Anons

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

10-08-2017, 01:19 - Nazir qardaşının şirkətləri vsitəsi ilə 5.250.000 manat mənimsəyib - İDDİA

8-08-2017, 02:01 - Zaqatala RMX Leyla Seyidəliyeva sindromu davam edir... - YENİ MƏLUMATLAR

7-08-2017, 01:40 - Bakıda pul qazanmaq üçün solfet satan qızı polis şəhər mərkəzində sürüyüb - VİDEO

2-08-2017, 09:42 - Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 135 dəfə pozub

2-08-2017, 00:30 - 'KÖLGƏ' serialına aktyor, aktrisa yığımı davam edir

1-08-2017, 00:19 - Bu vəzifədə çalışmaq istəyənlər üçün sənəd qəbulu elan edildi

29-07-2017, 02:58 - AAAF Parkda yerləşən ZİRVƏ uşaq baxçası təhlükə mənbəyidir... - ANALİZ

29-07-2017, 00:45 - Göyçayda Dövlət əmlakının oğurluq yolu ilə satılmasına göz yumulur...? - FOTOLAR

27-07-2017, 13:55 - İmişli DSMF-nin müdiri İntiqam Əliyevlə bağlı şikayətlər Səlim Müslümovdan gizlədilirmi?

26-07-2017, 03:01 - Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – VİDEO

24-07-2017, 16:23 - Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar - ETİRAZ

24-07-2017, 15:31 - “Güzəştli mənzil” əldə etmək istəyənlərə ŞAD XƏBƏR

21-07-2017, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

21-07-2017, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

20-07-2017, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

20-07-2017, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

«Bu içkiləri qəbul etmək olmaz, ayılmalıyıq!»

Tarix:23-12-2016, 16:12 Baxış Sayı:239

«Bu içkiləri qəbul etmək olmaz, ayılmalıyıq!»


Azərbaycan bazarlarında insa həyatını məhv edən saxta məhsullar dolub, daşır Eyyub Hüseynov: «Azərbaycanda içki bazarı ən çox çirklənmiş sektordur»
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnık" içkisindən zəhərlənərək ölənlərin sayı 71 nəfərə çatıb. Bizimyol.info-nun RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin region üzrə nümayəndəsi Tatyana Şkurskaya bildirib. Onun sözlərinə görə, ümumilikdə konsentratdan 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir. Rusiyada araq baha olduğundan çox adam bilərəkdən tərkibində alkoqol olan kosmetik və təmizləyici vasitələri spirtli içki əvəzinə qəbul edir. Üzərində zəhərli tərkibiylə bağlı xəbərdarlığa baxmayaraq, “Boyarışnik” losyonu da içki kimi çox alınan kosmetik vasitələrdən biridir.

Prokurorluq losyonu içənlər arasında ölüm halları artdığından, evlərdə, ya da evsiz içki düşkünlərinin toplandığı məkanlarda tapılan meyitlər çoxaldığından onun pərakəndə satışını qadağan edib. Rəsmilərin dediyinə görə, bu, Rusiyada son illər ərzində ən çox itkiyə səbəb olan kütləvi zəhərlənmə halıdır. Kreml hadisəni “dəhşətli faciə” adlandırıb.

Qonşu ölkədə baş verən hadisə ölkəmizdə də içki bazarında vəziyyətin nə yerdə olması ilə bağlı hər kəsi düşünməyə vadar edir. Tək spirtli içkilərin yox, digər qazlı və qazsız içkilərin, eyni zamanda enerji içkilərinin təkibinin nə qədər təmiz olması və insan sağlamlığına təsiri düşünülməsi gərəkən problemdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudan zəhərlənir. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə xəstəlik tapır. Belə olduğu halda təkibində müxtəlif qatqılar olan içkilərdən zəhərlənmələrin olması istisna deyil. Elə bir neçə gün öncə mətbuatda yer alan məlumatların birində 22 yaşlı gənc oğlanın enerji içkisindən zəhərləndiyi qeyd olunmuşdu. Ölkədə içkilərdən zəhərlənmə nə səviyyədədir? Ümumiyyətlə satılan spirtli, enerkilər nə dərəcədə təmiz məhsullardır?

“Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov deyir ki, spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə hazırda mərkəzdə 3 nəfər müalicə alır. Onun sözlərinə görə, son bir neçə gündə daha 7 müraciət daxil olub. Spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə il ərzində 52 nəfər xəstəxana şəraitində müalicə alıb. Amma bu zəhərlənənlərlə bağlı dəqiq statistika deyil. Çünki daha ağır vəziyyətdə olanlar təcili yardımla yaxın xəstəxanalara aparılırlar. “Biz xəstələrin qəbul etdiyi arağın saxta olub-olmadığını və ya keyfiyyətini yoxlaya bilmirik. Amma xəstələrin məhz içkidən zəhərləndiyi bəllidir”.

Bundan başqa A.Maqsudov bidlirib ki, spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar ay ərzində 4-5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir. Onun sözlərinə görə, mərkəzə sərxoş halda müraciət edənlərin sayı daha çoxdur: "Belə ki, ay ərzində 10-15 nəfər sərxoş halla bağlı müraciət edir, onlar müayinə və müalicə edilib, evə buraxılır. Spirtli içkilərdən, əsasən araqdan zəhərlənmə ilə bağlı müraciətlər edilir. Arağın təsiri nəticəsində zəhərlənmə olur, qaraciyərin fəaliyyəti pozulur, ürəkbulanma, qusma, qarın ağrısı, baş gicəllənmə, mədə nahiyyəsində ağrılar meydana gəlir”.

