Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

SOCAR-da “perestroyka”: Mikayıl İsmayılovdan narazı qalan iş adamları toplandı

Tarix:20-02-2019, 09:40 Baxış Sayı:373

SOCAR-da “perestroyka”: Mikayıl İsmayılovdan narazı qalan iş adamları toplandı

Bu gün 350-yə yaxın yerli və xarici iş adamları SOCAR-ın akt zalında toplantı keçirib.

“Hürriyyət” qəzetinin məlumatına görə, iş adamları ilə görüşü bu yaxınlarda Dövlət Neft Şirkətinin Satınalmalar Komitəsinin sədri vəzifəsinə gətirilən Yaşar Lətifov təşkil edib.

Bildirilir ki, bir müddət əvvəl SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun yerinə təyin olunan Yaşar Lətifov ciddi bir sürprizlə qarşılaşıb. İş əsnasında məlum olub ki, SOCAR-ın tenderlərində iştirak edən şirkətlərin sayı kəskin azalıb. Nəticədə Dövlət Neft Şirkətinin bir sıra “yağlı” təkliflərinə gözucu baxan belə olmayıb. Şirkətin Satınalmalar Komitəsinin yeni sədri Yaşar Lətifov da məhz bu müəmmanı araşdırmaq üçün iş adamlarını görüşə çağırıb.

Görüşdə iştirak edən iş adamları təkliflərə həvəssiz yanaşmalarının səbəbini Mikayıl İsmayılovun zamanında yaşanan ayrıseçkiliklə izah ediblər. Onların iddialarına görə, bəziləri aldıqları tenderin ödənişləri vaxtında verilmədiyindən böyük sıxıntıya düşüblər. Bir çox hallarda qazandıqları tenderlərdə süründürməçiliklə üzləşdiklərindən iflas vəziyyətinə düşüblər. Hətta onlardan qazandıqları tenderlərin qanunsuz alınaraq, Mikayıl İsmayılova yaxınlığı ilə seçilən iş adamlarına verilməsi halları da yaşanıb. Bəzi iş adamlarının ödənişləri bir-iki ay ərzində ödənildiyi halda, bəziləri isə illərlə öz qazanclarını əldə etməyə tamarzı qalıblar. Toplantıda çıxış edən iş adamları bunu əvvəlki rəhbərliyin bəzi şirkətlərə hamiliyi ilə əsaslandırıblar və azad rəqabətin olmadığı şəraitdə SOCAR-la əməkdaşlıq etməyin mümkünsüzlüyünü diqqətə çatdırıblar.

Şikayətçilərin fikirlərini diqqətlə dinləyən Yaşar Lətifov onlara SOCAR-da satınalmalar sahəsində yenidənqurma prosesinin başlandığını xəbər verib və bir daha bu cür neqativ halların yaşanmayacağını bildirib. Onun sözlərinə görə, Dövlət Neft Şirkəti Satınalmalar Komitəsi öz fəaliyyətini gücləndirmək, işləri canlandırmaq, keyfiyyəti və səmərəliyi artırmaq üçün tenderlərdə daha çox iddialıların iştirakında maraqldır.

Toplantıda qərara alınıb ki, bundan sonra hər altı aydan bir iş adamları ilə görüşlər keçirilsin və hər kəs qarşılaşdığı problemləri açıq şəkildə dilə gətirsin.

İş adamları şikayətlərini SOCAR rəhbərliyinə çatdırmaq üçün “qaynar xətt” yaradılmasını tələb ediblər. Yaşar Lətifov bütün irad və təklifləri nəzərə alacaqlarına və yenidənqurma prosesini dərinləşdirəcəklərinə söz verib.

XƏBƏR LENTİ