Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

“Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

Tarix:2-06-2019, 04:15 Baxış Sayı:124

Saytımızada 30 may 2019-cu il tarixində vətəndaş şikayətinin olduğu kimi dərc edilməsindən sonra “Azercell Telekom” MMC-nin sözcüsü şikayətlə araşdırma yazını səhv salaraq münasibətinin dərc edilməsini xahiş etmişdir. Beləki, sözcünün özü deyil onların piarını aparan şirkət “Azercell Telekom” MMC-nin əvəzindən şikayət ərizəsinə mövqe yazaraq bunun dərcini tələb edib. KİV haqqında qanunda tərəfin mövqeyinin dərc edilməsi zərurəti olduğundan ittiham edilən tərəfin bizə qarşı böhtan atmasına baxmayaraq fikirlərini olduğu kimi dərc edirik.

“Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

“Azercell Telekom” MMC-nin mövqeyini olduğu kimi təqdim edirik:
Hörmətli baş redaktor!
30 May, 2019-cu il tarixində saytınızda yerləşdirilən ““Azercell Telekom” MMC vətəndaşın mülkündə qanunsuz fəaliyyətini davam etdirməkdə israrlıdı...? - ŞİKAYƏT başlıqlı yazıya “Azercell Telekom” MMC olaraq aydınlıq gətirmək istərdik.
Azercell öz biznesini şəffaflıq və dürüstlük üzərində qurmağı zəruri hesab edən şirkətdir. Lakin saytınızda dərc olunan yazıda şirkətin fəaliyyətinə aid məlumatlar “Azercell Telekom” şirkətinin nüfuzuna xələl gətirmək, insanlarda şirkət haqda mənfi rəy formalaşdırmaq, şirkətin müsbət yöndə olan fəaliyyətinə kölgə salmaq cəhdi təəsüratını yaradır. Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara toxunmaq istərdim:
07.12.2018-ci il tarixində Yusifova Xanım Mütdəlif qızının tələbi ilə icarə üzrə iki illik ödəniş bir dəfəyə öncədən icra edilib. Daha sonra Yusifova Xanım Mütdəlif qızı tərəfindən ödənişin artırılması ilə bağlı şirkətimizə müraciətinə cavabda zona üzrə təyin olunan maksimal məbləğ ödənildiyindən, müqavilə qiymətinin artırılmasının mümkün olmadığı sonuncuya bildirilib.
Bundan savayı qeyd edilməlidir ki, radio-baza stansiyalarının fəaliyyəti yeni texnologiyalar əsasında ölkədə telekommunikasiya infrastrukturunun müasirləşdirilməsinə və inkişaf etdirilməsinə, respublikanın bütün ərazisi üzrə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərinə çıxışının təmin olunmasına istiqamətlənməklə «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»nın yerləşdiyi ərazidən asılı olmayaraq, bütün əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı şəbəkənin qurulması və onun əsasında, kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində genişzolaqlı, ucuz və keyfiyyətli xidmətlərin göstərilməsini nəzərdə tutan 7.2.1-ci bəndindən irəli gələn vəzifələrin icrasına bilavasitə xidmət edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq saytda dərc edilən qərəzli məqalə ilə bağlı bu təkzibin dərc edilməsini, həmçinin gələcəkdə “Azercell Telekom” MMC-nin fəaliyyətinə aid məlumatların dərcindən əvvəl jurnalist etikasına uyğun olaraq aparılan araşdırma çərçivəsində “Azercell Telekom” şirkətinin mövqeyinin nəzərə alınmasını xahiş edirik.

