Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

Tarix:26-09-2017, 12:18 Baxış Sayı:1 520

Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının 1-ci vitse prezidenti xanım M.Əliyevaya,

Azərbaycan Respublikası Prezident Adminstrasiyası

Hüquq şöbəsinin müdiri cənab F.Ələsgərova,

Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab R.Usubova,

Azərbaycan Respublikasının Baş prokuroru cənab Z.Qaralova,

Bakı şəhər baş Polios İdarəsinin rəisi cənab M.Seyidova,

DİN-nin Nizami Rayon Polis İdarəsinin rəisinə.

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi,ev 57 (yarımçıq bina) ünvanda yaşayan zərərçəkmiş, məcburi köçkün,2-ci qrup əlil Mehdiyeva Kəmalə Tapdıq qızı tərəfindən.


DİN-nin Nizami Rayon Polis İdarəsi müstəntiqlərinin Səfəralı, Tural Hüseynovun qanunazidd hərəkətləri barədə


Ş İ K A Y Ə T


Mən, 2017-ci ilin yanvarın 4-də günorta ailəmlə Tərtər rayonuna gedib 7-si günorta Bakıya evimizə qayıtdıq. Əvvəlcə evimizin əsas giriş qapısını açarla açdıqdan sonra pilləkənin üstündəki ikinci qapının qıflının sınıb töküldüyünü gördük. Oğrular evimin iki otağından yalnız birinə daxil olaraq birbaşa yükün altındakı sandığın qıfılını kəsib içində olan bütün qiymətli əşyaları aparıblar. Təkcə sənədləri çarpayının üstünə atıblar. Sandıqdan geyilməmiş qadın geyim paltarları, 110 qram qızıl, 5000(beş min) manat pulu, DVD-ni, 82 diaqonallı LCD LG televizorunu, 1 ədəd planşeti, 50-60 qramlıq gümüş dəstini, kişi çəkməsini, idman paltarını,, kişi qol saatını, və s. əşyaları –cəmi 15000 ( on beş min) manat dəyərində olan oğurlayıblar. Biz həmin gün DİN-nin 102 xidmətinə zəng vurduq. Məsələnin araşdırılması Nizami rayon Pİ-nin 24-cü PB-nə həvalə edildi. Təhqiqatçı polis Ayaz 2 ay ərzində oğru dəstəni və itən əşyalardan planşeti və qızılların satıldığı dükanı aşkar etdi. Dükana baxdıqda ordakı vitrində yalnız mənə məxsus brilliant qaşlı qızıl üzük və “cardinal” braslet qalmışdır. Təhqiqatçı kimdən şübhələndiyimi soruşduqda mən dərhal cavab verdim ki, oğurluğu təşkil edən bacım Tahirə Vəliyeva və oğlu Zamiq Vaqif oğlu Vəliyevdir. Həqiqətən də isti izlərlə təhqiqatçı planşetin İMEİ kodu ilə Tahirə bacımın İsmayıllı rayonunda yaşayan qızı Fətullayeva Ülviyyə Vaqif qızında olduğu üzə çıxdı. Qız planşeti hardan əldə edilməsini soruşduqda o cavab vermişdir ki, bunu ona qardaşları Zamiq, Ramilin gətirib ona verdiyini bildirmişdir. Təhqiqatçı bu qardaşlardan üçünü də bir iki gün saxlatmışdır. Sonradan bizə məlum olur ki, Tahirə bacım oğullarını bu işdən qurtarmaq üçün kürəkəni – Ülviyyənin həbsdə olan həyat yoldaşı Sarvanı oğurluğu etiraf etməsinə məcbur edib.Sarvan da etiraf edib ki, oğurlanan qızılları 7000 manata satıb kalonun pulunu veribmiş. Sarvanın bacısı oğlu Namiq də oğurluq zamanı taksi kimi istifadə olunsa da sonradan onu da istintaqdan kənarlaşdırıblar. Hazırda işin Nizami RPİ-də aparılması bildirilsə də müstəntiqlər Səfəralı və Tural Hüseynov 9 ay keçməsinə baxmayaraq bizə heç bir məlumat vermirlər. Soruşduqda isə bizə kobud cavab verirlər.

Biz isə konkret olaraq bildirirk ki, Zamiq Vəliyevi anası (Tahirə bacım) evdən qovduğuna görə o 2016-cı ilin dekarınadək 3 ay bizim evdə yaşamışdır. Bu zaman evimizin giriş qapısının açarı da müəmmalı formada itmişdir.(Oğurluq zamanı giriş qapısı elə açarla açılmış,2-ci qapı isə sınmışdır) Oğurluq hadisəsi də bird aha təsdiq edir ki, evdən yalnız sandığı sındırıb içindəkiləri oğurlayıblar.Yəni, oğru əvvəlcədən nəyin harda olduğunu yaxşı bilirmiş.Xam oğru isə evi ələk-vələk etməli idi. Digər tərəfdən əgər oğru İsmayıllı rayonunda yaşayan Sarvan idisə o hardan biləydi ki, mən qəfil olaraq yanvarın 4-də Tərtərə getmişəm. Zamiq isə mən Tərtərdə olanda zəng edib soruşur ki, nə vaxt Bakıya qayıdacağam. Yəni, orta məktəb şagirdi də bu istintaqı aparsaydı oğru dəstəsinin Zamiq, Ramil qardaşlarının və onların İsmayıllıdan çağırdıqları kürəkənləri Sarvan və onları hadisə yerinə öz avtomobilində gətirmiş Sarvanın bacısı oğlu Namiqi cəlb edərdi. Bizə isə indi məlum olub ki, oğurluqla bağlı yalnız Sarvan saxlanılıb.Lakin əsl oğrular və təşkilatçı – Zamiq Vəliyev, Tahirə Vəliyeva isə nədənsə, hansısa maraqlar ucbatından hələlik istintqadan “kənarda” qalıblar.

Cənab Prezident Sizdən çox xahiş edirəm əsl oğruların dərhal istintaqa cəlb edilməsini və mənə dəymiş zərərin ödənilməsi üçün şəxsi nəzarətiniz altında istintaqın Bakı Baş Polis İdarəsində daha nəfsitəmiz, daha vicdanlı və səriştəli polis zabitləri tərəfindən aparılmasına göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürlər.

Qoşma: şəxsiyyət vəsiqəm.
Mehdiyeva Kəmalə Tapdıq qızı.
Tel. 055-718 90 63.

Tarix: 24.09.2017-ci il.

Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT
Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT
Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

XƏBƏR LENTİ