Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

Tarix:17-04-2019, 19:09 Baxış Sayı:37

​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

Vəkil Bəhruz Bayramov: “Arzu Əliyevin ADPU-dan çıxarıldığı üçün rektorun otağı qarşısında keçindiyi haqda informasiyanı sayta hadisənin canlı şahidləri verib və onlar məhkəmədə ifadə verməyə hazırdırlar”

Bu gün Nərimanov rayon Məhkəməsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərovun Muxalifet.az xəbər portalına qarşı iddiasına baxılıb.
Hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə Muxalifet.az saytının vəkili Bəhruz Bayramov qarşı tərəfin iddiasının bir neçə səbəbdən əsassız olduğunu bildirdi.
Vəkil ilk olaraq onu diqqətə çatdırdı ki, Cəfər Cəfərovun “nurçular”la əlaqəsindən yazan sayt heç bir halda hüquqi məsuliyyət daşımır. Çünki C.Cəfərovun hələ Turizm İnstitutuna rəhbərlik etdiyi dövrdən Qafqaz Universitetinin rektoru Əhməd Sanıc və “Çağ Öyrətim İşlətmələri Şirkəti”nin rəhbəri Enver Özerinlə yaxın əlaqələr qurduğu bundan öncə də müxtəlif KİV-lərdə dəfələrlə yazılıb. Hətta onların bir çox tədbirlərdə yanaşı çəkilmiş fotoları və video-görüntüləri də mövcuddur.
Digər tərəfdən, Muxalifet.az Cəfər Cəfərovun “nurçular”la əlaqədə olduğunu yazsa da, rektor hansısa cinayətdə ittiham olunmur. Belə ki, Azərbaycan Milli Məclisi “nurçular” adlanan Fətullahçı şəbəkəni “terror təşkilatı” kimi tanımadığından və yaxud onların dövlət əleyhinə fəaliyyəti ilə bağlı heç bir rəsmi sənəd mövcud olmadığından, ADPU rektorunun iddiası absurddur.
Cəfər Cəfərovun “Kütləvi İnformasiya Vasitələri Haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsini əsas gətirərək Muxalifet.az saytından 100 min manat təzminat tələb etməsinə gəldikdə, Bəhruz Bayramov bu iddianın da gülünc oludğunu qarşı tərəfin diqqətinə çatdırdı. Vəkil bildirdi ki, 10-cu maddə KİV haqqında qanundan çıxarıldığından, məlum iddianın heç bir hüquqi əsası yoxdur.
​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

Bəhruz Bayramov

Bəhruz Bayramov məhkəmədə ADPU rektorunun rəhbərlik etdiyi universitetdə baş verən ölüm faktı ilə bağlı Muxalifet.az-da yazılanların da, qarşı tərəfin etirazına rəğmən, əsassız olmadığını vurğuladı. Bildirdi ki, ADPU-nun müəllimi Arzu Əliyevin işdən çıxarıldığı üçün rektorun otağı qarşısında keçindiyi haqda informasiyanı sayta hadisənin canlı şahidləri verib və onlar məhkəmədə ifadə verməyə hazırdırlar.
Maraqlıdır ki, Cəfər Cəfərovun prosesdə iştirak edən vəkili ciddi-cəhdlə şahidlərin ifadə verməsinə əngəl oldu.
Nəticədə hakim Kəmalə Əmirxanova ADPU rektorunun iddalarının nə dərəcədə əsaslı olduğunu aydınlaşdırmaq üçün linqvistik ekpertiza təyin olunmasına qərar verdi.
Ekspertizanın rəyi bəlli olduqdan sonra məhkəmə prosesi davam etdiriləcək.
Muxalifet.az
Redaksiyadan: ADPU rektorunun fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə oxucularımızı universitetdə baş verən çoxsaylı qanunsuz faktlarla tanış edəcəyik. Bizi izləyin.

XƏBƏR LENTİ