Anons

Haqqımızda Əlaqə

Babaşov Qazaxda hansı üsulla işləyəcək -

Tarix:4-07-2016, 10:51 Baxış Sayı:400

Babaşov Qazaxda hansı üsulla işləyəcək -

Teref.info-nun poçtuna gələn məktubu sizə tə\qdim edirik. Saytımıza yazan şikayətçi yazır:
Gedişat onu göstərir ki, artıq ayı tamalanmış Qazaxın yeni icra başçısı Rəcəb Babaşov ətrafındakılarla işləməli olacaq. Rayonda söz-söhbət dolaşır ki, icra hakimiyyətində işləyənlər yuxarıdan tapşırılıblar ki, yerlərində qala bilsinlər. Məsələn, icra başçısının xanım müavini Gülayə Həsənova artıq aparatı da ələ alıb. İctimaiyyətin fikrincə isə 10 ildən artıqdır ki, rayonda sağa-sola “qılınc çəkən” Gülayə Həsənova yenə vəzifəsində qalsa, Qazaxda heç bir inkişafdan söz açmağa dəyməz.

Verilən məlumata görə, Gülayə Həsənova gözdən pərdə asaraq, idarə və müəssisələrdə xırda bir “çp” bilən kimi təcili icra başçısına məlumat verir ki, “orada vəziyyət yaxşı deyil, şikayət var”. Araşdırılanda məlum olur ki, Gülayə Həsənovanın etdiyi “çp”-lər 10 dəfə hər bir idarə və müəssisə rəhbərlərinkindən çoxdur. Indi burada yalnız icra başçısı Rəcəb Babaşovun seçiminə və son sözünə ehtiyac duyulur.

Son günlər rayonda vaxtı ilə Qazax Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda təhsil şöbəsinin nəzdində şagirdlərin ekoloji tərbiyə və təcrübəçilik mərkəzinin direktoru vəzifəsində işləyən 63 yaşlı Nemət Əliyevin vəzifə sevdasına düşməsi də birmənalı qarşılanmır. Şikayətçi teref.info-ya daha sonra yazır ki,Nemət Əliyevin Gülayə Həsənova ilə “iş birliyi” qurması heç də təsadüfdən yaranmayıb. Belə ki, Nemətv Əliyev rayonda hansı vəzifələrdə çalışıbsa, həmişə Gülayə Həsənova üçün faydalı olub. Bu kadr vəzifə kreslosunda ilk dəfə rayonun Daş Salahlı kənd 1 saylı tam orta məktəbində direktor kimi əyləşib. İşində yol verdiyi ciddi nöqsanlara görə kənarlaşdırılıb. Haqqın yolunu taparaq Türkiyəyə gedərək pendir alveri ilə məşğul olub. Eyni zamanda, Daş Salahlı kəndindən Türkiyədə işləyən vətəndaşlar üçün “makler” vəzifəsini həyat keçirib. Yəni faizə işləyib. Vaxtı ilə Qazax RİH-nin başçısı vəzifəsində işləyən Əsəd Orucovun dövründə Qazax Rayon Təhsil Şöbəsinin müdiri işləyib. İş prosesində küllü miqdarda yeyintiyə yol verdiyinə görə işindən kənarlaşdırılıb. Üstəlik, sabiq icra başçısı Əsəd Orucovla bu günə kimi də maliyyə şöbəsinin başında turp əkən, hazırda da Qazax Rayonu Üzrə Maliyyə İdarəsinin rəisi işləyən Novruz Abdullayevin “başı ağrıyıb”. Sabiq icra başçısı Rauf Hüseynov Nemətv Əliyevi işindən uzaqlaşdırdıqdan sonra o, Qazax Rayon 107 Saylı Seçki Dairəsinə sədr təyinatı alıb. Nemət Əliyev bu vəzifəni 2006- cı ildən 2011-ci ilə kimi davam etdirib. Sabiq deputat Əhməd Vəliyevin Milli Məclisə seçkisi zamanı yol verilən saxtakarlığa görə dairənin 5 məntəqəsi təkrar seçkilərə getdiyi üçün Nemət Əliyev dairə seçki komissiyasının sədrliyindən uzaqlaşdırılıb.

