Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

Tarix:16-04-2019, 10:55 Baxış Sayı:126

Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?


Artıq bir həftədir ki, RF Dağıstan Respublikası Dərbənd rayon icra hakimiyyətinin azərbaycanlı başçısı həbs edilib. Səhər saat 4:40 radələrində gözlənilmədən onun evinə əməliyyat - axtarış qrupu gəlib. Rusiya istintaq komitəsinin əməkdaşları maskalı şəxslərlə M. Cəlilovun villasının hər dəlmə-deşiyini belə yoxlayıblar. Sonra əməliyyat-axtarış tədbirləri icra başçısının kabinetində davam etdirilib. Müstəntiqlər rayon şefini vəzifə səlahiyyətlərindən istifadə edərək külli miqdarda vəsaiti israf etməkdə ittiham ediblər. Məhəmməd Cəlilov təyyarə ilə Moskvaya aparılıb.
Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

Bu icra başçısının ilk həbsi deyil. Təxminən bir il əvvəl də Dağıstan respublikasının istintaq komitəsi M. Cəlilovu “Qafqaz” federal şossesinin kənarında üç hektar torpağı qanunsuz satdığına görə həbs etmişdi. O, dövlət büdcəsinə 2,2 milyon rubl zərər vurmaqda günahlandırılırdı. Ötən ilin martında da rayon başçısı eyni qaydada gözaltına alınmışdı. Amma müəyyən müddət sonra onun həbsi ev dustaqlığı ilə əvəzlənmişdi. Nəhayət cinayət işinə xitam verilmiş və M. Cəlilov öz vəzifəsinə bərpa edilmişdi. Sonralar icra başçısını müxtəlif məsələlərdə ittiham etsələr də, həbs etmək mümkün olmamışdı. Bu dəfə isə onu moskvalı müstəntiqlər yaxalayıblar. Söhbət qeyri-qanuni satılan torpaqlardan və dövlətə vurulan ziyandan gedir.
Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

Bütün bunlar məsələnin görünən tərəfidir. Azərbaycanlı icra başçısının həbsinin başında Dağıstan respublikasının rəhbəri Vladimr Vasiliyevin durması heç kəsə sirr deyil. Bəs respublika başçısı nəyə görə, Məhəmməd Cəlilovu təcrid etməkdə israrlıdır? Adının çəkilməsini istəməyən Dərbənd rəsmilərindən biri dedi ki, rayonun icra başçısından Dağıstanın keçmiş rəhbəri, indi isə Rusiya prezidenti Vladimr Putinin Xəzəryanı ölkələrlə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov barəsində ifadə almaq istəyirlər. Birinci həbsdə bu mümkün olmayıb. İndi isə müstəntiqlərin Moskvaya aparılan M. Cəlilovdan vaxtilə onu bu vəzifəyə təyin etmiş R. Abdulatipovla bağlı izahat alacaqları istisna olunmur... “İcra başçısını həbs edib Dağıstanda da saxlaya bilərdilər. Bir-iki hektar torpağa görə, Rusiya istintaq komitəsinin əməkdaşlarının bu məsələyə müdaxiləsinə nə ehtiyac vardı? Göründüyü kimi, məsələnin kökü daha dərindədir”. Mənbə deyir ki, Dərbənd uğrunda klanlararası amansız bir savaş gedir. Adı YUNESKO-nun qədim şəhərlər siyahısına düşmüş Dərbəndə külli miqdarda vəsait ayrılması nəzərdə tutulub. Burada böyük infrastruktur işləri həyata keçiriləcək. Dünyanın hər yerindən şəhərə turistlər gəlir. Rəsmi Kremldə də elə yüksək vəzifəli şəxslər var ki, Dərbəndi nüfuz dairələrində saxlamaq istəyirlər.

Dağıstanda Dərbəndin rayon statusunun ləğvinə çalışan qüvvələr də mövcuddur. Onlar iddia edirlər ki, burada ikili hakimiyyətə son qoyulmalıdır. Yalnız şəhər icra hakimiyyəti saxlanılmalıdır. Əslində təəccüblü heç nə yoxdur. Dərbənd rayon icra hakimiyyətinə tarixən yalnız azərbaycanlılar rəhbərlik edib. Bu prinsip hələ Sovetlər Birliyi dövründə müəyyənləşdirilib. Dərbənddə idarəetməni azərbaycanlılarsız formalaşdırmaq cəhdləri müxtəlif formalarda təzahür və davam edir.Soydaşlarımızın vəziyyətinə gəldikdə isə, indi onlar lider axtarışındadırlar. Bəzi ictimai təşkilatların rəhbərlərinin fikrincə, həmin şəxs Dərbəndin keçmiş icra başçısı və hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının rektoru işləyən Qurban Qurbanov ola bilər. O, təxminən qırx ilə yaxın rayona rəhbərlik etmiş mərhum Səid Qurbanovun oğludur. Bəzi dərbəndlilər hesab edirlər ki, istər respublikadakı nüfuz, istərsə də bu ailənin Azərbaycanla onilliklər boyu isti münasibətləri baxımından Q. Qurbanov ən əlverişli və perspektivli kadrdır.

Hələliksə, Məhəmməd Cəlilovun ətrafındakı söz-söhbət səngimir. İndi hamını bir sual maraqlandırır: İcra başçısı ikinci dəfə Moskvanın vurduğu qandallardan xilas ola biləcəkmi?

Müqəddəs Mehdiyev

XƏBƏR LENTİ