Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

Tarix:23-10-2018, 10:48 Baxış Sayı:524

AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir


Tort kəsilir, paylaşımlar edilir, qalib gəldik deyirlər. Bu şadyanalıq 4 sentyabr 2018-ci il tarixində Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və notbuk oğurlandığı rəsmi şəkildə təsdiq olunandan və AMEA-nın Rəyasət Heyəti aparatına məlumat verilməsinə dair qərar çıxarılandan sonra baş verir. Nə baş verir, kimə qalib gəlinir, maraqlıdır.

Beləliklə, belə başa düşülür ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş verən oğurluq hadisəsindən hələ də nəticə çıxarılmayıb. Görünür, bir zamanlar məşhur “Soros fondu”nun əməkdaşı olmuş, amma hansısa səbəbdən kitabxana direktoru təyin olunmuş Leyla İmanova və onun himayəçisi rolunda bu sahəyə cavabdeh AMEA-nın vitse-prezidenti qəbul etmək istəmirlər ki, ilk baxışdan asan və əlçatan kimi təsir bağışlayan Mərkəzi Elmi Kitabxananın mühüm işlərini kənara atıb tort kəsmək və paylaşımlar etməklə oradakı problemlər həll olunmur. Minlərlə qiymətli elmi kitabların saxlanması diqqət, peşəkarlıq və məsuliyyət tələb edir. Neçə illərin nadir kitablarına münasibət də maraq doğurur. Kitabxanada mübadilə fondu, xaricə göndərilən və oradan alınan qiymətli elmi kitabların formatlara bölünüb, işlənməsi və inventarlaşmaya qəbul olunması bərbad vəziyyətdədirsə, Leyla İmanovanın ətrafı olan, “ailə ansambl”ının üzvləri hansı günlərinə tort kəsir, bayram edirlər, kimə qalib gəlmiş hesab olunurlar. Və yaxud, AMEA-nın hörmətli vitse-prezidentinin “kurasiya”sında olan Mərkəzi Elmi Kitabxanadan oğurlanmış 113 ədəd kompüter və notbukun yerinə bir neçə “Kür” kompüterlərini yerləşdirməklə də məsələ həllini tapmış hesab olunmur. Axı bütün hallarda baş verənlər birbaşa AMEA-nın prezidenti, akademik Akif Əlizadənin əleyhinə işləyir. Çünki, ölkədə fəaliyyətdə olan bütün kitabxanalarda mütəxəssis direktorlardan fərqli kitabxana işindən anlayışsız bir həkimin – İmanova Leyla Bəkir qızının fəaliyyəti necə təqdir oluna bilər ki, hələ də “Kitabxana işi haqqında” qanun kobud şəkildə pozulur, orada kitabxanaya üzvülük pullu olaraq həyata keçirilir. Və yaxud AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və onun himayəçisi rolunda çıxış edən vitse-prezident, deputat nədən düşünmək istəmirlər ki, “Milli Rəqəmsal Yaddaş” kimi təqdim olunan, ancaq içi hələ də boş olan bu format (http: //mek.az/mry.aspx) işlənilməyibsə, hansı dünya ədəbiyyatı kitabxanasına inteqrasiyadan və ya elmi mübadilədən söhbət gedə bilər.

Bakı Dövlət Universitetindən sonra yeganə yüksək ixtisaslı kadr hazırlayan, ümummilli lider Heydər Əliyevin fərmanı ilə elmi status alan bu müəssisəni adi kitabxanaya çevirib, idarəçilərini də bibioğlu, xalaoğlu, qardaşoğlu, dost, rəfiqədən təşkil ediblərsə, demək AMEA-nın Mərkəzi Elmi Kitabxanası ali mqsədə xidmətdən çox-çox uzaqdır.

