Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

Nağıllar məmləkəti Masallıdakı “Viləş” uşaq baxçasında nağıl kimi maxinasiya

Tarix:2-05-2019, 01:34 Baxış Sayı:595

Nağıllar məmləkəti Masallıdakı “Viləş” uşaq baxçasında nağıl kimi maxinasiya


Bir millətin varlığı həm də o ölkədə yaşayan körpələrin yetişdirlib cəmiyyətə nümunəvi övlad kimi təqdimatından aslıdır. Sözsüz ki, bu işdə əsas lokomotiv rolunda uşaq bağçaları və məktəblərdir. Təsadüfi deyil ki, son bir neçə ildə ölkədə bu tip onlarla təhsil müəssisəsi ya tikilb, ya da əsaslı təmir edilərək azyaşlıların istifadəsinə verilib.

Dövlət müəssisələri ilə yanaşı ölkədə çoxlu sayda özəl təhsil müəssisələri və ya uşaq bağçaları da fəaliyyət göstərir. Lakin onların heç də hamısı tələblərə cavab vermir. Belə özəl müəsisələrdən biri də Masallı rayonunda yerləşən “Viləş” uşaq bağçasıdır. Redaksiyamıza məlumat verən mənbənin bildirdiyinə görə bu bağçada nağıl kimi maxinasiyalar baş verir. Belə ki, ölkə başçısının müvafiq Sərəncamı ilə minimum əmək haqqının məbləği 180 manat civarında müəyyən edilsə də, bağça müdirəsi Şəfa Allahverdiyeva çalışanlarına cəmi 120 manat aylıq əmək haqqı müəyyən edib. Əcəba sual oluna bilər ki, axı ölkədə əmək haqlarının ödənilməsi prosesi kartla həyata keçirilir, bəs necə 180 manat, 120 manatla əvəz edilir? Türklər demiş zurnanın zırt dediyi məqam da məhz burdadır. Mənbənin bildirdiynə görə xanım Allahverdiyeva işçilərinin əmək haqqı kartlarını onlardan alaraq seyifdə saxlayır. Əmək haqları karta köçürüldükdən sonra bağça müdirəsi vəsaiti şəxsən özü nəğdiləşdirir. 180 manat əmək haqqından qanunsuz olaraq 60 manat mənimsəyir. Yerdə qalan 120 manatı isə işçilərə verir. Sözsüz ki, işdən çıxmaq qorxusu müdirəyə etiraz etməyə imkan vermir. Etiraz edənləri arxasında duran xanım millət vəkillərindən biri ilə hədələyən bağça müdirəsi kimsənin ona məhz həmin millət vəkilinin sayəsində heç nə edə bilməyəcəyini söyləyir. Xatırladaq ki, həmin xanım millət vəkilinin adı redaksiyaya məlumdur. Lakin hələ ki, araşdırmamız davam etdiyi üçün adın çəkilməsni bu dəfə lazım bilmədik. Əgər hörmətli Şəfa Allahverdiyeva məlumatda qeyd edilənlərin həqiqətə uyğun olmadığını iddia edərsə, o zaman əmək haqqı kartının məxsus olduğu bankın bankomtlarındakı kameralara nəzər yetirmək kifayətdir. Və əminik ki, baxış zamanı bir nəfər müəllimənin görüntüsünə rast gəlinməyəcək. Çünki Şəfa Allahverdiyeva sadəcə buna imkan vermir. Məsələ bununla da bitmir. Şəfa Allahverdiyeva işçilərlə əmək müqaviləsi bağlamaqda da maraqlı deyil. Əslində bu hal sosial və vergi ödəmələrindən yayınmaq məqsədi daşyır və cinayət tərkibli hərəkətdir. Məhz bu günün dolanışığını düşünən tərbiyəçini və texniki işçini müqaviləsiz işlətmək isə yalnız müdirənin işinə yarayır. Mənbənin bildirdiyinə görə kifayət qədər qanunları pozmaqda maraqlı olan bu xanımın rəhbərlik etdiyi uşaq bağçası Yasamal rayon İcra Hakmiyyətinin başçısı Əziz Əzizovun və Masallı rayon İcra Hakmiyyətinin başçısı Rafil Hüseynovun şəxsi mülkiyyətinə daxildr. Lakin hər iki icra başçı o qədər də sadəlövh deyillər ki, öz adlarına hər hansı obyekt rəsmiləşdirsinlər. Bağçanın rəsmi sahibi dövlət qulluqçusu olan başqa bir şəxsdir. Hə, sual oluna bilər ki, dövlət qulluqçusu necə bizneslə məşğul ola bilir? Artıq onun da cavabı bu sahəyə cavabdeh olan dövlət qurumlarındadır. Çünki Şəfa Allahverdiyevaya hər hansı bir problemlə bağlı sual verəndə adını hələ ki, çəkmək istəmədiyimiz xanım millət vəkilinin və Heydər Əliyev fondunun adını çəkir. Xanım direktorun ən çox işlətdyi cümlə isə budur:”“Viləş” uşaq bağçası Heydər Əliyev fondunun təşəbbüsü ilə fəaliyyət göstərir.”

