Anons

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

25-04-2019, 11:44 - Həkimlər və Hüquq Mühahizə işçilərinin qurbanına çevrilən Beyləqan rayon sakini Pənah Hüseynov başına gələn müsibətlərdən danışdı - VİDEO

25-04-2019, 10:15 - Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

Tarix:14-05-2019, 20:43 Baxış Sayı:78

Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

Bakının ortasında, günün günorta çağı Bakı sakinlərinin “Sovetski”dəki mülkləri dəyər-dəyməzinə ələ keçirilir. Yəqin ölkənin baş şəhərinin sözügedən bölümünün şəhərin ən görkəmli, məmurların dili ilə desək, ən “prestijni” yeri olduğunu vurğulamağa ehtiyac yoxdur. Bakılıların mülklərinə yiyəlik hüququ tanınsa, gerçək anlamda evlərinin alqı-satqısı sonucunda milyonçu olardılar.

Di gəl, hökumətin BŞİH, Yasamal Rayonu İcra Hakimiyyəti və Maliyyə Nazirliyinin başbilənlərindən təşkil etdiyi komissiya mülk yiyələrinə yalnız yaşayış sahəsinin hər kvadrat metrinə görə 1500 manat, yardımçı tikililərə görə isə bu məbləğin 50-70 faizində ödəmə təklif edir. Düzdür, məbləği nüfuzlu komissiya hesablayıb, di gəl, bu hesablamada bir çox çalarlar, nüanslar yaddan çıxıb. Başlıca unudulan nəsnə sosial ədalət prinsipi, narahatçılıq üçün, çətinliklərə görə kompensasiya və tikilinin altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsidir. Alıcı dövlət komissiyası torpağın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının olmamasını əsas tutub , ödənişdən imtina edir. Çıxarışı olanlar isə sözün gerçək anlamında aldadılır.

Bəşir Səfəroğlu -7 ünvanında 2 sotluq həyətyanı torpağa çıxarışı olan Xəlilova Həmayıl xanımın əmlakından əvəzi ödənilmədən məhrum edilməsini maliyyə, bank, icra hakimiyyətinin mütəşəkkil fırıldağı kimi dəyərləndirmək olar. Dörd ailənin yaşadığı böyük mülk “Unibank”ın kredit borcuna qurban gedib. Bank müştərinin manatla kredit götürmək istəyini nəzərə almadan, mülk yiyəsinə 90 min dollar kredit verib. Devalvasiya krediti şişirtməsin deyə, alqı-satqı müqaviləsi əsasında evinin və torpağının dəyərini tələb edən xanımı 3 ildən çox süründürən Bakı şəhəri icra hakimiyyətindəki komissiya, beləcə borcun 221 minə qalxmasına nədən olub.

Maraqlıdır ki, ortalıq 2 ay qabaq ölkənin 1-ci vitse-prezidentinə müraciətlə torpağının dəyərinin ədalətli bazar qiymətinə uyğun ödənilməsini diləyən Həmayıl xanımı BŞİH-dəki komissiya “Unibank”ın təmsilçisi ilə birlikdə qarşılayıb. Yəni təklif olunan onqat az məbləğdən imtina edilsəymiş, mülk yiyəsi hələ mülkün dəyərindən əlavə borca düşəcəkmiş. Beləcə, xanımı borc qarşısında 2 sotluq torpaq sahəsinə görə cəmi 97 min manata razı olmağa məcbur ediblər. Belə çıxır, şəhərin mərkəzində torpağın bir sotunun bazar qiyməti 29 dollardır? Sözügedən ərazidə torpağın sotunun bu məbləğdən onlarla dəfə çox -250-300 dollar arasında olmasını həmin ərazidəki torpaq bazarı sübut edir.

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında “ 20 aprel 2010 tarixli qanunun 58 -ci maddəsində torpağın qiymətinin onun bazar qiymətinə uyğun müəyyən edilməsi üçün 100 ( bazar olmadıqda 250 və 500 ) metrədək olan məsafədə mövcud olan alınacaq torpağa uyğun torpağın bazar qiymətinin əsas götürülməsi təsbit olunub. Həmin qanunun 63-cü maddəsinə görə, narahatçılıq üçün kompensasiya, 66 -cı maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxsin alınan yaşayış sahəsində yaşayış müddətindən asılı olaraq ödənilən ümumi məbləğin 5 faizindən 10 faizinə kimi çətinliyə görə kompensasiya ödənilməlidir. Bunlar isə ümümiyyətlə, ödənilmir. Elə Həmayıl Xəlilovanın adına “Unibank”a ödənilən 340 min manatın 10 faizi, yəni 34 min manatlıq çətinliyə görə kompensasiyanı da Maliyyə Nazirliyinin, BŞİH-in, Yasamal icra hakimiyyətinin birgə komissiyası mənimsəyib. Bu da olur dövlət ehtiyacları üçün torpağın ədalətli alqısı...

Onu da vurğulayaq ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 1.1.2 maddəsində “torpaq” dedikdə tikilinin altında yerləşən torpaq sahəsinin də nəzərdə tutulması təsbit olunub. Bu isə o deməkdir ki, vətəndaşın mülkünün altındakı torpağın çıxarışını tələb edib, kompensasiya ödəməkdən imtina etmək yolverilməzdir. Bu imtina “Sovetski” sakinlərinin torpağından maliyyə, icra hakimiyyəti qurumlarının gen -bol yararlanması amacı güdür. Mülk, altındakı torpaq mülk yiyələrini yox, onu rüşvət (oxuma dövlət) ehtiyacı üçün alanları kompensasiya yiyəsi edir. ..

Məğrur BƏDƏLSOY, Hurriyyet.org

XƏBƏR LENTİ