Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

Tarix:19-02-2018, 16:02 Baxış Sayı:4 016

Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu


Bu günlərdə sosial şəbəkələrdə media vasitələrində səsli-küylü intihar cəhdləri yer almaqda davam edir. Bunlardan biridə məhz Sosial Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaratdığı sistemin verdiyi fəsadlardır – desək yanılmarıq. Ötən günlərdə ünvanlı sosial yardım almaq istəyən region əhalisinin etdiyi müraciətləri nəzərə alsaq ölkənin hər tərəfində yaradılan narazılıqlar sanki qarşıdan gələn seçkilərə maneələr yaratmağa hesablandığını düşünməyə vadar edir. Seçki ərəfəsində Ölkə rəhbəri İlham Əliyevin göstərişləri məhz məmurların elə bir iş üslubunda işləməlidirlər ki, xalq hakim dairələrdən incik getməsin ifadələri ilə gündəmə səs küy saldı. Prezidentin verdiyi fərmanlar və tapşırıqlar məhz xalqın rifahının dahada yaxşılaşdırılmasına yönəlik olsada bəzi nazirliklər bu göstərişləri qulaqardı etməklə göstərilən etimadın doğrultmadıqlarını açıq aşkar göstərməkdədirlər. Söhbət açacağımız məsələ məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin regionda fəaliyyət göstərən idarələrindəki özbaşınalıq və dərəbəyliklə bağlı olacaqdır. Sosial media üzərində apardığımız araşdırmalarda Səlim Müslümovun kadırlarının sözün əsil mənasında desək Prezidentə xəyanəti ilə bağlıdır. Ölkə rəhbərinin tapşırıqların icra etməyən, özündən qanun kəşf edən məmur elə xəyanət etmiş sayılmalıdır. Hamının da bildiyi kimi, Azərbaycan Respublikası Demokratik dövlətdir və bu dövlətin idarə edilməsi isə konstitusiya ilə tənzimlənir. Milli Məclisin qəbul etmədiyi Prezidentin imzalamadığı qanun icra edilə bilməz və edilirsə artıq dövlətçilik prinsiplərinə qarşı çıxmaqdır.

Dəfələrlə media və sosial şəbəkələr vasitəsi ilə nazirlərin regiondakı keçiriləcək görüşləri barədə məlumatlar dərc edilməkdədir. Amma bu görüşlərə kimlərin hansı yolla buraxılacağı, görüşdən sonra nələrin baş verməsi gizli saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin Ağsu, Kürdəmir rayon DSMF rəhbərlərinin qanunsuz qərarları rüşvət tuğyanı bitmək bilmir. Bütün bunlara baxmayaraq Nazir susqunluğu ilə tamaşa sərgiləməkdə davam edir. Əhalini korrupsionerlərlə üz-üzə qoyaraq sükunətini qorumaqdadır. Kürdəmir rayon sakinlərinin mediaya etdikləri şikayətdə DSMF-nin Kürdəmir rayon şöbəsinin müdiri İlkin İbrahimov kimə xidmət edir? Başlıqlı yazıdanda göründüyü kimi 50/50 prinsiplərinə yiyələnən bu məmur artıq nə nazirini nədə ölkə qanunlarını tanımır. Onun şərtlərinə razılıq verən şəxslər həm pensiyasını düzəldib əldə edir həmçinində ünvanlı sosial yardımla bağlı heç bir problem yaşamır. “Şirinlik” edən İlkin İbrahimov saxta yollarla əlilik alverindən tutmuş sosial yardım biznesinə qədər yüksəlib. Kürdəmirdə icra başçısının özünə verə bilmədiyi rahatlığı məhz İ.İbrahimov şəxsi imkanları ilə krallar kimi yaşamaqdadır. Müəssisəyə rəhbər keçən gündən əldə etdiyi qeyri-leqal mal-mülkün sayını itirən İlkin İbrahimov DSMF-nin babalarından ona qalan miras kimi idarə etməkdədir. Dövlət müəssisəsinin görünüşü Binə yarmarkasından heçnə ilə fərqlənmir - desək yanılmarıq. Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hər zaman hazırıq.

