Anons

Dünən, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Masallı sakini Ramil Usubova müraciət etdi - Lənkəran DYP əməkdaşı "Lotuluq" edir...

Tarix:9-10-2017, 14:03 Baxış Sayı:853

Masallı rayon sakini Hüseynov Sultanağa Paşa oğlunun Bakunews.az-a və media orqanları ilə yanaşı Daxili işlər Naziri cənab Ramil Usubova ünvanladığı məktubda qeyd eilir ki, Lənkəran DYP əməkdaşı inspektor Rəşadət Quluzadənin 7-8 aylıq iş fəaliyyəti nəticəsində vətəndaşa açıq aşkar rüşvət tələb etməsi qanunla yol verilməz addımdır. Bu inspektorun atdığı addım nə insani dəyərlərə nədə iş prinsiplərindəki kodekslərə söykənməməkdədir. Rəşadət Quluzadənin qanunsuz zorla RPŞ aparılacaqsız ifadələri ilə protakola imza atırılması artıq vəzifə səlahiyyətlərindən sui-istifadəyə daxildir. Dəfələrlə media vasitəsi ilə avtomobilin və sürücünün incidilmədən, yerində protakol yazılaraq ödəməsi üçün xəbərdarlıq ediləcəyi vurğulansada, görünür Lənkəran rayon DYP əməkdaşlarının yüksək dairələrin verdiyi qərardan xəbərsiz olaraq fəaliyyət göstərməkdədirlər. Qeyri qanuni üslublara əl atan R.Quluzadə vətəndaşa bildirib ki, kimə istəyirsən ged şikayət et mənə heç kim heçnə edə bilməz ifadələrini işlətmişdir. Vətəndaş isə qeyd edir: Mənim yalnız bir şəxsə cənab Ramil Usubova müraciəti olacaq ki, Rəşadət Quluzadə kimə və nəyə arxayın olaraq kimsə şikayət edirsən et ifadəsini bu qədər rahat söyləmək ixtiyarına malik olub. Bizim təhlükəsizliyimizi və ölkədə sabitliyin bərqərar edilməsində yüksək xidməti olan cənab nazirimizin övladının bu cür hərəkətləri olmadığı halda R.Quluzadəni kimlər müdafiə edir ki Nazirə ediləcək şikayətidə göz ardı etməkdədir.

Bu qanunsuzluğun qarşısının alınması üçün bir neçə şəxsin cəzalandırılaraq rüşvətlə Yol hərəkətinin pozulması halında cərimədən heç kəsin qaça bilməyəcəyi anlayışı formalaşmış olacaqdır. Səngimək bilməyən DYP əməkdaşlarının özbaşınalığı və "Lotuluq" prinsiplərinin tamamilə ləğv edilməsi yalnız Nazirin verəcəyi cəzayla sonlandırılmış olacaqdır.


Bakunews.Az

Masallı sakini Ramil Usubova müraciət etdi - Lənkəran DYP əməkdaşı "Lotuluq" edir...

Daxili İşlər Naziri Ramil Usubova



Hörmətli Nazir!

