Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

Tarix:25-02-2019, 15:28 Baxış Sayı:152

Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsini elan edib.

Manera.az xəbər verir ki, müsabiqədə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxılacaq. Qaliblərə heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafat və diplomlar təqdim olunacaq.

Kitab qrafikası üzrə müsabiqəyə təqdim olunan əsərlər qrafikanın bütün texnikalarında (rəsm, ofort, linoqravüra, ksiloqrafiya, litoqrafiya, akvarel, qarışıq texnika və s.) yerinə yetirilə bilər. Bu nominasiya üzrə illüstrasiya-əsərlərin ölçüləri A3 və A4 formatında tərtibatsız-çərçivəsiz təqdim olunmalıdır.

Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” qeyd edilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:

Birinci yer (bir nəfər)- 10 000 manat

İkinci yer (bir nəfər)- 7000 manat

Üçüncü (bir nəfər)- 5000 manat

Həvəsləndirici mükafat:

8 nəfər, hər biri - 1000 manat

Hazır əsərlər oktyabrın 10-dan 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Bakı şəhəri, Neftçilər prospekti, 49, Muzey Mərkəzinin 1-ci mərtəbəsində 11-ci otaq, əlaqə telefonları; + 994 493 93 85, +994 12 493 86 33) təqdim olunmalıdır.

XƏBƏR LENTİ