Nemət Əliyev nə qədər iş fəaliyyətində ciddi nöqsanlara yol versə də qismətli adam kimi qiymətləndirilib. O, təhsil şöbəsinin nəzdində uşaq fondunun sədri də olub. (Deyəsən yenə də sədrdir). Müəllimlərin əmək haqqından faizlə tutulan pullar fonda daxil olub, buradaca Nemət Əliyevlə əlbir işləyən Gülayə Həsənova üçün münbit şərait yaranıb. Kimsəsiz, qəpik-quruşa ehtiyacı olan və dəftər-qələm almağa da pulu olmayan uşaqlara xidmət üçün fəaliyyət göstərən fond, bu cür uşaqların taleyinə yad olmuş, nəticədə fonddakı pullar Gülayə Həsənovanın şəxsi cədvəli əsasında xərclənmışdir.

Buradan da göründüyü kimi, xanım müavinlə birlikdə işləyən Nemət Əliyevin “dostluğu” heç cürə silinə bilməz. Bu gün də Gülayə Həsənovanın təzə gəlmiş icra başçısına dəqiqləşdirilməmiş faktlar söyləməsi, kiminsə yerinə “su salaraq” Nemət Əliyev üçün vəzifə axtarması heç də təsadüfi deyil. Qəribə burasədır ki, Prezident İlham Əliyev gəncliyə və gəncələrə önəm verdiyi bir zamanda 63 yaşlı kadrdan nə gözlənilə bilər? Ola bilsin ki, Gülayə Həsənovanın Nemət Əliyevin neçə yaşı olması da yadından çıxıb. Hazırda icra başçısı Rəcəb Babaşovun göstərişi ilə işindən kim kənarlaşdırılırsa, Nemət Əliyev həmin yerə tapşırılmağa adam axtarır ki, bu da gülüncdür. Çünki onun iş fəaliyyəti ictimaiyyətin gözü qarşısındadır. Yaxşı olar ki, hər kəs öz bacardığına getməklə, keçdiyi həyat yoluna nəzər sala...

SON XƏBƏRLƏR
Azərbaycanda müharibəyə hazırlıq: Ən yeni döyüş təyyarələri alındı
Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov?
Sarkisyanın yeni müharibə çağırışına rəsmi Bakıdan cavab
Leyla Əliyeva çağırış etdi
Sarkisyan xalqa Qarabağda yeni müharibə vəd edir
Türkiyə Azərbaycanı silahlandırmağa başladı
Sərhəd bölgəsinə minə yaxın hərbçi göndərilir
Pulu pulla qazananlar: Araz Ağalarov və Telman İsmayılovun da iştirak etdiyi OLİQARX TOYLARI
Sarkisyan Qarabağda müharibənin başlayacağı tarixi açıqladı
General: Zakir Həsənov nazir oğullarını da orduya çağırtdırır
Həbsdəki jurnalist əfv ərizəsi yazıb - Ərşad İbrahimov prezidentə üz tutdu
Deputat: "Bu, Ermənistanın növbəti təxribatıdır"
Tramp lap Stalin kimi danışmağa başladı:
Zeynəb Xanlarovadan mühüm siyasi gediş
Dənizdən çıxarılan meyitin itkin neftçilərdən birinə məxsus olduğu dəqiqləşdi -
Ermənistan mart ayında Qarabağda yeni müharibəyə başlayacaq - Hərbi mənbə
“Siyahıda Əli İnsanov və İlqar Məmmədovun adı var”
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək
Hakimiyyətin qara siyahısında olan icra başçıları
"Prezidentin sərəncamı hüquqi islahatların keyfiyyətcə yeni mərhələsidir"
Bakının mərkəzində QAZ BÖHRANI - Rövnəq Abdullayevdən Prezidentə şikayət
Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi - BDU in ilahiyyat fakultəsində nə baş verir ŞİKAYƏT
“Ermənistan əsgəri ölmək istəmirsə…” – Hərbi ekspert
BDU-nun dekan müavinindən şikayət var
Cavid Qurbanov 276 milyon kredit götürdü -
Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq
BU GÜN ARİF MİRCƏLAL OĞLU PAŞAYEVİN DOĞUM GÜNÜDÜR
Milli Məclisdə bələdiyyələrin fəaliyyəti tənqid olundu
2-ci Aprel döyüşləri başlayır - “Azərbaycanın atacağı addımlar amansız və sərt olacaq”
Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri başlayıb - YENİLƏNİB