Anons

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

25-04-2019, 11:44 - Həkimlər və Hüquq Mühahizə işçilərinin qurbanına çevrilən Beyləqan rayon sakini Pənah Hüseynov başına gələn müsibətlərdən danışdı - VİDEO

25-04-2019, 10:15 - Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Amerikada gözəllik yaradan azərbaycanlı xanım

Tarix:7-05-2019, 12:42 Baxış Sayı:74

Amerikada gözəllik yaradan azərbaycanlı xanım


Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən.
Hər şey gözəldir həyatda,
Özün bir zərrə gözəllik yarada bilsən…

Bu misralar mərhum Arif Abdullazadənin Cavanşir Quliyevin bəstəsində yaddaşımıza hopan məşhur şeirindəndir. Bəli, mahiyyətini duyanlar, anlayanlar üçün həyat gözəldir. Və bu gözəlliyə zərrəcə töhvə versən, özün bir zərrə gözəllik yarada bilsən, bütün ömrün boyu bu kəlmələr taleyinin nəğməsinə çevriləcək, yaşamına rəng qatacaq: "Hər şey gözəldir həyatda"…
Özünü rəssam kimi təqdim etməsə də, necə deyərlər, rəssam doğlulub. Uzun illər bu istedadından heç özünün də xəbəri olmayıb. Başı təhsilə, elmə qarışıb. Amerikaya gələndən sonra bir gün görüb ki, xeyli rəsm çəkib. Ərsəyə gətirdiyi müxtəlif əl işlərinin isə sayı-hesabı yoxdur. Bu əsərlərin hər biri göz oxşayır, insanı xəyalən uzaqlara aparır…
…Ailədə dörd uşaq olublar, iki qardaş, iki bacı. Böyük qardaşı fəlsəfə elmləri doktoru, professor Nazim Səfərov Lomonosov adına MDU-nun Bakı filialında çalışır. İkinci qardaşı İbrahim Səfərov Azərbaycan Radiosunun musiqi fonduna rəhbərlik edir. Ailənin sonbeşiyi Solmaz xanım isə narkoloji dispanserdə həkim-narkoloq işləyir. Anası Qəmər xanım Çəmbərəkəndli idi. Atası Səfər Səfərov isə uzun illər AMEA-da inzibati vəzifədə çalışıb. Şamaxılı məşhur Səfərəli bəyin oğlu olub…
Haqqında söhbət açdığım Emma Səfərova Bakıda dünyaya gəlib. 1972-ci ildə 190 nömrəli orta məktəbi bitirib. Botanika insititutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. Eyni zamanda 1972-1978-ci illərdə Bakı Dövlət Universitetinin biologiya fakultəsinin axşam şöbəsində ali təhsil alıb. 1988-1990-cı illərdə AMEA-nın Botanika insititutunun aspiranturasında təhsilini davam etdirərək biologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2010-cu ilədək həmin institututda baş laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. Doqquz ildir ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində yaşayır…
…Ömür-gün yoldaşı Vaqif Abiyev ixtisasca diş həkimidir. Uzun illər Bakıda 1 nömrəli stomotoloji poliklinikada işləyib. Bir qızı vardır, adı Leyladır. Leyla xanım ailəsi ilə birlikdə Bakıda yaşayır...
Emma xanım rəsmləri yağlı boya ilə işləyir. Dəridən rəngarəng güllər hazırlayıb xüsusi çərçivələrə salır, şüşə qablarda nöqtəbənöqtə üsulu ilə müxtəlif şəkillər çəkir. Özü ərsəyə gətirdiyi soyuq farforla əşyalara dekorativ bəzək vurur. Yundan keçə hazırlayıb papaq, başmaq, ayaqqabı düzəldir. Və onları özünəməxsus üsulla yun sapla bəzəyir. Amerikalılar onun əl işlərini görüb heyran olurlar. Tezliklə internet maqazin yaradıb əl işlərini satışa çıxarmaq fikrindədir…
Deyir ki,- "Baxmayaraq doqquz ildir burdayam, hələ də Azərbaycanla nəfəs alıram. Amerikalılara qaynayıb-qarışa bilmirəm. İnanın ki, çox darıxıram. Doğrudur, buranın müsbət cəhətləri yetərincədir, amma mənim üçün Azərbaycan vətəndir ki, vətən! Nə qədər əyər-əskiyi olsa da doğmadır, əzizdir. Burada insanlar arasında ünsiyyət problemi var. Heç kimlə yaxın dost ola bilmirsən. Mənəvi dünyanda yaranan boşluğu açıq-aşkar hiss edirsən. Ona görə də hər ilin üç ayını vətəndə keçirirəm"…
Bəli, ən böyük arzusu nəvəsinin toyunu görmək olan bu xanımın yaratdıqlarının mayasında sonsuz vətən sevgisi vardır. Bu sevgi zərrə-zərrə gözəlliyə çevrilir...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım
Amerikada gözəllik yaradan azərbaycanlı xanım

XƏBƏR LENTİ