Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

Tarix:11-02-2019, 11:20 Baxış Sayı:81

Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

Hər kəsə bəllidir ki,ölkəmiz qısa bir zamanda surətlə inkişaf etmişdir. Ötən illərdə Azərbaycan Respublikası dünyada nümayiş olunan bir sıra böyük lahiyyələrdən olan Eurovision, Avropa oyunları, Formula 1 və sair oyunlara ev sahibliyi etmişdir. Təbii ki, dövlətimizin bu nəaliyyətləri əldə etməsi, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Gəlin görək Azərbaycanda hansı dövlət qrumunun rəhbərləri, rəhbərlik etdikləri müəssisə və idarələrdə nə kimi yeniliklər ediblər, yaxudda ediblərmi ?

DogruXeber.az bildirir ki, son günlər səhiyyə və təhsildə böyük qanun pozuntularına rast gəlinir. Belə ki,redaksiyamıza müxtəlif sahələrdə məlumatlar daxil olmaqdadır. Məsələnin maraqlı tərəfi burasındadır ki,daxil olan məlumatlardan üçdə biri, ya təhsildə olan karrupsiya faktları barədədir, yada ki, səhiyyədə olan rüsvayedici karrupsiya görüntüləridir. Bəs görəsən bu cür xoşa gəlmiyən hadisələrin yaranmasına səbəb nədir?

Nə üçün təhsil ocaqlarının rəhbər vəzifəsində çalışan müəssisə rəhbəri, qorxu bilmədən təhsil ocağına zidd olan rüşvət çirkabına bulaşır. Görəsən bunu etməyə aldığı aylıq əmək haqqının az olması məcbur edir yoxsa , vəzifəyə təyin olunanda hər hansı bir vəsait bahasına gəldiyi üçün bu çirkin yola əl atır ? Bu cür suallara cavab tapmaq elədə çətin deyil. Texnalogiyanın inkişaf etdiyi dövrdə gizli görülən işlərin tez bir zamanda aşkar olunduğunun şahidi oluruq.

Elə bu səbəbdəndir ki,Səhiyyə və Təhsil ocaqlarında verilən və alınan rüşvət faktları məhz texnalogiyanın vasitəsi ilə qeydə alınır. Beləliklə də müəssisə və idarələrdə çirkaba bulaşmış rəhbər və onun kollektivi cəmiyyətə pis bir örnək olaraq nümunə olurlar. Təbii ki,bu cür hadisələrdən çox bəhs etmək olar, amma gəlin keçək əsas mövzumuza. Aşağıda sizlərə təqdim edəcəyimiz video kadrda,Azərbaycanda səhiyyənin hansı durumda olduğunu açıq aydın görəcəksiniz. “Avropa və MDB olkələrinə nümunə olan səhiyyəmiz”, xəstəxanalarda pullu xidmət göstərməyi bu cür xalqa aşılayır. Kadrda göründüyü kimi xəstə həkimə müayinə sənədlərini göstərir, həkim isə sənətin içində pul görmədikdə qanuni tələbi irəli sürüb analizlərini tələb edir. Xəstə isə bildirir ki,nəyə görə pul verəndə yazırsınız ,pul vermədikdə analiz tələb edirsiniz ?

El arasında söz var deyərlər “burda qəribi ağlamaq tutdu” Həə bax gör səhiyyəmizin nümunəvi xəstəxana həkimi nə desə yaxşıdır ! Yüz (100) manat əmək haqqı alıram,dolanmaq olmur pulunuzu verin analizin cavabın yazım verim. İnd burada kimə bəraət qazandıraq xəstəyə yoxsa həkimə ? Bir sözlə desək ölkə qanunlarına zidd əməllərlə məşğul olan səhiyyə işçiləri düşünmürlər ki,texnalogiyanın inkişaf etdiyi vaxtda bu cür açıq aydın dövlət xəstəxanasında xəstələrlə pul davası etməzlər. Bəs görəsən səhiyyə sahəsində gedən bu cür acınacaqlı duruma nazir Oktay Şirəliyev nədən susur ?

Qaradağ rayon Lökbatan qəsəbə sakinlərindən bir qrup sikayətçi, watsap nömrəmizə bir neçə video kadr və tibbi müayinədən keçmək üçün 2016-cı ilin qeydiyyat blankının foto səkillərini göndəriblər. Sikayətçilərin sözlərinə görə 08.02.2019-cu il 288 saylı tam orta məktəb şagirdlərin direktorunun göstərişinə əsasən tibbi müayinə üçün 4 saylı uşaq xəstəxanasına göndəriblər. Dəhşətli məqam burasındadır ki,məktəb tərəfindən şagirdlərə verilən müayinə vərəqəsi 2016-cı ilin qeydiyyat vərəqinin olmasındadır. Görəsən hansı səbəbdəndir ki,2019-cu il olduğu halda köhnə ilin qeydiyyat vərəqi ilə şagirdlər tibbi müayinədən keçməlidir?

Bəli bir sıra idarə və müəssisə rəhbərləri var ki,şəxsi maraqları hesabına idarə etdikləri müəssəni rüşvət gölünə qərq edirlər. Buna misal olaraq Qaradağ rayon Lökbatan qəsəbəsi 4 saylı uşaq xəstəxanasını göstərmək olar. Video kadrlarda açıq –aydın görünür ki,həkimlər çəkinmədən xəstədən pul tələb edir. Görünür xəstəxana rəhbəri, işçi kollektivinə müəyyən məbləğdə haqq ödəmələrini tələb edib ki, xəstəxana həkimləri də tibb ocağını “bazar” qaydalarıyla idarə edirlər. Rüşvət qarşılığında müayinədən keçirilməyən insanların gələcəkdə sağlamlıq baxımından hansı durumda olacaqlarını düşündükdə insanın tükləri biz-biz durur. Hansı sağlam cəmiyyətdən danışa bilərik ?
Səhiyyə sahəsində bu kimi bir çox acınacaqlı hadisələrin baş verməsinə tez-tez rast gəlmək olur. Bəs görəsən səhiyyə naziri Oktay Şirəliyev tibb ocaqlarında baş vermiş qanunsuzluqlara adekvat olaraq hansı qanuni tədbirlər görür.

Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO
Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO
Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO
Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO
Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO
Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

XƏBƏR LENTİ