Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Tarix:3-10-2017, 19:34 Baxış Sayı:732



Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA


Bakunews.az saytın elektron ünvanına Göyçay rayonu Cəyirli kəndi sakini 1-ci qrup əlil Quliyev Gülağa Əliyar oğlu tərəfindən şikayət məktubu daxil olub. Məktubun məzmunu ilə sizi tanış edirik:

Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin himayəsi altında Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev və onun qardaşı Cəyirli kənd icra nümayəndəsi Fərhad Nəbiyev saxtakarlıq yolu ilə torpaqları satıb talayırlar.Nəticədə də kənd cammatı çıxılmaz vəziyyətə düşüb.Torpaqların saxtakarlıqla satılmasından əldə edilən pulun yüksək faizi İcra başçısı Mehdi Səlimzadəyə çatdığı üçün onları himayə edir.

Mən 18 dekabr 1969-cu il tarixdə Göyçay rayonu Cəyirli kəndinə doğulub bu günə kimi burada yaşasamda 1998-ci il tarixdə respublikada aparılmış aqrar islahatlar zamanı mənə pay torpağı verilmıəmişdir ki, bu açıq-aşkar qanunsuzluq və saxtakarlıqdır. Hazırda isə 4 nəfərdən ibarət ailə üzvülərim var. Heç bir qanunu əsas olmadan mənə pay torpağı verilməmiş bu hüquqdan məhrum edilmişəm. Buna görə Göyçayın icra başçsı Mehdi Səlimzadəyə və Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyrevə dəfələrlə müraciət etsəmdə heç bir tədbir görülməmişdir.

Mənə gətirilən bahanə isə tam əsassızdır. Bildirirlər ki, həmin illərdə sən Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumusan deyə sənə pay torpağı düşməyib. Bu tam əsassız bir yalan bəhanələrdi ki, bunun heç bir qanunu əsası yoxdur. Mən həmin vaxt Gəncə Kənd Təssərrüfatı Texnikumunda oxumağımla əlaqədar müvəqqəti olaraq Gəncə şəhərində yaşasamda faktiki Göyçay rayonu Cəyirli kəndində daimi qeydiyyatda olmuşam və dərs olmayan günlərdə Göyçay rayonu Cəyirli kəndindəki evimizə gəlib yaşamışam. Həmin vaxtı kəndindən kənarda yaşayan vətəndaşların hamısına pay torpağı verilmişdir.

Kəndlinin çörəyi torpaqdan çıxır. Hazırdada işsizəm torpağım olsaydı əkib becərib ailəmi dolandırardım. Mən buna görə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olan zaman məni ələ salıb gülüb deyir ki, tapşıraram sənə bir maşın torpaq gətirərlər çinlilər kimi evin damına töküb əkərsən. İcra başçısı Mehdi Səlimzadə Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevlə əlbir olub torpaqları satıb-talan edirlər. Gəlib yerində obyektiv araşdırma aparılarsa subut olunacaq ki, Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev saxtakarlıq yolu ilə yaxın qohumlarının adına bələdiyyə torpaqlarını sənədləşdirib satmaqla məşğuldur.Bu yolla o hektarlarla torpaq sahəsini satıb talan etmişdir.Belə talançılıqla əldə edilən gəlirdən İcra başçısına haqq verdiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur.Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyev qardaşı Cəyirli kənd icra nümayəndəs Fərhad Nəbiyevlə əlbir olub saxtakarlıqla kəndə məxsus olmuş fermanı ələ keçirib satmışıdılar.Özüm 1-ci qrup əliləm heç bir yerdə işləmirik, istəyimiz odur ki, torpağımız olsun əkin-biçinlə məşğul olub ailəmizi dolandıraq.Torpaqsız kəndli kor insan kimidir.Mən ümüd edirəm ki, müraciətim obyektiv araşdırıb ciddi tədbirlər görəcəksiniz.

Mətbuat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevdən xahiş edirəm göstərdiyim faktları obyektiv araşdırıb qanunu qaydada mənə pay torpağı verilməsinə köməklik edəsiniz və Cəyirli kənd torpaqlarını saxtakarlıqla satıb talan etmiş Cəyirli bələdiyyəsinin sədri Fuad Nəbiyevin və onu himayə edən Göyçay icra başçsı Mehdi Səlimzadənin barəsində tədbirlər görəsiniz.

REDAKSİYADAN: Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