Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

Tarix:8-01-2019, 13:25 Baxış Sayı:278

BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

Poliknikiların daha çox “xəstəlik bülleteni” , arayışlar verməsi ilə məşğul olmaları sirr deyil. Bu arayışların içində əlilliyin müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN ) Tibbi Sosial Ekspert Komissiyasına ( TSEK ) göndərilən “forma 88” arayışı önəmli yer tutur və poliklinikaların başlıca qazanc qaynağı rolunu oynayır. Təsəvvür edin, “əl boyda kağız” üçün pasiyentlər hətta 5 min manata yaxın vəsait ödəyirlər! Bəziləri verdikləri pulu əlilliyə görə pensiya məbləği və digər güzəştlərlə kompensasiya etdiklərindən, saxta yolla əlillik əldə edilməsi praktikası geniş yayılıb. Bu isə həm büdcəyə ziyan vurur, həm də gerçək xəstələrin reabilitasiyasına. Poliklinikalar qanunsuz pul əldə etməkdən elə şirnikləşiblər ki, hətta hər iki ayağı kəsilən xəstənin “forma 88”-ini qəsdən düz tərtib etmirlər . ƏƏSMN TSEK-i də “ elektron yoxlama “ ilə iki ayağı olmayan şəxsə əlillik dərəcəsinin düşmədiyini qərara alır! (?) Səbəb də budur ki, poliklinika arayışı düzgün tərtib etməyib! Poliklinikaların pullu “əlillik xidməti”ndən “yuxarı” səhiyyə müəssisələri də yayarlandığından, gerçək xəstələrin sağlamlığı da təhlükədə qalır, eyni zamanda əlillik dərəcəsi də ala bilmirlər. Sadəcə, poliklinikalar TSEK-ə forma 88 göndərməkdən imtina edir! ?

Xətai rayonundakı 7 saylı poliklinikanın pullu “xidmət”i mətbuat səhifələrində vaxtaşırı işıqlandırılıb. Özəlliklə poliklinikaya Şəlalə Səfərova baş həkim təyin olunandan narazılıqlar səngimək bilmir. Təsəvvür edin, bu baş həkim 30 ildir poliklinikada qeydiyyatda olan şəkərli diabet xəstəsini uçota almaqdan imtina edib ki, doğulduğu yerdə uçota durmalıdır. Səhiyyə Nazirliyindən isə belə xəstələrin qeydiyyatda olduğu yer üzrə uçota götürülüb müvafiq dərmanlarla pulsuz təmin olunmalarını bildirib. Ümumiyyətlə, şəkər xəstələrinə qarşı ayrı-seçkilik hökm sürür. Kimi bu xəstəliyə görə “əlil” adı alır, kimi heç adi uçota da dura bilmir. Xətai rayonu, Neapol küçəsi, ev 21, mənzil 37 ünvanında qeydiyyatda olan Zahid Bədəlova qarşı 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova “ittihamçı” kimi çıxış edir. 10 ildən çoxdur şəkərli diabet və ürək çatmazlığından əziyyət çəkən, sinəsində dörd stend gəzdirən Qarabağ əlilinin oğluna son bir ildə elə “tibbi xidmət” göstərilib ki, xəstə həyatını itirmək təhlükəsi ilə üzləşib. Belə ki, tibbi xidmətdən imtina edildiyindən, xəstə bu ilin sentyabrın ayının sonlarında doğulduğu rayonun xəstəxanasında müalicəyə gedib. Xəstənin vəziyyətinin ağırlığını görən rayon xəstəxanası anında onu təcili yardım maşını ilə Bakıya “Ağ ciyər xəstəlikləri İnstitutu”na çatdırıblar. 45 gün sözügedən tibb ocağında müalicə olunan xəstəyə 7 saylı poliklinikanın tibbi personalı bir dəfə də olsun baş çəkməyib, dəfələrlə müraciət edilməsinə baxmayaraq, əlillik dərəcəsinin təyin edilməsi üçün ƏƏSMN-ə “forma 88” göndərilməyib. Nazirlər Kabinetindən, Səhiyyə Nazirliyindən 7 saylı poliklinikaya göndərilən ,verilən göstərişlərə, tapşırıqlara isə əməl edilmir. Baş həkim Şəlalə Səfərova istənilən dövlət məmuruna, hüquq mühafizə orqanına şikayətin faydasız olacağını bildirib. Bu baş həkimin özbaşınalığı o həddə çatıb ki, xəstəni intihara təhrik edir, 2-ci tip şəkərli diabet, 2-ci dərəcəli ürək çatmazlığı, tənəffüs çatmazlığı , vərəmə əlillik dərəcəsinin düşmədiyini bildirir. Birincisi, əlilliyi, vurğuladığımız kimi, ƏƏSMN-in Tibbi Sosial Ekspert Komissiyası müəyyən edir və ikincisi, NK -nın “Əlilliyin müəyyən edilməsi meyarları haqqında əsasnaməsi”ndə bu xəstəliklərin ən azı 2-ci qrup əlillik dərəcəsi təyin edilməsinə əsas olması təsbit olunub.
Görəsən, 7 saylı poliklinikanın baş həkiminin “özəl əlillik meyarları”na, xəstələri intihara çatdırmasına son qoyan olacaqmı? Ümidlər yeni 2019 -cu ilə qalır. ..

Məğrur Bədəlsoy

XƏBƏR LENTİ