Hörmətlə,
“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri
Nigar Şıxlinskaya
“Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

P.S. Hörmətli “Azercell Telekom” MMC-nin sözcüsü öncəliklə bizi qərəzli şirkət adına xələl gətirilmədə ittiham etməmişdən öncə nəzərinizə çatırım ki, yazılanları diqqətlə oxumaqınız gərəklidir. Şikayəti biz olduğu kimi dərc etmişdik. Yəni orda qeyd edilənlərin bir sətiri belə saytımıza yox məhz Yusifova Xanım Mütdəlif qızına məxsusdur. Elektron adresimizə ünvanlanan şikayət məktublarına qarşı tərəf kimi sizin mövqeyinizin dərc edilməsi şikayət erizəsinə araşdırma etabına keçmədən və sizin mövqeyiniz əvəzinə piar şirkətinin mövqeyini dinləyəcək deyildik. Bu bilməyiniz gərəklidir ki, şirkət sizlərə xidmətiniz müqabilində məvacib verirsə tərəf kimi çıxışıda siz etməlisiniz səlahiyyətinizi üçüncü tərəfə ötürməklə münasibət bildirilmi. Buna piar şirkətinin əməkdaşına verdiyimiz sualdan müəyyən etdik ki, Nigar Şıxlinskaya deyil məhz tərəf mövqeyini, mövqey olaraq deyil təkzib olaraq hazırlayanda elə piar şirkətinin əməkdaşlarıdır. Vətəndaş və şirkət arasında üçüncü tərəfin durması qanunlamı tənzimlənir?
Vətəndaşa iki illik ödəniş etdiyinizi qeyd edirsiniz bununla baqlı heç bir rəsmi səbədin varlığını təqdim etməmisiniz. Vətəndaşa etdiyiniz ödənişin maksimum olduğun vurğulamısız, amma bunun maksimum olması olması kim və ya kimlər tərəfindən tənzimləndiyinə dair bir açıqlama qeyd etməmisiniz. Vətəndaşın sağlamlığına vurulan zərərin miqdarını ölçən şəxslərin kimliyinidə aşkarlasanız sizlərə minnətdar olarıq.
Məsələdə qaranlıq məqamların olmasıda ciddi nöqsanların baş verməsindən xəbər verməkdədir.Heçdə bildirdiyiniz kimi qanunla tənzimlənmiş qaydada deyil öz şəxsi qanunlarınız nizamnaməsi ilə fəaliyyətinizi davam etdirməkdəsiniz. Xatırladaq ki, jurnalist etikasında bəhs edirsiniz amma araşdırma ilə şikayət məktubunun olduğu kimi dərc edilməsini ayırd edə bilməyən şəxslərin bizə bu cür irad bildirməsi işinizdən xəbərsiz olduğunuzun bariz nümunəsidir. Araşdırmamız isə məhz bu mövqeyinizdən sonra başlayır.

“Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

Xatırladaq ki, yuxarıda qeyd edilənlər məhz aşağıda qeyd edilən şikayət ərizəsinin dərc edilməsi üçün bildirilən mövqeydir:

“Azercell Telekom” MMC-nin rəhbərliyi və onun fəaliyyəti ilə bağlı ciddi narazılıq bildirən Ucar sakini qeyd edir ki, müqaviləsiz olaraq həyətyanı sahəsində dalğa paylayıcı antnin quraşdırılması və ondan istifadə edilməsi ilə bağlı kobud şəkildə huquqları pozulmaqdadır. Beləki, vətəndaşın razılığı olmadan onun həyatyanı sahəsində hər hansı bir avadanlığın quraşdırılması qanuna qadağan edilməsinə baxmayaraq vətəndaş müraciətləri baxılmamış qalmaqdadır.

