Anons

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9-06-2017, 14:25 - Bakı Şampan Şərablar zavodunda qadınlar əxlaqsız ifadələrlə təhqir edilib...

9-06-2017, 01:58 - Ramazanın 14-cü günün duası: imsak və iftar vaxtı

6-06-2017, 12:42 - Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

6-06-2017, 00:21 - Məhərrəm Əliyev vəzifəyə təyin edilib

5-06-2017, 12:16 - Ucar kolxoz bazarında antisanitariya höküm sürür - SAKİNLƏR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR!

5-06-2017, 10:06 - Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb

4-06-2017, 14:42 - Azərbaycanda nazir xəstəxanaya yerləşdirildi – REANİMASİYADADIR

1-06-2017, 15:07 - Çarəsiz ata Azərbaycan xalqına səsləndi - KÖMƏK EDİN

1-06-2017, 14:59 - Ucar sakini DTX rəisi cənab Mədət Quliyevə - MÜRACİƏT ETDİ!

31-05-2017, 16:37 - Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - VİDEO

30-05-2017, 00:46 - Gəzməyə gəldilər, çayda boğuldular - MASALLIDA FACİƏ

29-05-2017, 01:54 - Xanım baş redaktor Oktay Şirəliyevdən pulunu tələb edir... - FOTOLAR

27-05-2017, 23:27 - Ramazanın 2-ci gününün duası - İmsak və iftar vaxtı

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində tələbələrə zülm edilir...

Tarix:28-12-2016, 15:49 Baxış Sayı:517

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində tələbələrə zülm edilir...

Təhsil nazirliyin tabeçiliyində olan müəssisələrdə neqativ hallarla bağlı məlumatlar gündəmi zəbt etməkdə davam edir. Bir çox hallarda təyin olunan direktorların qeyri-peşəkarlığı, işlərinə məsuliyyətsiz yanaşmaları, şəxsi mənfəətlərini peşə prinsiplərindən üstün tutmaları neqativ halların ərsəyə gəlməsinə və yanılmasına şərait yaradır. Təhsil Nazirliyinin baş verənlərə loyal münasibəti bir çox hallarda isə, susqunluğu müəllim adına xələl gətirən ünsirlərin əl-qol açmasına münbit şərait yaradır. Redaksiyamıza Xırdalan şəhərində yerləşən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş verənlərlə bağlı daxil olan məlumatlara diqqət yetirərkən bir çox xoşagəlməz halların bu tədris-təhsil müəssisəsində də cərəyan etdiyinin şahidi olursan.

Məlumat üçün bildirək ki, adıçəkilən təhsil ocağının direktoru Rüxsarə Əliyevadır. Məhz onun rəhbərliyi altında kollecdə fəaliyyət göstərən şöbə müdirləri tələbələrə müxtəlif formalarda tələblər irəli sürməkdə davam edirlər. Bu proseslərdə iqtisadiyyat və humanitar şöbələrinin müdirləri xüsusilə seçilir. Semest və dövlət imtahanlarının müxtəlif məbləğlərdə pulların tələb olunması kollecdə adi hala çevrilib. Pul yığımı kompaniyası o qədər geniş vüsət alıb ki, bu proseslərə tədris hissə işləri üzrə direktor müavini İradə xanım, Həmkarlar İttifaqının sədri Tamara Rüstəmova da cəlb olunublar. Kollecdə baş verənləri tam nəzarətdə saxlamaq üçün Rüxsarə Əliyeva daha da irəli gedəcək bacısı Sədaqət xanımı və qardaşı Elxanı ümumi nəzarət üçün yanına gətirib. Direktorun qardaşı Elxan kadrlar və mühasibatlıq şöbəsinin işinə nəzarəti tam əlinə götürüb. Sədaqət xanım isə pul yığımı kompaniyasında həm iştirak edir, həm də ümumi prosseslərə nəzarət edir. Diqqət cəlb edən məqamlardan biri də kollec direktoru Rüxsarə Əliyevanın ad günü münasibətilə müəllimlərdən pul toplamasıdır. Daxilən bu məsələyə mənfi yanaşan müəllimlər iş yerlərini itirməmək üçün susmaq məcburiyyətində qalırlar. Baxmayaraq ki, şöbə müdirləri və müəllimlər müəyyən maraqlar çərçivəsində kollecdə işə qəbul olunublar. 2013-cü ilin oktyabr ayında kollecə direktor təyin olunan Rüxsarə Əliyevanın bu günə qədər ki, fəaliyyətini bu məqaləmizdə təfsilatı ilə araşdırmaq çətindir. Ona görə də araşdırmalarımızı davam etdirməyə israrlıyıq.

Qaynarxeber.info xəbər portalında bütün yuxarıda sadalanan məsələlərlə bağlı geniş tanış ola biləcəyiniz məqamlar:

- 2014/2015-ci illərdə Bakı İqtisadiyyat və Humanitar Kollecində aparılan əsaslı təmir-tikinti işləri zamanı mənimsənilən külli miqdarda dövlət vəsaitinin məsuliyyətini kimlər daşıyır? 10 % bu sövdələşmədən pay götürənlər yoxsa, tikintini həyata keçirən digər qurumlar?

- Bakı İqtisadiyyat və Humanitar Kollecinin inzibati ərazisinə daxil olan torpaq sahələrini kim satıb? Kollecin ərazində tikilən yaşayış evlərinin və müxtəlif təyinatlı obyektlərin tikintisi zamanı alınan pullar kimlərin şəxsi büdcəsinə köçürülüb?

- Kollecin direktoru Rüxsarə Əliyeva mətbuatda adının hallanmamasına görə, birbaşa əməkdaşlıq etdiyi baş redaktor kim olub? Rüxsarə Əliyevanın xidmət otağında həmin baş redaktorla çay süfrəsi arxasında isti söhbətlər zamanı hansı məsələlər müzakirə olunub və baş redaktorun maraqları necə təmin olunub?
Bu və digər məsələlərlə bağlı ətraflı məqalələri yaxın müddət ərzində oxuya biləcəksiniz. Qarşı tərəf kimi məqalədə adıçəkilən hər bir kəsin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Qaynarxeber.info

XƏBƏR LENTİ