Yazıb diqqətinizə çatırmaq istəyirəm ki, mən 18.11.1957-ci il təvəlüdlü Hüseynov Sultanağa Paşa oğlu istifadəmdə olan 10 SF 424 dövlət qeydiyyatlı avtomobilimlə Masallı rayondan üzü Lənkəran rayon istiqamətində Girnəni kənd ərazisində 06.10.2017-ci il tarixində saat 09:35-də Lənkəran rayon Yol Patrul Xidmətinin inspektorları polis sıravisi Quluzadə Rəşadət Şahin oğlu tərəfindən saxlanılaraq ciddi şəkildə şər böhtanın qurbanına çevrilmişəm. Sözün əsil mənasında inspektor məni avtomobildə olan nəvələrimin yanında alçaldaraq hədə qorxu yolu ilə tətbiq etdiyi protokola imza atmağıma nail oldu. Ağsaqqal yaşımda mənə şər böhtan ataraq ötmə əməliyyatı etdiyimi bildirdi, mən isə öz növbəmdə ona əgər qanun pozuntusuna yol vermişəmsə bunun subut və dəlilini göstərməyini tələb etdim.
R.Quluzadə tərəfindən mənə və qanunlara edilən hörmətsizlik tam bu şəkildə cərəyan etmişdir: “R.Quluzadə ağsaqqal etdiyin xətanın cəriməsi 60 manat təşkil edir.. Nə hörmət edə bilərsən, bunu yazmayım dedikdən sonra, bu zaman digər YPX əməkdaşı avtomobildən düşərək R.Quluzadəyə yaxınlaşdı.: sən nə danışırsan, görmürsənmi mikrafon açıqdır… Tez protokolu yaz! R.Quluzadə: içinə azar deyərək mənə protakol yazmasını bildirən digər YPX əməkdaşı avtomobilinə geri qayıtı.” Hadisə elə bundan sonra prinsip halını almış oldu ki, mən həmin vaxt inspector Rəşadət Quluzadəyə ondan şikayət edəcəyimi qey etmişdim. Bunun mənəm şəxsimə qarşı atdığı böhtan azmış kimi, əlavə olaraq məndən rüşvət istəməsinə etiraz etdim və qanunsuz olaraq mənə protakol yazdı. 61-ci maddənin tələblərini pozduğumu iddia edən ispektora bildirdim ki, onun etdiyi əməlinə görə şikayət edəcəyəm ondan. R.Quluzadə isə kimə istəyirsən ged şikayət et mənim kimdənsə qorxum yoxdur nə edirəmsə əcəb edirəm deyərək protokola imza atmağımı istədi mən isə protokola razılaşmadığımı və imzalamayacağımı bildirdim. Protokolu mənə verdikdən sonra yoluma davam etdim. Avtomobilimə əyləşib 2 km. hərəkət etmişdim ki, yenidən mənə saxlama əmri verən R.Quluzadə mənə yaxınlaşaraq protokolun mənə məxsus yerində olan imza bölməsini imzalamamı tələb etdi. Mən də öz növbəmdə bunu etməyəcəyimi bildirdim. R.Qruluzadə imzalamayacağım təqdirdə məni Lənkəran Rayon Polis Şöbəsinə aparacağını bildirdi. Ağsaqqal yaşımda Polis Şöbələrinə getməmək üçün əlacsız qalıb bunun hədə qorxusuna boyun əymək məcburiyyətində qaldım.

Hörmətli Nazir!

Yazıb sizdən xahiş edirəm ki, Lənkəran DYP-sinə yəni 7-8 ay bundan öncə təyin edilən inspektor Quluzadə Rəşadət Şahin oğlunun vəzifə səlahiyyətindən sui-istifadə edərək rüşvət tələb etməsi və qanunsuz olaraq şəxsimə qarşı edilən hədə-qorxu və bütün bunların mənim kimi digər Azərbaycan vətəndaşının yaşamaması üçün onun barəsində ciddi ölçü götürülməsinə tapşırıq verməyinizi xahiş edirəm .
Mən 60 yaşıma çatmağıma baxmayaraq bu cür hərəkətlə heç zaman qarşılaşmamışdım və belə halın baş verəcəyi isə ağlımdan keçməzdi. Bu gün isə çox təəssüf hissi ilə bildirməliyəm ki, Rəşadət Quluzadə kimi inspektorların sayəsində Dövlət Yol Polis nəfərlərinin adına xələl gəlməkdədir. R.Quluzadənin tutduğu əməli cəzasız qalarsa mənim kimi sürücülərin hansı vəziyyətlə qarşılaşacaqları artıq sual altında qalacaqdır. Haqq ədalətin öz yerini tutması üçün inspektorun üzərində olan səs və görüntü yazan aparata baxılması və qanuni tədbirlərin görünməsini sizlərdən xahiş edirəm.


Hörmətlə: Hüseynov Sultanağa Paşa oğlu


Masallı sakini Ramil Usubova müraciət etdi - Lənkəran DYP əməkdaşı "Lotuluq" edir...

Masallı sakini Ramil Usubova müraciət etdi - Lənkəran DYP əməkdaşı "Lotuluq" edir...

XƏBƏR LENTİ