Bilirsiz, niyə? Çünki, 90 illik ənənəsi olan elmi kitabxana hazırda kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq kimi əsas meyarlardan çox-çox geridə qalıb. Belə görünür, orada nadir və qiymətli kitabların, elmi vəsaitlərin aqibətini bir uşaq belə müalicə etməmiş, həkim Leyla İmanova və ətrafının ixtiyarına buraxmaqla, AMEA-nın Mərkəzi Aparatı hələ də seyrçi mövqe sərgiləyir, orada baş verənlərin ciddiliyindən yayınmaq təşəbbüsünə üstünlük verir. Belə olmasaydı, yəqin ki, ümumi dəyəri 122.567 min manat olan 113 ədəd kompüter və notbukun oğurlanmasına dair cinayət işinin təsdiqindən sonra AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Yeni Tenologiyalar üzrə direktor müavini Ruzi Məmmədovun, Təsərrüfat Şöbəsinin müdiri İbad Əliyevin, Ümumi İşlər üzrə direktor müavini Fuad Aslanovun və digərlərinin işdən çıxarılmasına dair AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin 26 sentyabr 2018-ci il tarixli təqdimatı ilə AMEA-nın prezidentinə olunan müraciətə əsasən ikincinin çıxardığı qərar icra olunardı. Yəni adları yuxarıda çəkilən Mərkəzi Elmi Kitabxananın müavinlərinin işdən çıxarılmasına dair qərar Leyla İmanova tərəfindən icra olunardı, heçə sayılmazdı.

Məlum müavinlər işlərində hələ də qalırsa, direktor Leyla İmanovaya töhmət verilibsə, adı çəkilən digər məsul şəxslərin isə işdən azad edilməsi mümkünləşməyibsə, Mərkəzi Elmi Kitabxanada mövcud vəziyyət görünür ki, bundan sonra da düzəlməyəcəkdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilən Leyla İmanova və məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilən müavinlər mövcudluqlarını kitabxananın kollektivinə diktə şəklində tort kəsib, paylaşımlar etməklə hələ də sürdürürlərsə, onlar hansı haqla fakt üzrə məsuliyyət daşıyan digər işçiləri müəyyən edib, onlar barəsində ciddi intizam, tənbeh tədbiri görüb, nəticəsi barədə də AMEA-nın Rəyasət Heyəti aparatının kadrlar şöbəsinə məlumat verəcəklər. Demək, Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanova edilmiş müraciət və onun da 28 sentyabr 2018-ci il tarixli məktubu ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının adı çəkilən məsul vəzifəli şəxsləri barəsində ciddi intizam tənbeh tədbiri görülməsi, formal olaraq kağız üzərində qalacaq, kitabxana bir neçə ildən sonra daha acınacaqlı duruma düşəcəkdir. Yəqin ki, gec-tez buna məsul olan şəxslər baş verənlərin məsuliyyətinə dair cavabdehlik daşıyacaqlar. Lakin onda gec olacaq və mətbuat da bu məsələyə hazırkı şəkildə seyrçi münasibət bəsləməyəcək.

Qeyd edək ki, bir az əvvəl mətbuatda xəbərlər yayılmışdı ki,AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub.Eləcə də ,kitabxananın direktoru Leyla İmanova qardaşının kürəkəni, həm də həyat yoldaşı Nazim İmanovun bacısı oğlu Məmmədov Ruzi Məharət oğlunu Yüksək Texnologiyalar və Layihələr üzrə, Ruzi Məmmədovun dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə, bibisi oğlu Əliyev İbad Barat oğlunu Təsərrüfat İşləri üzrə direktor müavinləri təyin edib. Xalası oğlu Quliyev Elman Rəqəmsallaşma, rəfiqəsi Səfərova Aygünü isə kitabxana xidməti şöbələrinə müdir qoyub.

P.S. Redaksiyamıza gönderilən bu məqalədə deyilənlər doğrudursa burda qanunların kobud şəkildə pozulduğu təsdiq edilmiş olur ki, buda qohumların eyni idarədə işləməsinə qoyulan qadağa maddəsin vecə almamaqdır. Bununla bağlı adları çəkilən şəxslərin mövqeyində dinləyib məsələyə aydınlıq gətirməyə hazırıq.
AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir
AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

XƏBƏR LENTİ