Tutaq ki, Şəfa Allahverdiyeva doğru deyir, bağça fondun təşəbbüsü ilə fəaliyyət göstərir. Bəs elə isə nədən rekllamınızda əks olunanlar reallıqda yoxdur. Deməli hərəkətinizlə Heydər Əliyev fondunun rəhbərliyini də aldadırsınız. O cümlədən əməllərinizlə azyaşlıların valideyinlərini ölkənin I vitse-prezidentindən narazı salırsınız. Məsələn “Viləş” uşaq bağçasının reklam fotolarında azyaşlılara ingilis və rus dillərinin tədris edildiyi göstərilir. Əslində isə bu müəssisədə ingilis dili müəllimi yoxdur. Rus dili müəlliməsi adı ilə işə qəbul edilən xanımın isə ümumiyyətlə diplomu yoxdur. Hələ biz Şəfa xanımın özünün orta ixtisas təhsilli musiqi müəlliməsi olduğunu demirik. Yəni direktor özü kollec təhsillidir. Başqa bir reklamda isə uşaqların gündə beş dəfə qidalandığı əks olunur. Mənbənin bildirdiyinə görə uşaqlara gün ərzində cəmi üç dəfə ortabab yemək verilir. Və onu da qeyd edək ki, menyuda heç də reklam fotolarında göstərildiyi kimi təzə meyvə -tərəvəzlər və digər çeşidli xörəklər yoxdur. Bu tip yemək masası sadəcə şəkil çəkdirilən zaman hazırlanıb. Şəkilçəkmə prosesi başa çatdıqdan sonra isə azyaşlılar masadan qaldırılıb, masadakılar isə direktorun otağına daşınıb. Yuxarıda qeyd edilən nağıl kimi maxinasiyalardan biri də məhz budur. Məlumatı verən mənbə əlavə olaraq onu da qeyd etdi ki, uşaq bağçası Viləş çayının sahilində yerləşdiyi üçün həmin ərazidə kifayət qədər zəhərli ilanlarda məskən salıb. Müəllimə və texniki işçilərin gündəlik funksiyalarından biri də azyaşlıların oynadığı ərazilərdə ilanları öldürməkdir. Gününün təxminən yarısını bu bağçada keçirməli olan körpələrin günorta yatızdırılma metodları da olduqca diqqətçəkicidir. Uşaqlar nağl dinləyərək yox, məhz işgəncə görərək yatızdırlır.

P.S. Baxçada uşağın başının yarılması və beş tikiş qoyulması polisdən necə gizlədilməsi ilə bağlı o cümlədən azyaşlı uşaqlara qarşı göstərilən şiddət əsasında azyaşlının qolunun çıxması quruma sınıqçının arxa qapıdan gətirilməsi və bu kimi məlumatlarla növbəti yazımızda tanış ola biləcəksiniz.
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəiklən qurum və şəxslərində mövqelərini dərc etməyə hazırdır.
BakuNews.az

XƏBƏR LENTİ