Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Dünyanın intihar etmiş məşhur PSİXOLOQları

Tarix:26-01-2017, 15:09 Baxış Sayı:863

Dünyanın intihar etmiş məşhur PSİXOLOQları


Ötən gün axşam saatlarında ölkə mediyasında yayımlanan bir xəbər gündəmi alt-üst etdi. Bu, psixoloq Dəyanət Rzayevin intihar xəbəri idi.

A24.Az xəbər verir ki, Dəyanət Rzayevin intihar etməsinə insanların bu qədər diqqət yetirməsində əsas səbəb onun peşəsi ilə əlaqədardır. Çünki o, adətən insanları intihardan çəkindirən, depresiyadan çıxarmağa çalışan bir peşənin sahibi idi.

Onun bir müddət əvvəl məhz intiharlar barədə açıqlamasını da oxucuların diqqətinə çatdırmışdıq.



Ən yüksək iradəyə sahib olduğu düşünülən, insanların dərdlərini, problemlərini dinləyib, onlara çıxış yolu göstərən psixologiya elminə yiyələnən insanlar niyə intihar edirlər? Ümumiyyətlə, Dəyanət Rzayev canına qəsd edən ilk psixoloqdurmu?

A24.Az psixoloqların itiharları barədə araşdırma aparıb. Məlum olub ki, mərhum D. Rzayev Azərbaycanda canına qəsd edən bu peşənin ilk nümayəndəsi olsa da, dünyada bundan əvvəl bir neçə psixoloq özünü öldürüb.

Onların bir neçəsini təqdim edirik:

Azyaşlılara təcavüzə görə məhkum olunmuş Şon Tüdor həbsxanadan çıxanda artıq islah olunduğunu, cəmiyyətin normal fərdi kimi yaşayacağını deyib.

Lakin az sonra o, yenidən əvvəlki əməllərinə qayıdıb və 10 yaşlı oğlan uşağını döyərək yol kənarındakı kolluqda zorlayıb.

Psixoloq Layza Deriskott isə baş verən cinayətdə özünü suçlayıb, günahkar olduğunu deyib və həyatı ilə könüllü vidalaşıb.

Ədliyyə Nazirliyinin xüsusi komissiyasının üzvü olan Deriskott da pedofilin etiraflarını dinləmiş, onun gerçəkdən də, islah olunduğunu düşünmüş və “bu məhbus buraxıla bilər – o, artıq dəyişib” yazmışdı.

Həmin cinayətdən iki həftə sonra isə Nottingemşir qraflığındakı Reynuort şəhərində Deriskottun “Vauxhall” avtomobili tapılıb. O, özünü avtomobildə zəhərləmişdi.

Layzanın anasının dediyinə görə, Tüdorun cinayətindən sonra qızı özünə yer tapa bilmirmiş.

“Qızım çox pis olmuşdu. “Daha yaşaya bilmirəm, ana! Səhv etdim, o cinayətkarın azadlığa çıxmasında və yeni cinayət törətməsində mənim də günahım var”, – deyirdi.

Dünyanın intihar etmiş məşhur PSİXOLOQları


Daha bir psixoloq intiharı Rusiyada qeydə alınıb. Xərçəng xəstəliyindən əziyyət çəkən rusiyalı professor özünü öldürüb.

Mixail Kondratyevin cəsədi Moskva şəhərinin ətrafındakı evində tapılıb. Moskva şəhər Psixologiya-pedaqogika Universitetinin sosial psixologiya fakültəsinin 59 yaşlı dekanı intihardan əvvəl məktub yazıbmış. Professor məktubunda ölümünə görə heç kimi günahlandırmamağı, xəstəliyi ilə apardığı mübarizədən yorulduğunu bildirib.

Təhsil sahəsində Rusiya prezidentinin mükafatına layiq görülən Kondratyev “Sosial psixologiya və cəmiyyət” beynəlxalq elmi jurnalın baş redaktoru imiş.

Dünyanın intihar etmiş məşhur PSİXOLOQları


Oxşar hadisələr Türkiyədən də yan keçməyib. Məsələn, 2016 – cı il aprelin 14-də İstanbulda tanınmış psixoloq Tülay Gülən “Mədəniyyət evi”nin ikinci mərtəbəsindən özünü ataraq intihar edib. İntiharın səbəbi isə çox maraqlı olub.

Bildirilirdi ki, Tülayın Balıkəsirdə yaşayan bir ailənin 7-ci övladı olduğu öyrənilib. Anası körpə ilə xəstəxanadan çıxdıqdan sonra T.Gülən imkanlı bir ailəyə övladlıq verilir. İllər sonra əsl ailəsini tapan qadından ailə üzvləri tez-tez pul istəyir. Nəticədə depressiyaya düşə qadın çıxış yolunu özünü öldürməkdə görür.

Dünyanın intihar etmiş məşhur PSİXOLOQları


Bundan başqa Türkiyənin Mersin vilayətində Ailə və Sosial Siyasətlər Nazirliyinin rayon müdirliyində psixoloq işləyən 45 yaşlı Hasan Cevdet evinin eyvanında özünü asaraq canına qəsd edib. Onun intihar səbəbləri hələ də açıqlanmır.

İlkin Mustafayev, A24.Az

XƏBƏR LENTİ