Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

“Naxçıvan MR-in Konstitusiyasına edilən dəyişikliklərdə qəribə nələrinsə axtarılması doğru deyil”

Tarix:12-10-2017, 11:45 Baxış Sayı:40

“Naxçıvan MR-in Konstitusiyasına edilən dəyişikliklərdə qəribə nələrinsə axtarılması doğru deyil”

Azərbaycan Milli Məclisində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılacaq. Bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Milli Məclisə göndərdiyi konstitusiya layihəsi oktyabrın 20-də plenar iclasda müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.

MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə, Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı Ali Məclisə deputat seçilə bilər.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə, deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır. Bunlar aşağıdakılardır:

– bu Konstitusiyanın 23-cü maddəsinin II hissəsinin tələbini pozduqda (Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir);

– deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda;

Konstitusiyanın 29-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər) maddəsinə edilən dəyişikliyə görə isə, sədr seçilmək üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir.

MR Konstitusiyasına edilən digər dəyişikliyə görə, Muxtar Respublikanın baş naziri vəzifəsinə tələb olunan minimum 30 yaş məhdudiyyəti, Muxtar Respublikanın Nazirlər Kabinetinə üzvlüyə tələb olunan minimum 25 yaş məhdudiyyəti ləğv olunur. Bunun əvəzinə “Naxçıvan MR Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir” tələbi təsbit edilir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin hansı zərurətdən yaranması ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, bu dəyişikliklərdə qəribə nələrinsə axtarılması doğru deyil: “MR Konstitusiyasına təklif edilən dəyişikliklər bir qədər əvvəl Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkə Konstitusiyasına edilən dəyişikliklərlə sinxrondur. Orada seçki hüququ ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Əsasən 18 yaşına çatan hər bir ölkə vətəndaşının parlamentdə təmsil olunmaq kimi hüququnu müəyyənləşdirir. Yalnız müəyyən istisnaları çıxmaq şərtilə. Qanunvericiliyə görə, bütün subyektlərin qanunları da Azərbaycan Respublikasının qəbul etdiyi Konstitusiyanın müddəaları ilə uyğunlaşdırılmalıdır. MR Ali Məclis sədri, Baş nazir seçilməyə olan tələblərlə bağlı olan yaş məhdudiyyətləri də Azərbaycanın ümumi Konstitusiyası ilə uyğunlaşdırılıb. Burada xüsusi bir məzmun dəyişikliyi və ya bir qədər əvvəl Azərbaycanda keçirilən referendumdan irəli gələn tələblərlə ziddiyyət təşkil edən nəsə görmürəm. Təklif edilən yeniliklərin hamısı Azərbaycan Konstitusiyasına uyğunlaşdırılıb. Məntiqlə də bu baş verməli idi. Hörmətli Vasif Talıbov da məhz bu amilləri nəzərə alaraq belə bir dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürüb. Çox normal və təqdirəlayiqdir. Belə olmasaydı, yerli subyektlərin yerləşdirdiyi vəzifəli şəxslərlə bağlı müəyyən tələblər Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edərdi. Naxçıvan Ali Məclisi tərəfindən belə məsələyə operativ reaksiya verilməsi yalnız bəyənilməlidir. Beləliklə, hüquqda vacib olan qanunda ierarxiyanın qorunması kimi prinsipə tam əməl olundu”.

Məhəmmədəli QƏRİBLİ
azinforum.az

XƏBƏR LENTİ