Anons

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

10-08-2017, 01:19 - Nazir qardaşının şirkətləri vsitəsi ilə 5.250.000 manat mənimsəyib - İDDİA

8-08-2017, 02:01 - Zaqatala RMX Leyla Seyidəliyeva sindromu davam edir... - YENİ MƏLUMATLAR

7-08-2017, 01:40 - Bakıda pul qazanmaq üçün solfet satan qızı polis şəhər mərkəzində sürüyüb - VİDEO

2-08-2017, 09:42 - Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 135 dəfə pozub

2-08-2017, 00:30 - 'KÖLGƏ' serialına aktyor, aktrisa yığımı davam edir

1-08-2017, 00:19 - Bu vəzifədə çalışmaq istəyənlər üçün sənəd qəbulu elan edildi

29-07-2017, 02:58 - AAAF Parkda yerləşən ZİRVƏ uşaq baxçası təhlükə mənbəyidir... - ANALİZ

29-07-2017, 00:45 - Göyçayda Dövlət əmlakının oğurluq yolu ilə satılmasına göz yumulur...? - FOTOLAR

27-07-2017, 13:55 - İmişli DSMF-nin müdiri İntiqam Əliyevlə bağlı şikayətlər Səlim Müslümovdan gizlədilirmi?

26-07-2017, 03:01 - Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – VİDEO

24-07-2017, 16:23 - Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar - ETİRAZ

24-07-2017, 15:31 - “Güzəştli mənzil” əldə etmək istəyənlərə ŞAD XƏBƏR

21-07-2017, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

21-07-2017, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

20-07-2017, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

20-07-2017, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Tarix:21-04-2016, 14:16 Baxış Sayı:1574

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -


Yeraltı və yerüstü sərvətləri, zəngin faydalı qazıntıları, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur olan 5000 ildən çox yaşı olan Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar, tunc məmulatlar, tarixi abidələr diyarı Naxçıvan Muxtar Respublikası bu gün həm də dünyanın gözəl turizm məkanlarından biridir.

Muxtar Respublikanın

1.Əlverişli coğrafi-siyasi mövqeyi,
2.Müxtəlif iqlim qurşaqları və təbiəti,
3.Zəngin və çeşidli heyvanat aləmi,
4.Zəngin mədəni-tarixi irsi,
5.Özünəməxsus və zəngin mətbəxi,
6.Yüksək qonaqpərvərlik ənənələri,
7.Turizm sahəsinə nəinki dövlət təşkilatlarının, həmçinin özəl firmaların, xarici investor və sahibkarların cəlb edilməsinə imkan verən yeni sosial-iqtisadi şərait, işçi qüvvəsinin aşağı dəyəri,
8.Birmənalı olaraq muxtar respublikanın hər yerində-hətta ən ücqar dağ kəndlərində belə əlverişli infrastrukturun yaradılması və rəhbərliyin bu sahənin inkişafına xüsusi diqqəti muxtar respublikada turizmin hərtərəfli inkişafına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası əlverişli coğrafi siyasi mövqeyə malikdir. Belə ki, Türkiyə Respublikası və İran İslam Respublikası kimi turizm potensialı böyük olan ölkələrlə həmsərhəd olması, Böyük İpək Yolunun üzərində yerləşməsi turizmin muxtar respublikada inkişafına şərait yaradan əsas amillərdəndir. Burada turizmin tarixi-mədəni, ekoloji və kənd yaşıl turizm, ziyarət, müalicə, etnik, dağçılıq və digər növlərinin inkişaf etdirilməsinə şərait vardır.

Muxtar respublikanın ərazisinin əsas hissəsi Zəngəzur və Dərələyəz dağ silsilələrindən və Arazboyu uzanan maili düzənliklərdən ibarətdir. Ərazinin 75%-i 1000 m-lik yüksəklikdən mütləq yuxarıda yerləşir. Bu diyar özünün füsünkar təbiəti, rəngarəng bitki və heyvanlar aləmi ilə seçilir. İlk baxışda muxtar respublikanın ərazisi nə qədər quru və çılpaq görünsə də, daxilən bir o qədər zəngin və rəngarəngdir.

Burada Azərbaycanın nadir fauna və florası məskunlaşmışdır. Dünyada olan 11 iqlim qurşağından yeddisinə Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Muxtar respublika ərazisində 3000-ə yaxın bitki növü, 373 heyvan növü vardır. Azərbaycan Respublikasında qeydə alınmış 366 quş növünün yarıdan çoxu-226-sı muxtar respublika ərazisində məskunlaşmışdır. Bəzi bitki və heyvan növləri muxtar respublika üçün endemikdir. Muxtar respublikanın kəndlərinin çox hissəsi dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Bu baxımdan da muxtar respublika ərazisində ekoloji və onun bir qolu olan kənd yaşıl, dağçılıq turizmi növlərini inkişaf etdirmək olar.

Geniş ərazi, münbit torpaq, saf su, təmiz hava, bol günəş-bunlar zəngin təbiət sərvətləridir. Muxtar respublikada günəş radiasiyası il üzrə Azərbaycanda ən yüksək olub-144-156 kkal/sm2-dir. Naxçıvan Muxtar Respublikasının təbii bitki ehtiyatlarının böyük hissəsi dərman bitkiləridir: 700-ə yaxın növ. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Burada 250-yə yaxın mineral su mənbəyi qeydə alınmışdır. Bu mineral suların bir hissəsi müalicə məqsədilə istifadə edilir. (Badamlı, Sirab, Darıdağ, Böyrək suyu və.s) Eyni vaxta 300 xəstəni qəbul etmək imkanına malik Duzdağ Fizioterapiya Mərkəzi və Culfa rayonundakı Darıdağ Arsenli Su Müalicəxanası bir çox ölkələrdən gələn yüzlərlə turistin üz tutduğu əsas müalicə mərkəzlərindəndir. Bu baxımdan müalicə turizminin inkişafı üçün potensial böyükdür.

