxa bilər, nə də hansısa göstərişi verə bilər. Məsələ isə fərqlidir. Hələ bir neçə il öncə rayonların birinin bələdiyyə sədri həbs olunan zaman maraqlı bir maxenasiya xətti ortaya çıxdı. Aydın oldu ki, torpaqların qeyri-qanuni satışı sistemi aşağıdakı kimidir.

Deməli müştəri göz altı etdiyi ərazi ilə bağlı bələdiyyəyə gedirmiş, orada ilkin razılaşma edilir, sənədsiz torpaq üçün ayrıca haqq alınır və sənədləşmə üçün isə icra hakimiyyətinə getmək məsləhət görülür. Yox əgər imkanların yaxşıdırsa bütün məsələləri elə bələdiyyənin özündə də həll etmək mümkün olurmuş. Bunu isə Həbib Abdullayevin elə belə olaraq nəzərinə çatdırdıq. Çox maraqlıdır ki, bu şəkildə torpaqlar satılan zaman bələdiyyələr hüquqi baxımdan heç bir məsuliyyət daşımırlar. Amma bələdiyyə sədrlərinin oliqarxa çevrilmələrinin səbəbləri hələ də “aydın” deyil. Bax bütün bunlardan sonra yeni icra hakimiyyəti başçıları hansı səmərəli nəticələr əldə edə bilərlər? Bundan başqa qeyd edək ki, hazırda ən çox islahatların həyata keçirilməli olan orqanlardan biri də bələdiyyələrdir. İdarəetmə sistemində az qala qara yaraya çevrilən bələdiyyələr qanunsuz fəaliyyətdən başqa ortaya heç nə çıxara bilmirlər və bir çox bələdiyyələrdə bələdiyyə üzvləri demək olar ki, oyundan kənarda saxlanılır və sədrlə onun əl altısı bütün məsələlərin başında dayanırlar. Necə ki, Badamdar bələdiyyəsində də Həbib Əsədovla Bələdiyyə Vergi şöbəsinin rəisi Ramiq Mustafa birliyi mövcuddur. Bu haqda gələn yazıda...

GundemXeber.Az

XƏBƏR LENTİ