Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

Tarix:14-08-2018, 12:48 Baxış Sayı:1 258

Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

Avqustun 9-dan başlayaraq şimal-qərb rayonlarına yağan güclü leysan yağışları nəticəsində yaranan daşqınlar təsərrüfatlara, o cümlədən şəhər təsərrüfatına, əkin sahələrinə, infrastruktura ciddi ziyan vurub. Hazırda yağışlar səngiyib, Zaqatala və Balakən rayonlarından keçən çaylarda suyun səviyyəsi enib. Leysan və daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı iş aparılır və rayon təsərrüfatına dəyən ziyan hesablanır. Sinoptiklər isə qeyri-sabit hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır və yeni daşqınlar, leysan istisna deyil.

Zaqatala RİH Başçının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədovun virtualaz.org-a bildirdiyinə görə, ən çox ziyan şəhər təsərrüfatına dəyib, küçələrin asfalt örtüyü sıradan çıxıb, tütün sahələrini sel suları basıb və lil altında qalıb.

Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO


“Hazırda daşqın olan çaylarda suyun səviyyəsi enib. Fəsadların aradan qaldırılması ilə bağlı işlər gedir. Nə qədər ziyan dəyməsi ilə bağlı hesablamaları yəqin ki, bu gün yekunlaşdıracağıq. Ən çox ziyan şəhər təsərrüfatına dəyib. Rayon mərkəzində 4-5 küçədə, yeni massivdə isə demək olar ki, bütün küçələrdə daşqınlar asfalt örtüyünü sıradan çıxarıb. Evlərə, həyətlərə, kəndlərdəki pay torpaqlarına, əkin sahələrinə, fındıq bağlarına, işıq, qaz, meşə təsərrüfatına ziyan dəyib. Amma bağların hamısından su çəkilib” - T.Əhmədov deyib.

İcra hakimiyyəti başçısının müavini bildirir ki, leysan fındıq istehsalına təsir etməsə də, tütün istehsalını azaldacaq: “Leysan fındıq ağaclarını yuyub aparmayıb. Amma digər əkin sahələrinə, o cümlədən tütün təsərrüfatlarına leysan yağışları təsir edəcək. Çünki onları su, lil basıb. Tütün bitkisinin istehsalı bir qədər azalacaq”.

Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO


T. Əhmədov həmçinin bildirib ki, rayonun Böhtala kəndinə gedən piyada körpüsünün dağılması nəticəsində kənddə köməksiz vəziyyətdə qalan 12 ailə ötən həftə sonuFHN-in helikopterləri ilə təhlükəli ərazidən çıxarılıblar. Artıq bu gün su çəkildiyindən həmin şəxslər öz evlərinə qaytarılacaq.

İcra Hakimiyyəti rasmisinin sözlərinə görə, rayona həddindən artıq çox yağıntı düşüb. Nəticədə rayonda olan 7 çayın hamısında eyni vaxtda daşqınlar əmələ gəlib. Gecə saat 12-dən başlayan yağış ertəsi biri gün günorta saat 12-yə qədər aramsız yağıb, ona görə də, fəsadlar çox olub. Hazırda çay yataqlarında işlər gedir.

“Əslində rayonda körpü uçmayıb, kənd daxilində əsas körpüdən əlavə insanlar yaxın olsun deyə körpü qurublar. Uçqun həmin piyada körpüsünün çiyin hissəsində baş verib. Bir az çökmə var, amma tam yuyub aparmayıb”, – deyə T. Əhmədov bildirib.



Balakən RİH başçısının müavini Mehparə Nuriyeva isə virtualaz.org-a leysan yağışları nəticəsində rayon təsərrüfatına 750 min manatlıq ziyan dəydiyini bildirib

“Katex və İtitala kəndlərində bir çox həyətləri, obyektləri su basıb. Yağış ən çox İtitala kəndinə ziyan vurub. İlkin hesablamalara görə, Balakən rayonunda təsərrüfata 750 min manat civarında ziyan dəyib. Xırda buynuzlu mal-qara, ev quşları məhv olub. Əkin sahələri, fərdi təsərrüfatlar, bir də inzibati binalar, məsələn məktəblərin həyəti, uşaq bağçalarının binası ziyan çəkib. Katex çayı üzərində körpü zədələnib”.

Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO


Xatırladaq ki, sel suları nəticəsində Zaqatalada Zilban çayı üzərindəki Zilban və Car kəndlərini birləşdirən, eləcə də Tala çayı üzərindəki Meşleş və Yuxarı Tala kəndlərini birləşdirən körpülərin bəndlərini və çiyin hissələrini su yuyub, körpülərdə hərəkət dayanmışdı. Təbii fəlakət nəticəsində rayonun Bəhmətli, Lahıc, Höytala, Vöhtala, Mamrux, Çobankol, Zəyəm, Yuxarı Tala, Aşağı Tala və digər yaşayış məntəqələri sel sularının altında qalmışdı.

Güclü leysan yağışları nəticəsində Balakən rayonu ərazisindən axan Katex və Balakən çaylarında daşqınlar müşahidə olunurdu. Leysan və daşqınlar Katex, Püştətala, Kortala və İtitala kəndlərində vətəndaşlara məxsus təsərrüfatlara, qarğıdalı, tütün sahələrinə ciddi ziyan vurub.



Bu rayonlarda yol infrastrukturuna dəyən ziyanla bağlı məlumat almaq istəsək də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlamaq mümkün olmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin avqust ayının 16-dək davam edəcəyi ilə bağlı məlumat yayıb. Rayonlarda havanın bir qədər küləkli keçəcəyi, bəzi yerlərdə səhər və axşam saatlarında yağış yağacağı gözlənilir.

XƏBƏR LENTİ