Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib

Tarix:20-10-2017, 12:43 Baxış Sayı:406

Qazaxda icra başçısı 2-ci qrup əlili “həsir-yesir” edib

Dünən Qazax rayon sakini Sarabəyim Hacıyeva tərəfindən yazılmış şikayət məktubu “Gündəm Xəbər”ə daxil oldu

Şikayətçi xanımın məktubdan bəlli olur ki, Sarabəyim Hacıyevanın həyat yoldaşı 1994-cü ildə şəhid olub, özü isə 33 il müəllimə işləyib və hal-hazırda da 2-ci qrup əlildir.
O, məktubunda qeyd edir ki, “Qazax RİH-nin başçısı Rəcəb Babaşovun birbaşa sifarişi ilə mənə qarşı dələduzluq maddəsi ilə cinayət işi başladılıb və qonşularımın imzası ilə, düzülüb-qoşularaq əleyhimə şikayət məktubu da hazırlanıb. Ötən illərdə rayonun əvvəlki göz xəstəxanasından bir otaqlı mənzil almışdım. Bu gün mənə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılmasını sifariş edən Rəcəb Babaşov, sabiq icra başçılarının vaxtında həmin binadan satılan evlərə “makler”lik edən bir neçə şəxsi irəli çəkdi. Mən Rəcəb Babaşovun qorxusundan düz səkkiz aydır ki, Bakıda gizli həyat yaşamağa məcbur olmuşam. Baş Prokuror Zakir Qaralovun Gədəbəy rayonunda qəbulunda oldum, dərdimi danışdım, ancaq yenə də faydası olmadı. Mən deyərdim ki, vəziyyət daha da betər oldu. Az sonra Rəcəb Babaşov mənə “ksiva” göndərərək bir daha problem yaşamayacağımı dedi. Elə ki, mən gözümdən əməliyyat olunmaq üçün Türkiyəyə getmək istədim və əməliyyat pulunu da əvvəlcədən ödədim. O zaman hava limanında olarkən qarşıma “STOP” qoyulduğunu bildirdilər ki, üzərində cinayət işi var, odur ki, sən ölkədən çıxa bilməzsən. Beləliklə, 2-ci qrup əlil və şəhid ailəsinin üzvü olaraq, evimin əlimdən alınması qalsın bir yana, əməliyyat üçün ödədiyim pullar da batdı. Nəzərə alsaq ki, Türkiyədə belə bir əməliyyatın həyata keçirilməsi üçün ən azından 15 min dollar lazım gəlir. Belə olan halda Rəcəb Babaşovun və onun kadrlarının mənə vurduqları maddi ziyanla bağlı keçirdiyim mənəvi sarsıntının həcmini təsəvvür etmək, yəqin ki, o qədər də çətin olmaz”.

//”Gündəm Xəbər”

XƏBƏR LENTİ