Anons

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

25-04-2019, 11:44 - Həkimlər və Hüquq Mühahizə işçilərinin qurbanına çevrilən Beyləqan rayon sakini Pənah Hüseynov başına gələn müsibətlərdən danışdı - VİDEO

25-04-2019, 10:15 - Dərbənddə Nizami Gəncəvinin heykəli növbəti dəfə vandalizmə məruz qaldı

Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

Tarix:16-05-2019, 01:21 Baxış Sayı:115

Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu? Tikintisi 4-5 milyon manata başa gələn obyektin rəhbərini Nəsir Hüseynovla nə bağlayır? Əkbər adlı iş adamı Ukrayna və Gürcüstandan gətirilən masajçıları Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirməyib. İki il əvvəl paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yeni hamam, fitnes mərkəzi istifadəyə verilib. Belə ki, «Atilla Hamam & Fitness» adını daşıyan 7 ulduzlu bu məkanın hələlik ölkəmizdə analoqunun olmadığını iddia edən məlumatlı şəxsin Faktaz.com-la paylaşdığı informasiyada deyilir ki, sözügedən obyektin sahibi bir sıra yollara baş vuraraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ərazisini zəbt edib. «Atilla Hamam & Fitness»in Əkbər adlı iş adamına məxsus olduğunu vurğulayan mənbənin bildirdiyinə görə, tikintisi 3 ilə yaxın davam edən bu obyekt sahibinə nə az, nə çox düz 4-5 milyon manata başa gəlib: «Deyilənlərə görə, «Atilla Hamam & Fitness»in yerləşdiyi ərazi Dövlət Neft Şirkətinin balansındadır. Bildirilir ki, buranın sahibi Əkbər adlı iş adamı müxtəlif yollara baş vuraraq, əlaqələrini işə salaraq həmin ərazidə bu cur möhtəşəm obyekt inşa etdirməyə müvəffəq olub.

Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

Qeyd olunur ki, «Atilla Hamam & Fitness»in tikintisi ona 4-5 milyon manata başa gəlib. Onu da nəzərinizə çatdırım ki, 7 ulduzlu hamamda işləyən kisəçi, masjçılar və digər əməkdaşlarla əmək müqaviləsi bağlanmayıb. Halbuki onlara bu barədə rəhbərlik tərəfindən müvafiq söz verilib. Ancaq görünən odur ki, iş adamı Əkbər müəllim hələ də vədinə əməl etməyib. Bildiyiniz kimi, müvafiq qanunvericiliyə görə işçini əmək müqaviləsi olmadan işlətmək, onun əməyindən istifadə etmək qanunlara zidddir və buna görə cərimə nəzərdə tutulur». Bu arada, «Atilla Hamam & Fitness»in sahibi Əkbər adlı iş adamının paytaxtın bir sıra ərazilərində biznes strukturlarının olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən biznesmen Xətai rayonunda yerləşən «Park House» restoranının sahiblərindən biridir: «Deyilənlərə görə, Əkbər adlı iş adamının obyektlərinin bir çoxu Xətai rayonunda yerləşir. Bildirilir ki, adıçəkilən rayondakı «Park House» restoranının şəriklərindən biri Əkbər, digəri isə «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı, Daxili Qoşunların Şəxsi heyət üzrə İdarədə Kadrlar şöbəsinin rəisi, idarə rəisinin müavini Nəsir Hüseynovdur. «Atilla Hamam & Fitness»ə gəlincə, qeyd edim ki, hazırda burada 20-dən artıq masajçı fəaliyyət göstərir.

Onların bir qismi isə Ukrayna və Gürcüstandan gətirilib. Həmin əcnəbi masajçılar «Atilla Hamam & Fitness»də çalışsalar da hələ də Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçməyib, müvafiq sənədləşdirmə işləri aparılmayıb. Bu isə qanunlara hörmətsizlikdən başqa bir şey deyil». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da qeyd olunur ki, «Atilla Hamam & Fitness»də qiymətlər digər hamam, sauna və masaj salonları ilə müqayisədə xeyli bahadır: «Bundan başqa, bu obyektdə hovuza hansı dərmanın vurulduğu məlum deyil. Lakin buna baxmayaraq, deyilənlərə görə, iş adamı Əkbər müəllim sahibi olduğu «Atilla Hamam & Fitness»in telekanallardan birində reklam olunması üçün 150 min manatından keçməli olub. Ümumiyyətlə, bu şəxsin ən son model bahalı avtomobilləri var və o, tikintisi üçün icazəyə 1 milyon verdiyi «Atilla Hamam & Fitness» açıldığı vaxtdan etibarən demək olar ki, hər gün dostları, tanışları, idarə və müəssisə rəhbərləri ilə bu obyektdə istirahət edir»
İndi isə gələk «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun digər hamam biznesinə. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən Hamam Fitness Spa mərkəzlərinin demək olar ki, 90% Qormaz meəllimin qılıncının altından keçməlidir. Əks təqdirdə heç biri fəaliyyət göstərə bilməz. Bildiyiniz kimi bu cürə iaşə obyektlərində sudan və qazdan istifadə həddindən artıq olması qaza qoyulan limitin vaxtından tez keçir. Su pulunu isə ümümiyyətcə hesablamaq çox çətindir. Burda o qədər böyük məbləğlərdən söhbət gedir ki, Qorxmaz müəllimin köməyi olmadan heç kim su pulunu və ya qaz pulunu ödəyə bilməz.
Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

Təbii ki, bütün bunlar Qorxmaz müəllimə ödənilən küllü miqdarda rüşvətin qarşılığında öz həllini tapır. Məsələn tanınmış 3 , 4 , 5, 7 ulduzlu hamamda bir nəfərin xərclədiyi məbləğ təxminən minimum 50 maksimum 200 manat arası olur. Gündəlik həmin hamamlar 40 – 50 nəfər müştəri qəbul etsə bu təxminən 2500 – 10000 manat arası gəlir deməkdir ki, bu məbləğində işçi pulu , cumadarların və massajçıların faizlərini çıxanda yerdə elə də böyük məbləğ qalmır. Əlavə olaraq obyektlərin icarə pulu vergisi. Lakin bütün bunlara baxmayaraq Hamamları və Spa mərkəzlərini işlədən sahibkarlar əməlli gəlir əldə edə bilirlər. Bəli düşündüyünüz kimi məhz Qormaz Hüseynovun su pulunda etdiyi fırıldaqlar nəticəsində sahibkarlar su pulunu ödəməməklə və ya əlavə “levi” xətt qoşmaqla dövlətin bütcəsinə ziyan vurmaq bahasına öz mənafelərini güdməklə yanaşı küllü miqdarda qazanc əldə edirlər. Belə böyük hamamlardan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi massiv V də yerləşən “ATİLLA & SPA , Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yerləşən “OSMANLI” , Binəqədi şossesində yerləşən “XAN” hamamlarıda Qorxmaz Hüseynovun tabeçiliyindədir. Və bu səbəbdəndir ki, «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov el arasında Hamam Qorxmaz kimi tanınır.
. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

XƏBƏR LENTİ