Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

Tarix:17-04-2017, 15:53 Baxış Sayı:1 540

Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

Gülməmməd Cavadovun suqunluğu “Bakı Şampan Şərabları” ASC-də QALMAQAL artması, fəhlə etirazı böyüməsinə rəvac verir...

Keçən yazımızdada qeyd etdiyimiz kimi zavod daxilində günü-gündən narazlar səngimək bilmir. Redaksiyamıza verilən məlumata görə, “Bakı Şampan” dövlət məxsus səhimlərinin bir qismini və onunla yanaşı fəhlələrə məxsus səhimlərində Gülməmməd Cavadovun əldə etdiyi qeyd edilməkdədir. G.Cavadova səhimlərin verilməsini isə S.Cəfərovun fəhlələrə bildirdiyi məlumatlardan meydana çıxmışdır.

Gülməmməd Cavadov Energetika nazirinin birinci müavini vəzifəsində çalışması ilə yanaşı həmdə “Bakı Şampan Şərablar” ASC-nin əsas səhimdarı olduğunu fəhlələr iddia edir. S.Cəfərovun isə G.Cavadovun bacısının həyat yoldaşı olması ona şərait yaradıb ki, kasıb təbəqəyə zülm etsin.

Zavod daxilində qanunsuzluqların baş verməsi bununlada bitmir. Həmkarlar təşkilatının sədri fəhlələr deyil, Sahib Cəfərova sərf edən şəxsin rəhbər təyin edildiyi bildirilib. Həmkarlara Sahib müəllimin yaxın adamı olan Həqiqət xanımın gətirilməsi isə fəhlə narazılığının dahada böyüməsinə səbəb olub. Belə ki, Həqiqət xanım fəhlələrin sözünü deyil Sahib Cəfərovun diqtəsini icra etməkdədir - deyə şikayətçilər bildirir.
Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

«Bakunews»a müraciət edən Əzizə xanım qeyd edir ki, 31 il çalışdığı işdən Həqiqət xanımın təhkidi və müdirə yaxınlığı sayəsində işinə son verilib. Xanım qeyd edib ki, 8 mart Beynəlxalq qadınlar bayramında fəhlələrin və Həqiqət xanımın yanında müdir bizi niyə təbrik etmir sözünə görə onun işdən gedəcəyini Həmkarların sədri bildirib. Xanım iddia edir ki, ona deyilən ştat bağlandığı bu gündə onun kolan xanım tərəfindən icra edilməkdədir. 31 illik əmək sərf etdiyi qurum tərəfindən hədələnərək səlindən alınmış və işdən qovulmuşdur. Hüquqlarının kobud şəkildə pozan Sahib Cəfərov onu Cəlal Əliyevin qudası olması və heç kəsin ona söz deyə bilməyəcəyi ilə hədələdiyini qeyd edir. Onu işdən çıxarmaqla hədələyib səhimlərin alan S.Cəfərov həmin səhimləri məhz G.Cavadova verdiyi bildirilir.

Səhimdarlara iş yoxdur deyə işə çağırmayan amma həftədə 70 min 0.25 araq istehsal etdirən S.Cəfərov qanunları kobudcasına pozmaqda davam edir. Bütün qanunsuz əməllərinə isə Prezidentin əmisi ilə quda olmasın bildirən bu şəxs fəhlələri bununla hədələməkdədir. Həftəlik 70 min manatlıq dövriyəsi olan bir zavodun iş yoxdur deyə fəhlə maaş kartlarına banklar vasitəsi ilə ödəniş etməməsi, həmin fəhlələri nəğd pula günəmuz işlədərək dövlət verigisindən yayınması əsas işbazlığın olmasından xəbər verməkdədir. Həmin zavodun Xosrov adlı baş mühasibi qanunların pozulmasına necə göz yumur..? Çox maraqlı sualdır bunun cavabını yəqinki Xosrov bəy redaksiyamızla əlaqə saxlayaraq bildirəcəkdir. Sahib Cəfərovun qanunsuz tələblərini icra edənlər bir gün qanun qarşısında hansı cavabları verəcəklər. Cavabsız qalan qanunsuzluqlar isə onların son mənzili olacağı tam dəqiqdir.

«Bakunews»a məlumat verən mənbə qeyd edir ki, Sahib Səfərov qohumlarını qeyri qanuni olaraq zavod daxili vəzifələrdə yerləşdirib. Amma 30 ilin fəhlələrinə can qoyanlarına iş yoxdur deyə pulların ödəməkdən imtina edir. Bu azmış kimi Zavodun ərazisini icarəyə verib. Hansı ki, o icarəçilərin Şampan Şərablara heç bir aidiyyatı belə yoxdur. S.Cəfərovun qohumları zavodu zəbt ediblər ailə podratçılığına çevrilən zavoda heç bir kəs məvacib ala bilmir.

S.Cəfərovun yaxın qohumları: “Arzu-mühasibatlıqda işləyir, İlham-sklad rəisi, Rəşad-rəis müavini, Cavid-labaratoriya rəisi (labaratoriya təhsili olub olmaması soranın araşdırmasıdır), Rasim-araq sexinin rəis müavini, Musa-karopka sexinin rəisi, Azər-Satış rəisi”. Görünməyən qoruyucu silahı isə Həmkarlarınsədri Həqiqət xanım olduğu vurğulanır.

Ardı var.

Araşdırma davam edir

Növbəti yazımızda:

1. Şəhid abidəsi və ailəsinə qarşı S.Cəfərov niyə hörmətsizlik edir..?
2. Zavoda hansı məmurların sifarişləri icra edilir…?
3. Fəhlə üsyanının çıxması Sahib Cəfərova nələri vəd edir..?
4. Baş mühasib Xosrov vergidən gizlətdiyi rəqəmləri kimlərin göstərişi əsasında edir...?
5. Fəhlələr günəmuzd işləyərkən zavodun tibb bacısı niyə işə çağrılmır...?
6. Prezidentin əmisinin adından istifadə edən S.Cəfərov qanunsuz əməllərindən özünün dediyi kimi desək “Krışası” G.Cavadovun xəbəri varmı?

BakuNews.az

XƏBƏR LENTİ