Vətəndaş Şikayət məktubunda qeyd edir:
"Ucar rayonu Yuxarı Şilyan kənd skaini Böyük Vətən müharibəsi iştirakçısı Yusifova Xanım Mütdəlif qızı tərəfindən ŞİKAYƏT məktubunda qeyd edilir ki, “Azercell Telekom” MMC tərəfindən mənim hüquqlarım pozulmuş aldanılmışam.. Belə ki, “Azercell Telekom” MMC ilə aramızada bağlanmış 29.01.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsinə əsasən Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən mənə məxsus həyətyanı sahəmdə şirkətə məxsus radio baza stansiyasının cihazları quraşdırlmışdır. Müqavilənin şərtlərinə əsasən buna görə mənə şirkət tərəfindən bir il üçün 1000 manat pul ödənilir. Həmin 10 illik müqavilənin müddəti bitmişdir.
29.01.2009-cu il tarixdə “Azercell Telekom” MMC ilə müqavilə bağlanan zaman Azərbaycan manatı devalivasiyaya uğramamışdır.İndi isə həmin məbləğlə müqavilənin yenidən bağlanılması qanuna uyğun deyil. Çünki “Azercell Telekom” MMC-nin həyətimdə quraşdırdığı antenin yaydığı şüa dalğalarının mənim və ailə üzvülərimin səhhətinə ciddi təsirlər göstərir. Buna görə biz vaxtlı-vaxtında vitaminli qidalar qəbul etməliyik, müayinə və müalicələr olunmalıyıq. Bunu isə “Azercell Telekom” MMC tərəfindən il ərzində verilən həmin 1000 manat pula həyata keçirmək qeyri mümkündür. Həmçinin həyətimin anten quraşdılan həmin torpaq sahəsində uzun müddətdir ki, əkin işləri aparılmır. Həmçinin mənim həyətyanı sahəmə quraşdırılmış radio baza stansiyasının cihazları müqavilədən sonra bir neçə dəfə artırılmışdır. Bu müqavilənin şərtlərini açıq-aşkar pozur.
Müqavilənin şərtlərindədə belə müddəalar öz əksini tapmışdır ki, müqavilənin icrası zamanı meydana çıxan bütün narazılıq və mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir.

Mən buna görə “Azercell Telekom” MMC- nin prezidenti Vahid Mürsəliyevə ərizə ilə müraciət edib icarə pulunun miqdarının artılmasını xahiş etdim. Ancaq “Azercell Telekom” MMC- nin prezidenti Vahid Mürsəliyev mənimlə razılaşmayıb rədd cavabı verdi.

Qeyd edim ki, “Azercell Telekom” MMC ilə aramızda bağlanmış müqavilənin müddəti 2019-cu il tarixdə bitdiyi üçün mən onlarla təkrar müqavilə bağlamaqdan əsaslı olaraq imtina etdim. Buna baxmayarq “Azercell Telekom” MMC reketlik edib müqvilə bağlanılmadan həyətimdə quraşdırdığı antenaları oradan çıxarmaq istəmir fəaliyyətini davam etdiri. Bu isə özbaşınalıq və reket əməli hesab edilir.

Mənim həyat yoldaşım Böyük Vətən müharibəsi iştirakçısı olub, özüm isə ön cəbhə iştirakçısı olmuşam, oğlum Asif Qarabağ müharibəsi əlili, digər oğlum İlqar isə Əfqanstan müharibəsi iştirakçısıdır. Biz vətənpərvər ailəyik.

Ancaq “Azercell Telekom” MMC- nin prezidenti cənab Vahid Mürsəliyevin kim olduğu Qarabağ müharibəsi zamanı harada olduğu bilinmir. İndi gəlib mənim öz şəxsi evimdə ağalıq edir.
Mən “Azercell Telekom” MMC- nin prezidenti cənab Vahid Mürsəliyevin bu özbaşınalığı barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Ramin Quluzadəyə ərizə ilə müraciət etmişəm.
Mətbuat vasitəsi ilə də xahiş edirəm “Azercell Telekom” MMC- nin prezidenti cənab Vahid Mürsəliyevin özbaşına hərəkətləri araşdırılsın onların barəsində qanunu tədbir görəsiniz, mənim icarə pulumu artırmadığı təqdirdə həyətimdəki radio baza stansiyasının cihazlarını çıxarılmasını təmin edəsiniz ."

Qarşı tərəfi dinləməyə hazırıq.

Xumarə
“Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

XƏBƏR LENTİ