Anons

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

25-04-2019, 11:44 - Həkimlər və Hüquq Mühahizə işçilərinin qurbanına çevrilən Beyləqan rayon sakini Pənah Hüseynov başına gələn müsibətlərdən danışdı - VİDEO

25-04-2019, 10:15 - Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Tarix:25-04-2019, 10:15 Baxış Sayı:131

Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Rusiya Federasiyası, Dağıstan respublikası, Dərbənd şəhəri. Burada ucaldılan dahi şairimiz Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalların hücumuna məruz qalıb. Dərbənd şəhərindən aldığımız məlumata görə, son altı ayda bu cür hərəkətlər dörd dəfə təkrarlanıb. Amma uzun illərdir ki, abidəyə silsilə vandal hücumları təşkil olunur. Vəhşilik törədənlərin şəxsiyyəti isə naməlumdur. Ona görə də vandallar çirkin əməllərindən əl çəkmirlər. Təxminən iki həftə öncə naməlum şəxs və yaxud şəxslər Nizami Gəncəvinin heykəlini daha ciddi şəkildə zədələyiblər. Vandallar dahi şairimizin sağ əlinin barmaqlarını qıraraq təhqiramiz formaya salıblar.

“Şimal xəbərləri”nin əməkdaşı Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının sədri, tanınmış jurnalist Telman Tahirli ilə bu barədə söhbət edib. İctimai-siyasi fəal bildirib ki, baş vermiş hadisə ilə bağlı Dərbənd şəhər polis idarəsinə rəsmi müraciət ünvanlayaraq heykəlin yerləşdiyi parka müşahidə kamerası qoyulmasını xahiş edib. Prokurorluq da məsələyə qarışıb. Təxminən üç gündür ki, abidə bərpa edilib və yaxınlığına müşahidə kameraları yerləşdirilib. Telman Tahirli müsahibəsində heykələ edilən vandal aktının şəhərdə milli ədavəti qızışdırmaq istəyən qüvvələr tərəfindən törədilməsini də istisna etməyib.

Qeyd etdiyimiz kimi, uzun illərdir ki, Nizami Gəncəvinin Dərbənd şəhərindəki heykəli bu cür vəhşiliyə məruz qalır. Təccüblüdür ki, ötən dövr ərzində yerli hüquq-mühafizə orqanları bu alçaq işi görənləri ifşa etmirlər. Bizcə Telman Tahirli haqlıdır. Vandal aktını həyata keçirənlər şəhərdəki etnik azərbaycanlıların heysiyyatı və qüruru ilə oynayır və onları süni şəkildə ayağa qaldırmaq istəyirlər. Bu baş verəcəyi təqdirdə soydaşlarımızı Dərbənddə yaşayan istənilən xalqla üz-üzə qoya bilərlər. Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyir ki, o, baş vermiş vandalizmdə daha çox üçüncü qüvvənin iştirakından şübhələnir: “Biz bu məsələni Azərbaycan mətbuatında da dəfələrlə qaldırmışıq. Çox təəssüf ki, nə Dağıstan, nə də Dərbənd rəhbərliyi problemə münasibətini bildirməyib. Qədim şəhərdə yaşayan soydaşlarımız çox ehtiyyatlı olmalıdırlar. Təklif edirəm ki, azərbaycanlılar kütləvi şəkildə N. Gəncəvinin heykəlinə edilən vandal aktı ilə əlaqədar Dağıstanın başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etsinlər”


“Şimal xəbərləri”

XƏBƏR LENTİ