Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

Tarix:10-11-2017, 09:58 Baxış Sayı:126

Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin müavinlərinin hər biri ilə bağlı ayrı-ayrılıqda qalmaqallı, eyni zamanda xoşagəlməz məlumatlar mövcuddur. Bakunews.Az 365info.az istinadla xəbər verir ki, sədrin mətbuata gizli qalan müavini Şahin Bağırovla bağlı da kifayət qədər ciddi ittihamlar səsləndirilməkdədir.

Mətləbə keçməmişdən öncə bildirmək istəyirik ki, Aydın Əliyevin 5-ci müavini olan Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb. 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından DGK sədrinin müavini vəzifəsində çalışır. Gömrük xidməti general-leytenantıdır.

Burada diqqət çəkən əsas məqam Şahin Bağırovun 38 yaşında Rusiya Gömrük Akademiyasının məzunu olmasıdır.

Qeyd edək ki, generalın Rusiya Gömrük Akademiyasında təhsil aldığı vaxtda, yəni 2003-cü ildə Azərbaycanda həm dövlət, həm də özəl universitetlərdə gömrük işi fakültəsi var idi.

Maraqlıdır, ölkəmizdəki ali təhsil ocaqlarında gömrük işi fakültəsi olduğu halda, Şahin müəllim niyə Rusiya Gömrük Akademiyasında ali təhsil almağa ehtiyac duyub?

Araşdırmalarımız göstərir ki, Rusiya, Ukrayna və digər MDB dövlətlərində başqa ölkələrin vətəndaşlarının ali təhsil alması üçün münbit şərait var. Bu münbit şəraitin isə yalnız müəyyən maliyyə məsələlərinin qarşılığında yaradıldığı bildirilir.

Bütün bu deyilənlər generalın Rusiya Gömrük Akademiyasına öz savadı hesabına yox, başqa yollarla daxil olmasına olan şübhələri artırır. Həmçinin Şahin Bağırovun namizədlik dissertasiyasını özünün yazmamasına dair iddialar səsləndirilməkdədir.

Bununla bağlı əlimizdəki faktları dəqiqləşdirdikdən sonra maraqlı məlumatları açıqlayacağıq.

Bizi izləməyə davam edin.

Yazıda adı keçən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