A.Maqsudovun sözlərinə görə, bu il spirtli içkilərdən zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb: "Keçən il bir nəfər araqdan zəhərlənmə ilə dünyasını dəyişmişdi. Bu il belə hadisə baş verməyib”.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, spirtli içkilər bazarın ən çox çirklənmiş sektorudur: “Əhali bilməlidir ki, araqların saxlanma müddəti bir ildən, konyaklar 3 ildən, şərablar isə 6 aydan artıq deyil. Monitorinq apardığımız zaman məlum olub ki, spirtli içkilərin 95 faizinin üzərində buraxılma tarixi yazılmayıb. Yaxud yerli spirtli içkilərin üzərində müddətsiz yazılıb. Bu o deməkdir ki, mağazada satılan spirtli içkilər ağır metallarla zənginləşdirilmiş içkilərdir. Bura istər xaricdən gətirilən, istərsə də daxildə istehsal olunan içkilər daxildir. Yəni, saxlanma müddətinin olmaması spirtli içkinin təhlükəli olmasının göstəricisidir. Bakı ətrafında heç bir üzüm plantasiyası olmadığı halda naməlum mayelərdən spirtli içki istehsal edən müəssisələr var. Xaricdən gətirilən içkilərdə də problemlər yaşanılır. Rusiyada yaşanan hadisə bizim üçün həyəcan zəngi olmalıdır. Biz ayılmalıyıq. Hətta Rusiyanın özündə istehsal olunan mallarda problemlər var. Düzdür, təhlükəli mal müəyyən partiyadan olanlara aiddir. Həmin zəhərlənmə olan spirtli içkilərin etiketində olanlar bizdə də satılır. Ona görə də dövlət orqanları araşdırma aparmalıdır ki, satılan mallar həmin partiyaya aiddir ya yox. Ümumiyyətlə bu məsələyə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cavabdeh olan dövlət orqanıdır”.

Avropa Ərzaq Təhlükəsizliyi Agentliyinin (AƏTA) məlumatına görə Avropa Birliyinə daxil olan 16 ölkədə böyüklərin təxminən 30 faizi (18 yaşdan yuxarı), yeniyetmələrin 68 faizi (10-18 yaş arası) və 10 yaşınadək uşaqların 18 faizi müntəzəm enerji içkiləri istehlakçılarıdır. Energetiklərin ən çox gənc azarkeşləri Çex respublikasındadır - yeniyetmələrin 82, uşaqların 40 faizi.

AƏTA-ya görə, 18-29 yaş arası gənclərin 70 faizi energetiklərin spirtlə qarışığını içirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərib ki, bu cür kombinasiyanın aqibəti spirtli içkinin özündən daha pisdir. Bu, kokteylin tərkibinin fərqli təsiri ilə bağlıdır: energetiklər sinir sisteminə stimullaşdırıcı təsir göstərir, spirt sıxıntı verir. Bu isə ona gətirib çıxarır ki, insanlar qəbul etdikləri içkinin həcminə nəzarəti itirirlər. Belə ki, kofein müəyyən müddət sərxoşluğun dərəcəsini maskalayır və adamlar bunu hiss etmədiklərindən həmişəkindən çox içirlər. ABŞ-da 1 ildə energetiklərin spirtlə qəbul edilməsindən tələbələr arasında 5 minə yaxın zəhərlənmə hadisəsi qeydə alınıb. Bundan başqa, belə kokteyllərin qəbulu ilə bir çox ağır cinayətlərə - cinsi zorakılıq, müxtəlif xəsarət və qəza, dava-dalaş, narkotik istifadəsi, intihar halları və s.-nin kəskin artması arasında şübhəsiz əlaqə ortaya çıxıb. Hazırda Azərbaycan bazarında “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” və sairə kimi energetik içkilər satılır. Onların içərisində daha məşhuru olan “Red Bul” energetik içki bazarının 70 faizini təşkil edir.

E.Hüseynov bazarımızda satılan digər içilərlə də bağlı öz fikrini bildirib. Ekspertin sözlərinə görə, satışda olan enerji içkiləri arzuolunmaz içkilərdir: “Azad İstehlakçılar Birliyi olaraq gücümüz ona çatdı ki, məktəb bufetlərinin standartları hazırlandı və enerji içkilərinin orada satışına qadağa qoyuldu. Bu günki standartlara uyğun olaraq məktəb bufetlərində enerji içkiləri satılmamalıdır. Monitorinqlərimiz göstərir ki, bu heç də effektli şəkildə yerinə yetirilmir. Enerji içkilərinin nə dərəcədə təhlükəli olduğunu bir neçə yolla bilmək olar. Birincisi, isti havalarda həmin enerji içkilərini içdikdə insan sərinləyir. Bu isə fizika qanunlarına görə bədəndən enerjinin ayrılması baş verir. İkincisi, səhərlər Bakı bulvarında gəzən zaman həmin içkilərin, “cola”, “fanta” və digər bu kimi içkilərin yerə tökülərkən qır kimi mərmərə yapışıb qaldığını görəcəyik. Çox təəssüflər olsun ki, cəlbedici reklamlarla bu içkilərin satışını həyata keçirilər”.

Aysel İsgəndərli

XƏBƏR LENTİ