Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

Tarix:18-05-2018, 09:49 Baxış Sayı:4 368

Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib
Bakunews.az xəbər verir ki, Xeberekspress.az saytının yaydığı xəbərə görə adı çəkilən saytda ictimai əsaslarla "jurnalist" fəaliyyəti ilə məşğul olan əməkdaşı işdən qovulub. Məsələ ilə əlaqədar saytın rəhbəri ilə əlaqə saxladıq. Sayt rəhbəri Ruhiyyə xanımın bildirdiyinə görə, saytda ictimai əsaslarla çalışan Hacıqabul rayonunda qeydiyyatda olan lakin Şirvan şəhərində yaşayan Cəfərov Akif Azadxan oqlu jurnalistin peşə etikası qaydalarına riayət etmədiyinə, yüngül həyat tərzi və badəpərstlik etdiyinə, ən əsası isə dövlət idarə və müəssisə rəhbərlərinə hədə qorxular gələrək şantaj üsulu ilə pul tələb etdiyindən Xeberekspress.az saytından qovulub. Vəsiqəsinin redaksiyaya təhvil verməsi ilə əlaqədar Akif Cəfərova müraciət olunsa da o, vəsiqəni təhvil verməmək üçün müxtəlif cür özünəməxsus bəhanələrlə vəsiqəni təhvil verməkdən yayınmışdır. Sayt rəhbəri qeyd etdi ki, Akif Cəfərovun bu kimi əməlləri ilə bağlı inzibati orqanlara artıq həm hədə-qorxu gələrək pul tələb etdiyi dövlət idarə müəssisələri və redaksiya tərəfindən müraciət olunub. Yaxın vaxtlarda xəstəliyindən və əlilliyindən istifadə edərək jurnalist adı ilə şantaj üsulunu özünün qazanc mexanizminə çevirən Akif Cəfərovun məsuliyyətə cəlb olunacaqi qaçılmazdır. Sayt rəhbəri Ruhiyyə xanım Eldarqizindan Akif Cəfərovun haqqında konkret olaraq hansı orqanlara şikayət olunduğunu xəbər aldıq. Ruhiyyə xanım bildirdi ki, Akif Cəfərov haqqında redaksiyaya müxtəlif səpkili şikayətlər daxil olurdu, lakin kollektiv tərəfindən xəstəliyi nəzərə alinaraq tərəfimizdən xəbərdarlıq edilmişdir. Ancaq sonuncu dəfə Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Könül Abbasovadan hədə-qorxu ilə pul tələb etməsi və istəyinə nail olmadığı halda mərkəzin işçisi ilə əlbir olaraq baş həkimi şantaj etməsi artıq bizi Akif Cəfərov barəsində konkret qərar verməyimizə səbəb oldu. Ruhiyyə Eldarqızı əlavə olaraq bildirdi ki, Mərkəzin əməkdaşının Facebook səhifələrində Akif Cəfərovla birlikdə yayımladıqları çıxışlar isə həqiqəti əks etdirmir, həmçinin şər-böhtan və santajdan başqa bir şey deyildir.

P.S. Xəbər Portalı olaraq qeyd edək ki, sözü gedən mərkəzin təşkil etdiyi bir çox tədbirlərin iştirakçısı olmuşuq. Həqiqətən də Könül Abbasova baş həkim təyin olunandan sonra Mərkəzdə böyük dəyişiklik və abadlıq işləri görüb bunu inkar etmək haqsızlıq olardı - deyə Ruhiyyə xanım qeyd edib.

XƏBƏR LENTİ