Hər hansı bir ölkənin turizm potensialından danışdıqda oranın tarixi- mədəni irsi ön plana çəkilir. Naxçıvanın tarixinin min illərlə ölçülməsi, burada dünya memarlığının incisi hesab oluna biləcək tarixi memarlıq abidələrinin olması, zəngin mədəni irsi bu diyarı xarici turistlər üçün əhəmiyyətli edir. Möminə xatın, Yusif Küseyr oğlu türbələri, Qarabağlar Memarlıq Kompleksi, Xanəgah Abidə Kompleksi, adı Nuh peyğəmbərin gəmisi ilə bağlanan Gəmiqaya daşüstü yazıları, əfsanəvi İlanlı dağ, abidələrlə zəngin olan qoruq-şəhər Ordubad, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən Əshabi- Kəhf Ziyarətgahı, 5000 ildən çox yaşı olan Naxçıvan şəhəri, qədim tikililər, qalalar, qədim yaşayış yerləri və nekropollar, xalq sənətkarlarının günümüzə qədər qorunub saxlanılmış sənətkarlıq nümunələri və s. turistlər üçün cəlbedicidir. Buraya Naxçıvan diyarının zəngin folklorunu, musiqi və təsviri sənətini, ədəbiyyatını və s. əlavə etsək tarixi-mədəni turizmin inkişaf etdirilməsi üçün neçə böyük imkanlar olmasını təsəvvür etmək olar.

-Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərənsamına əsasən qeydə alınmış 1202 daşınmaz tarix-mədəniyyət abidəsinin 57 dünya əhəmiyyətli, 500-ə yaxını ölkə əhəmiyyətlidir.

-abidələr bərpa olunub: Möminə xatın türbəsi, Xan Sarayı, Zaviyyə-Mədrəsə binası, Naxçıvan Cümə məscidi, Nuh türbəsi, İmamzadə Kompleksi, Şərq hamamı, Şərur rayonunda "Parçı" İmamzadəsi, Kəngərli rayonunun Qarabağlar kəndində Memarlıq Kompleksi, Ordubad şəhərində Qeysəriyyə (Zorxana). qədim hamam, yeraltı məbəd , Culfa rayonu ərazisindəki Ashabi-Kəhf Ziyarətgahı, Xanəgah Abidə Kompleksi, "Əlincəqala" Tarixi Abidəsi s. Culfa rayonu ərazisindəki Gülüstan türbəsi bərpa olunur.

-tarixi-mədəni turizmin inkişafında turizm nümayişi obyektlərinin özünəməxsus yeri var. Bu baxımdan Naxçıvan Muxtar Respublikasını "muzeylər diyarı" da adlandırmaq olar. Muxtar respublikada 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir ki, onların 16-sı 1995-ci ildən sonra yaradılmışdır.

-1təbiət qoruğu, 1 milli park, 2 təbiət yasaqlığı, 1 tarix-memarlıq qoruğu, 1tarix-bədii qoruq, 1 ziyarətgah kompleksi, 2 tarix-mədəniyyət qoruğu, 3 teatr, 29 muzey, 2 filarmoniya, banklar, ticarət mərkəzləri, benzindoldurma məntəqələri, və s. turizmin inkişafında mühüm əhəmiyyətə malikdir.

Muxtar Respublikada 21 mehmanxana var. 2 mehmanxananın 5 ulduz kateqoriyası var: Təbriz və Duzdağ. 3 hüquqi və 4 fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olur.





-Muxtar respublikaya gələn turistlər:
2006- 93930
2007 -140895
2010-288000
2014-378102
2015-390000

Muxtar Respublika rəhbərliyinin apardığı sosial-iqtisadi siyasət sayəsində muxtar respublikanın hər yerində əlverişli infrastruktur yaradılmışdır.Ucqar dağ kəndlərinə, təbiətin əlçatmaz guşələrinə rahat yollar çəkilmişdir.Tarixi abidələr bərpa edilir, ətrafı abadlaşdırılır, qorunub saxlanılır. Kiçik və orta sahibkarlığın inkişafına xususi qayğı göstərilir. Bütün bunlar da turizm potensialından istifadəyə təkan verən mühüm amillərdir.

Naxçıvan Muxtar Respulikasında turistlərin komfortlu istirahəti üçün müasir mehmanxana, yol-nəqliyyat, restoran şəbəkəsi mövcuddur. Həmçinin, fasiləsiz elektirik enerjisi, sürətli internet, müasir tələblərə cavab verən telefon rabitəsi turizm infrastrukturunun vacib elementləridir. Muxtar respublika ərazisindəki birdəfəlik tutumu 1400 nəfərdən çox olan 20-dən artıq mehmaxanada gələn turistlərin rahat gecələməsi, burada işgüzar görüşlərin keçirilməsi üçün müasir şərait yaradılmışdır. Hazırda Naxçıvan-Qarabağlar, Naxçivan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Batabat turizm maşrutları fəaliyyət göstərir. Muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl iş aparılır. Regionun tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı onlarla adda reklam-informasiya materialları hazırlanmış, reklam çarxları və filmlər çəkilmişdir. Turizmin inkişafı həm də bu sahədə peşəkar kadrların olmasından çox asılıdır. Muxtar respublikada bu sahənin ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Haliyədə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm ixtisası üzrə kadrlar hazırlanır.


Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

Naxçıvan Muxtar Respublikasının turizm potensialı -
Naxçıvan Muxtar Respublikasının turizm potensialı -

XƏBƏR LENTİ