Anons

21-07-2017, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

21-07-2017, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

20-07-2017, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

20-07-2017, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

17-07-2017, 20:41 - Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

6-07-2017, 12:27 - Ramil Usubov iki polkovniki işdən çıxartdı

3-07-2017, 16:43 - Təhlükəsizlik xidmətinin əməkdaşı vəhşicəsinə döyüldü - Video

2-07-2017, 17:07 - Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

28-06-2017, 15:48 - "Məhərrəm Novruzov başıma silah dayayıb"-Məmurların səs yazıları yayılacaq

26-06-2017, 14:28 - Gəncənin Məharət Mustafayev bəlası

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9-06-2017, 14:25 - Bakı Şampan Şərablar zavodunda qadınlar əxlaqsız ifadələrlə təhqir edilib...

Naxçıvan inciləri: Buzxanalar

Tarix:5-01-2017, 15:15 Baxış Sayı:409

Naxçıvan inciləri: Buzxanalar


Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtıdır. Naxcivantv.az “Naxçıvan inciləri” rubrikasında qədim diyarın milli-mədəni inciləri olan tarix və mədəniyyət abidələrini öz oxucularına təqdim edir. Bu dəfə muxtar respublika ərazisində yerləşən buzxanalar haqqında danışacağıq.

Naxçıvan Muxtar Respublikasında 3 tarixi buzxana abidəsi var. Onlardan biri Naxçıvan buzxanasıdır ki, həmin abidə bu təmayüldə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. 20 metr uzunluğunda və 9 metr enində olan bu abidə ilk baxışdan bir mərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Dam örtüyünün üzərində isə altı kiçik günbəz ucaldılıb.

Başlıca xüsusiyyəti heç də onun böyük ölçülərə malik olmasında deyil. Həmçinin yüksək texniki səviyyədə kərpicdən qurulan örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa yüngül və dinamik konstruksiya sxemi üzərində yaradılması abidənin səciyyəvi cəhətlərindəndir.

Onu da qeyd edək ki, bu cür oxşar konstruksiyadan Ordubad şəhərindəki Buzxanada da istifadə olunub. Hətta o dövrdə Təbriz və Ərdəbildə inşa olunan bazar komplekslərinin örtülü keçidləri də bunun oxşarıdır. Bu da, ilk növbədə XII-XIV əsrlərdə mövcud olan Naxçıvan memarlıq məktəbinin geniş əhatə dairəsi ilə bağlı olub.

Haqqında söhbət açdığımız Ordubad Buzxanası da regionda ticarət məqsədi ilə inşa olunan obyektlərdən biri olub. Memarlıq abidəsi XIV əsrdə tikilib, XVIII əsrdə yenidən bərpa edilib. Binanın ümumi sahəsi 166 kvadratmetrdir, hündürlüyü isə 11,32 metrdir.

Şərur rayonundakı Cəlilkənddə yerləşən buzxana kompleksi isə XIX əsrə aiddir. Bina dördkünc formalı olub yuxarıda tağabənzər formada tamamlanıb. Yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilib. Binanın divarları yüngülcə yonulan boz rəngli qaya parçalarından inşa edilib. İçərisində divarlar boyunca dördkünc formalı şəkillər var.

Yay aylarında yerli əhali istilərdən qorunmaq, yeyinti məhsullarını, şəxsi azuqələrini uzun müddət saxlamaq üçün bu binalardan istifadə edib. Buzu almaq üçün qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq buz halına salınırdı. Buzun əriməməsi üçün onların arasına saman da tökülürmüş.

Son illər hər 3 buzxana orijinal görünüşü qorunub saxlanılmaqla əasalə bərpa edilib. Hazırda bu tarixi abidələrin hər biri turizm obyekti kimi fəaliyyət göstərir, burda milli mətbəx nümunələrimiz ziyarətçilərə təklif edilir.

XƏBƏR LENTİ