Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

Tarix:13-06-2019, 10:20 Baxış Sayı:40

GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV cənablarına
Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının Sədri FAMİL MUSTAFAYEV cənablarına
Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən


Müraciət
Hörmətli, Famil müəllim, məlumunuz edirəm ki, Gəncə Dövlət Universitetində Bayram Apoyevin qeyri-qanuni hərəkətlərinə və özbaşınalıqlarına dur deyən tapılmır.Bu savadsız saxta pedaqoqun özbaşınalığının həddi-hüdudu yoxdur.
Maraqlı haldır ki,Bayram Apoyev bütün günü universitetdədir, onun bir dəqiqə belə boş vaxtı yoxdur, tələbələrlə işləyir, rektorluğun iclasları, müxtəlif tədbirlər,özünün dərsləri və s. Dekan olduğu fakültədə imtahanlardan, kollekviumlardan, aylığa buraxılan tələbələrdən rüşvəti birbaşa özü yığır. Bu dekanın elmi işinin mövzusu elmi şurada müzakirə edilmədən 5 dəfə dəyişdirilib və doktorluq dissertasiyası müdafiə edib. Demək olar ki,elmi tədqiqat işi aparmasa belə, doktorluq dissertasiyası müdafiə edib və təsdiqini gözləyir.Bu dekanın rüşvət yığmaqdan nə vaxt başı açıldı ki,o elmi tədqiqat işi ilə məşğul oldu?
Pedaqoji fakültənin hazırki dekanı Apoyev Bayram Fəti oğlu 20 ildir ki,dekan işləyir. O,Azərbaycan Dövlət Pedaqoji İnstitutunun cografiya ixtisasını bitirmişdir,bir müddət orta məktəblərdə biologiya və coğrafiya müəllimi işləmişdir.İndi isə "Pedaqogika" kafedrasının dosenti və "Pedaqoji" fakültənin dekanıdır.Hal-hazırda görkəmli filoloqlar Nizami yaradıçılığında nəyi isə axtarıb tapa bilmirlər,çünki bu böyük şair ətraflı tədqiq olunub.
Maraqlıdır, bu coğrafiya müəllimi hara,Nizami yaradıcılığı hara??? Bu coğrafiya müəlliminin doktorluq dissertasiyasının mövzusu Nizami Gəncəvinin yaradıcılığı ilə əlaqəlidir.Hazır dissertasiya işi tapana qədər elmi şurada müzakirə olunmadan bir neçə dəfə doktorluq dissetasiya işinin adı dəyişdirilmişdir.Heç bir elmi yaradıcılıq məzuniyyətində, heç bir kitabxanada olmayıb. Maraqlıdır,elmi-tədqiqat işini bu adam harada aparıb?Bu şəxs bütün günü tələbələrdən rüşvət yığmaqla məşğuldur. Bu gün də dekanlıqda oturub imtahanın biri 100 manatdan tələbələrdən rüşvət yığır.20 ildir ki,dekan kimi rüşvət yığma fəaliyyətini davam etdirir..Elə bunun nəticəsidir ki,onun heç bir yerdə işləməyən oğlu Şamo bu günlərdə Topazda 70000 manat uduzub.
Bayram Apoyev özü dəfələrlə etiraf edib ki, "Ali Attestasiya Komissiyasında mənim yaxın adamım var,ona 30000 manat vermişəm, ekspertdən də keçmişəm, kim istəsə ona kömək də edə bilərəm.Ali Attestasiya Komissiyasındakı yaxın adamım 30000 manat alıb doktorluq dissertasiyasını təsdiq elətdirir".
Daha bir maraqlı fakt ondan ibarətdir ki,Bayram Apoyevin qızı Çinarə və kürəkəni Elvin Atakişiyev də universitetdə işləyirlər.Elvin Atakişiyev franzız dili fakültəsini bitirib.Amma azərbaycan dilindən müdafiə edib,Alman dili kafedrasının müdiridir.Tamam uyğunsuzluqdur,əndrəbadi şeylərdir.Elvin Atakişiyevin elmi rəhbəri GDU-nun professoru Telman Quliyev olub.Elvin Atakişiyev Nəsimi adına Dilçilik İnstitutunda müdafiə edib,danışa bilmədiyi üçün həm elmi rəhbəri,həm də özü biabır olub,amma Bayram Apoyevin sehrli barmaqları bu biabırçı işi AAK-da təsdiq elətdirib.
Bayram Apoyevin plagiat sözündən xoşu gəlir,belə ki,onun kitabları müxtəlif alimlərin kitablarından köçürmə olduğu kimi,plagiat kitablara da özü rəy verib.Məsələn,Bayram Apoyevin müavini İlqar Haqverdiyevin və GDU-nun Bədən Tərbiyəsi və idman kafedrasının müdiri Ağayev İlham Mansır oğlunun birgə həmmüəllifliyi ilə ərsəyə gələn " Fiziki tərbiyə dərslərinin təşkili və keçirilməsi metodikası" dərsliyi. Sözügedən dərs vəsaitinin orijinal variantını - "Fiziki tərbiyənin nəzəri-metodik və praktik işlərinin əsasları"nı yazıb ərsəyə gətirən Azərbaycan Pedaqoji Universitetin dosenti, Pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının " Fəxri bədən tərbiyəsi və idman işçisi", SSRİ idman ustası Baloğlan Quliyevdir. Hazırda həmin dərs vəsaiti Prezident kitabxanasındadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 17 fevral 2010-cu il tarixli, 202 saylı əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş bu kitab 2009-cu ildə Bakıda, ADPU-da işıq üzü görsə də, sonradan, daha dəqiqi, 2016-cı ildə GDU-nun müəllimləri - İlham Ağayev və İlqar Haqverdiyev həmin kitabdan plagiatlıq edərək yeni bir dərs vəsaiti "ərsəyə gətiriblər". Bu kitaba rəy verən elə həmin Bayram Apoyev olmuşdur.
Məlumunuz edirəm ki, Bayram Apoyevin doktorluq dissertsiyasını pedaqogika üzrə elmlər doktoru, professor Akif ABBASOV yazıb.Bayram Apoyevin özünün bu dissetasiasiya işindən ümumiyyətlə, xəbəri belə yoxdur.Müdafiə etdiyi işin təsdiqi üçün tələb olunan elmi məqalə saxta Tomson Reyters jurnalında nəşr olunub.Bayram Apoyev deyir ki, yaxın günlərdə dissertasiya işim AAK tərəfindən təsdiq olunacaq və diplomumu alacam.Bütün bunlar Ali Attestasiya Komissiyasında işləyən bəzi şəxslərin korrupsiyaya bulaşdığını göstərir.
Hörmətli Famil müəllim ,biz Sizi obyektiv adam kimi tanıyırıq.Xahiş edirik ki,bu hərc-mərcliyin qarşısını alasınız.

Bakunews.az

XƏBƏR LENTİ