Eyni halın baş verdiyi Ağsu rayonu da acınacaqlı durumdadır. Lakin DSMF-nin Ağsu rayon şöbəsində qanunun aliliyi qorunmur. Ona görə də rayon sakinləri bu cür şəxslərin tamahkarlığının qurbanına çevrilirlər. Etibarlı mənbələrin verdiyi məlumata görə, şöbə müdiri qanunsuz əməlləriylə dövlət büdcəsinə də ziyan vurur. Qanuna əsasən təqaüd almaq hüququ olmayan şəxslər də rəhbərliyi görəndən sonra təqaüd ala bilirlər. Lakin qanunla təqaüd almalı olan şəxslər isə bundan kənarda qalırlar. Bu həmin sakinlərin rəhbərliyin maraqlarını təmin etməməsindən irəli gəlir.Vətəndaşları incidirlər, sənədlərdə lazımsız səhvlər çıxarmağa çalışırlar. Vətəndaşları get-gələ salırlar.Ta ki, vətəndaşdan nəsə qoparmasalar işini yola qoymurlar. Bizə verilən məlumata görə, şöbə müdiri vətəndaşlarla kobud rəftar edir. Əksər vaxtlarda problemli vətəndaşları qəbul etmir.

Ağsu Rayon DSMF müdiri olan Seyidməmməd Məmmədovun əməllərində heçdə şəffaflıq müşahidə edilmir. O öz çirkin niyyətlərində Altay adlı əməkdaşını ön plana çəkərək idarədə açıq aşkar bazar açıb. Altayda nə Altay, maşallah bıçağının dalıda kəsir qabağıda. Rayonda elə qondarma işlər yoxdur ki, onun orda barmağı olmaya. S.Məmmədovun vəzifə səlahiyyətlərini aşaraq VEMTAS sisteminə müdaxilə etmək bacarığı da diyəsən qeybdən verilən vergidir. Bu vergisi sayəsində Ağsu və qonşu rayonda məşhur VEMTAS müdaxilə ustadı kimi tanınmaqdadır.

Səlim Müslümovun yaxın qohumu olduğu iddia edilən Altay tendemi ağsululara qorxuluq kimi təqdim edilərək vətəndaşların idarəyə yaxınlaşmasının qarşısı belə yollarla alınır. DSMF-nin rəsmi internet saytına da nəzər saldıqda görünür ki Pirhəsənli kənd sakinlərindən başqa heç bir rayonda o qədər yüksək sosial müavinət alan ailələr yoxdur. Bütün göstəricilərinə nəzər saldıqda imkanlı şəxslərin ünvanlı sosial yardım alması mümkünsüz olsada Pirhəsənli kəndində bu müşkül sayılmır.



Qeyd edək ki, 2007-ci ilin iyulun 13-də DSMF-nin Ağsu rayon şöbəsi özünün yeni, yaraşıqlı binasına köçüb. İndiyə kimi darısqal, normal iş şəraiti olmayan yararsız binada yerləşən şöbə bundan sonra çağdaş tələblər səviyyəsində qurulmuş yeni tikilidə fəaliyyət göstərəcək deyə qeyd edilib. Yeni binanın açılış mərasiminə DSMF sədri Səlim Müslümov, Ağsu rayon İH-nin başçısı Əflatun Rufiyev və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar. O zaman olan şəxslər indi yoxdur yerində olanlar isə idarəni sanki ticarət palatasına çeviriblər. Keçirilən o möhtəşəm səs-küylü tədbirin bu günkü durumu isə göz qarşısındadır. Düz 11 il ötür amma nə faydakı 11 illik müddətdə dəyişən sadəcə rüşvətin miqdarı olmaqla yaddaşlara yazılıb.

P.S. Bütün bunlardan bir nəticə çıxarmaq mümkündür ki, Səlim Müslümovun VEMTAS-a müdaxilənin mümkünsüzlüyü ilə bağlı dediyi sözlər yalandır. Əgər bir şeyi ki, insan icad edir, necə ona müdaxilə mümkünsüz ola bilər. Yaradan yaratdığını istədiyi kimi idarə etmək səlahiyyətinə malik olduğunu ən axmaq adam belə bilir. Bu gün yerli DSMF idarələrində edilən müdaxilələr elə məhz nazirlikdən olan kontaktların hesabınadır.

Mövzuya qayıdacağıq...!
Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.

BakuNews.az

XƏBƏR LENTİ