Anons

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

25-04-2019, 11:44 - Həkimlər və Hüquq Mühahizə işçilərinin qurbanına çevrilən Beyləqan rayon sakini Pənah Hüseynov başına gələn müsibətlərdən danışdı - VİDEO

25-04-2019, 10:15 - Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Himnimizi ucadan oxumağı qızımdan öyrəndim

Tarix:25-04-2019, 09:24 Baxış Sayı:83

Himnimizi ucadan oxumağı qızımdan öyrəndim

Günay Malikqızı yazır...

Bir gün qızımı dərsə aparıram, gecikirik...

İşdən evə gec gələn, yorğun, bir az da narazı olan iş qadını - ana əhvalında olanlara məxsus tərzdə II sinifdə oxuyan qızımı məktəb qapılarından içəri salıb, tez evə qaçıb yarımçıq işləri bitirib işə qaçmaqdadır fikrim...

Elə qapıdan Zeynəbi ötürdüm ki, uşaq dayandı. Çantasını yerə atıb əlini ürəyinin üstünə qoyub dondu.

O qədər ani oldu ki, mən çaşdım, uşağı yerindən itələyib, “Ay bala, nə oldu, get də”, səsimi qaldırmadan, ancaq etirazımı açıq bildirəcək tərzdə dedim, hələ uşağı bir balaca itələdim də...

Zeynəb yavaşca “Ana, himn” deyəndə, özümü o qədər aciz, yazıq, mənasız, gücsüz, daha nə bilim, başqa söz tapmıram, hiss edə biləcəyim ən pis vəziyyətdə hiss etdim.

Dondum. Məktəbin böyük işıqlı dəhlizində qızımla bərabər gecikən 2-3 nəfər şagird, məktəbin mühafizəçisi və üzündə içindəki suallara cavab tapmayan birinin ifadəsi olan mən dayanmışdıq.

Uşaqlar yavaşdan himni oxuyurdular. Mühafizəçi ayaq üstə dayanmışdı. O da oxumurdu. O da mənim kimi səsini eşitməkdən çəkinən nəslin nümunəsidir axı...

Evə gedəndə bütün yolu gözümdən yaş gəldi. Qızım üçün fərəhlənirdim, özüm üçünsə... Nə bilim, bəhənə uydurdum ki, yorğun olduğuma görə eşitməmişəm.

Əslində, həmişə himnimizi oxumuşam. Getdiyim rəsmi, ya da qeyri-rəsmi tədbirlərdə himn eşidiləndə mən o sözləri səsimi çox qaldırmadan yavaş, amma demişəm...

Səkkiz yaşlı qızımın “Ana, HİMN” sözlərindən sonra isə səsimi yanımdakı eşidəcək qədər qaldırıram.

Bu hadisəni yenə xatırladım. Gimnast qızlarımızın qələbə qazandıqdan sonra himni axıra qədər, gur səslə, inamla və FƏXRLƏ oxuduqlarını görəndə necə xoşbəxt olduq.

Onların qələbəsi qədər, HİMNƏ sahib çıxmaları bizi fərəhləndirdi.

Gördük ki, onlar fərqlidirlər. Onlar Müstəqil Azərbaycanın vətəndaşları kimi doğulubular.

Bu böyük xoşbəxtliyi heç kim onlardan ala bilməz. QOYMAZLAR!

İdmançı qızların timsalında bu nəslin müstəqilliyimizə necə sahib çıxdığının şahidi olduq. Bu nəsil öz səslini eşitməkdən çəkinmir. Himni oxumaq onlar üçün qürurvericidir.

“Səsim pisdir, oxumuram” demirlər, düşünmürlər. Onlar anlayırlar ki, fərqli səslərin birləşməsidir HİMNİN əzəmətini artıran. Onu gözəlləşdirən.

Himni ən yorğun halında belə eşidəcək analar, atalar yetişir. Bu, məni sevindirir.

Hə, bir də, “hə, nə olsun?” deməyin. İnanın, millətin xarakterini xırda saydığımız hərəkətlər formalaşdırır.

Şəhidlərimizin qanıdır Azərbaycan dediyimiz “bədən”in ruhu, analarımızın şəfqəti, atalarımızın müdrikliyidir siması, balacalarımızın uğurlarıdır Vətən məfhumunu yaşadan, qocaltmayan, inkişaf etməyə sövq edən...

Ona görə də o gün, məncə, bir himn axıra qədər oxunmadı, o gün müstəqil bir nəsli yetişdirdiyimizi növbəti dəfə gördük.

Əslində, həmişə himnimizi oxumuşam. Getdiyim rəsmi, ya da qeyri-rəsmi tədbirlərdə himn eşidiləndə mən o sözləri səsimi çox qaldırmadan yavaş, amma demişəm...

Səkkiz yaşlı qızımın “Ana, HİMN” sözlərindən sonra isə səsimi yanımdakı eşidəcək qədər qaldırıram.

Qızımdan öyrəndim...

XƏBƏR LENTİ