Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

Tarix:30-05-2019, 11:07 Baxış Sayı:172

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri Anar Əmrah və İlqar İsmayılov tərəfindən Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı həyat yoldaşının əməliyyat edilməsi barədə verdiyi məlumata görə 16000 manat qarşılığında səhv əməliyyatlar nəticəsində həyat yoldaşı Cabbarov Zakir Hüseynqulu oğlu dünyasını dəyişib. Bu günü israrla ondan alınan əsasız pulların geri qaytarılmasını istəyən Tahirə Abışova Səhiyyə nazirliyi qarşısında intihara edəcəyi barədə BakuNews.az-a şikayət məktubu ünvanlayıb

Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

Vətəndaşın müraciətini olduğu kimi sizlərə təqdim edirik:

Bu şikayət ərizəmizdə yazıb sizə bildirirəm ki, mənim həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim qəddarlığının qurbanı olub.Bunu isə səriştəsiz həkimlər bizim pulumuzu talamaq üçün ediblər.Bu korrupsiya, talançılıq və quldurluq cinayətini Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri ediblər.
29 mart 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarovun ürəyindən cərrahiyyə əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah etdi. Həmin cərrahiyyə əməliyyatı üçün 8500 manat pul ödədik. Sonra həyat yoldaşım Zakir Cabbarovun vəziyyəti pisləşdi deyə onu müayinə etdilər və məlum edildi ki, guya onun bağırsağında problem var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri bildirdilər ki, təcili əməliyyat olunmalıdır. Bunun üçün həyat yoldaşımı 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə 6340 manat pul ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti dahada pisləşdi. Həkim müayinə edib dedi ki, qan sızma var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə təkrar cərrahiyyə əməliyyatı etdi. Daha sonra həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi. Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib Ucar rayonu Lək kəndinə gətirdik. 25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi. Bəlkədə həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparmayıb başqa xəstəxanaya aparsaydıq indi o sağalıb həyatda yaşayırdı.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin səriştəsiz həkimlərinin talançılıqlarının nəticəsində həm həyat yoldaşım dünyasını dəyişdi həmdə borca düşdük. Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16000 manat pul alsalarda bununla kifayətlənməyib bizdən əlav qalmış 5400 manat pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bilib sonra həmin pulu istəmədilər. Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm. Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir. Dünyanın heç bir yerdində belə hal baş verə bilməz bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər. Bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.
Həyat yoldaşım Zakir ürəyindən cərrahiyyə əməliyyatı edilməmişdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi.Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası olmadı.Bundan 9 gün sonra onun bağırsağında yara olmasını aşkar etmək yalandır.Bunu isə ona görə ediblər ki, bizdən pul alsınlar.15 gün ərzində həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin talançı həkimləri 3 dəfə cərrahiyyə əməliyyatı etdilər.Sanki onun üzərində təcrübə keçirdilər.
Mənim həyat yoldaşım Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığının qurbanı oldu daha o qayıdan deyil. Ancaq bu talançılardan bizdən aldıqları 16000 manat pulumuzu tələb edirik. Mən bu talançı qatil həkimlər barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Həmçinin mətbuat vasitəsi ilə də müraciət edirəm.
Hörmətli Prezident hörmətli Mehriban xanım sizdən çox-çox xahiş edirəm şikayət ərizəmdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırb 16000 (on altı min) manat pulumuzu alıb bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim yaramaz həkimlərin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz.Bir daha qeyd edirəm ki, bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.
Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

XƏBƏR LENTİ