Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Sabirabadın yenilməz Rüstəm bəlası -

Tarix:7-02-2017, 10:26 Baxış Sayı:934

Sabirabadın yenilməz Rüstəm bəlası -


Sabirabad rayonunun Nizami kənd orta məktəbində etirazlar səngimir

Sabirabad rayonu Respublikada şagird durumu aşağı olan rayonlardan biridir. Rayonda bir sıra dövlət müəssisələrindən olunan şikayətlər və ölkə mətbuatında yer verilən problemlərin bu gün həll olunmasını qeyd etmək çətindir. Sabirabadda təhsil sahəsində sanki bir xəstəlik yayılıb və vətəndaşların kəskin etirazlarına baxmayaraq Təhsil Nazirliyi yaranmış vəziyyətə müdaxilə etmir və ya etmək gücündə deyil. Rayonun bir sıra kəndlərində uşaqların soyuq məktəbdə təhsil almaq imkanının olmaması, dərslərin təşkilində yaranmış qanunsuzluq, orta təhsili bürüyən rüşvətxorluq, nəticədə narazı kütlənin haqlı olduğuna əsas verir.

Biz "Realliq. info" olaraq rayonda kənd orta məktəblərində baş verənləri diqqətinizə çatdıracağıq. İlk araşdırmamız Sabirabad rayon Nizami kənd orta məktəbində baş verən faktları, gerçəklikləri aşkara çıxarıb. Faktlara diqqət edək:

Sabirabad rayon Nizami kənd orta məktəbində 500 nəfərə yaxın şagird qeydiyyatdadır. Məktəbin 50 müəllim və 20 nəfərə yaxın texniki işçisi var. Məktəb torpaqlarımızın erməni işğalçılarından azad edilməsi zamanı gedən döyüşlərdə şəhid olmuş Mirhüseyn Məmmədovun adını daşıyır. Məktəbə 2013-cü il oktyabr ayından rəhbərlik edən Hüseynov Zahid millət vəkili Rüstəm Xəlilov qardaşının kürəkənidir. Bəlkə buna görədir ki, Nizami kənd orta məktəbində baş verən özbaşınalıqlar, rüşvətxorluq aidiyyatı orqanların görməməzliyinə səbəb olur. Belə ki, qış mövsümü qədəm qoyandan sonra məktəbin dərs otaqlarının divarları "donub". Məktəbdə istilik sisteminin olmaması valideynləri çarəsizlikdən qərar qəbul etməyə vadar edib. Soyuq qış günlərində övladlarının xəstəliklərlə zəngin otaqlarda dərs keçirilməsinin mümkün olmadığını anlamaq çətin deyil. Nəzərə alsaq ki, məktəbin qış mövsümü üçün dövlət tərəfindən ayrılan yanacaq da direktorun şəxsi maraqlarına yönəlir. Məktəbin kollektivi ayrılan yanacaqdan xəbərsiz olduqları kimi direktora da baş verənləri sormaq iqtidarında deyillər. Səbəb sadədir. Tədris ili başlayanda direktorun özəl qaydaları ilə dərs saatlarını zorla əldə edən müəllimləri anlamaq çətin deyil. Müəllim dərs saatına sahib olmaq üçün rayonun gözə görünməz millət vəkilinin "dəyərli" qohumunun tələb etdiyi rüşvəti ödəməlidir. Əks təqdirdə ixtisaslı müəllimlər məktəbin direktorunun qəzəbinə tuş gələ bilərlər.

Məktəbdə dərslərin keçirilməməsi və müəllimlərə qanunsuz yolla dərs saatlarının verilməsi kimi faktlarla yanaşı daha ciddi məqamları da ortaya çıxır. Belə ki, məktəbdə bir neçə qeyri-ixtisaslı müəllim adına rast gəlmək olar. Məsələn, məktəb direktoru Hüseynov Zahidin təşkilati məsələlər üzrə müavini Bağırova Samirə İsmayıl qızı İncəsənət İnstitutunu saxta diplomla bitirib. Məktəbdə cəbr, həndəsə və tarix dərslərini "calaq" edib tədris etməyə çalışan Cəbrayılov Pənah direktorun yaxını sayılır. Maraqlıdır ki, cəbr dərsini tədris edən müəllim tarix dərsini də şagirdlərə aşılamağa çalışır. Bunun mümkün olmadığını aşılamaq çətin deyil. Lakin direktorun rüşvətxorluğu möcüzələr yaratmaqda davam edir.

Məktəbin 67 yaşlı ağsaqqal müəllimi də var və dörd ildir ki, təqaüddədir. Baxmayaraq məktəbdə 5 dil-ədəbiyyat müəllimi var amma Zahid müəllim təhsil ocağını "ağsaqqalsız" qoymayıb. Hətta məktəbin ağsaqqalına o qədər "hörmət" var ki, onun dərs saatları Əkbərov Əkbərin adına yazılıb.
Sabirabad rayon Nizami kənd sakinləri təhsil müəssisəsində baş verən qanunsuzluqla bağlı dəfələrlə etiraz etsələr də nəticə dəyişməyib. Kənd sakinlərinin kəskin etirazları rayon Təhsil şöbəsində sükutla qarşılanır. Sabirabadın "kor xəlifəsi" Rüstəm Xəlilovun hökmü birmənalıdır. Millət vəkilinin qohumları toxunulmazdır və onlar qanunları istədikləri kimi poza bilərlər.

Məhz buna görə məktəbin təmiri üçün ayrılmış vəsaitlər də mənimsənilib. Təmirsiz təhsil ocağının təmiri üçün ayrılan vəsaitlərin kimin və ya kimlərin cibində cəmləşdiyini bilmək çətin deyil. Müəllimlər aylıq rüşvət verdikləri üçün direktor onları dərslərdən azad edir. Lakin baş verənlərin cəzasını çəkən şagird və valideynlər isə Təhsil Nazirliyinin nə vaxt yuxudan oyanacağını gözləyirlər. Direktorun Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda qeyri-məqbul qiymət alması onu müqəddəs kreslosundan məhrum etməyib. Bu barədə növbəti yazımızda.

Realliq.info

XƏBƏR LENTİ