Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Ötüş yarışına çıxar avtomobillər İmişli Rayon sakinin ölümünə səbəb oldu - cinayət gizlədildi

Tarix:28-10-2017, 22:31 Baxış Sayı:960

Ötüş yarışına çıxar avtomobillər İmişli Rayon sakinin ölümünə səbəb oldu - cinayət gizlədildi

“Ötüş yarışına çıxan avtomobillər İmişli Rayon sakinin ölümünə səbəb oldu və işi araşdıran müstəntiq subutları saxtalaşdırıb hadisəni törədən şəxsləri necə məsuliyyətdən yayındırdılar?”



İmişli Rayon Rəsullu kənd sakini Fərəcov Amil İbrəhim oğlu redaksiyamıza müraciət edərək oğlunun ölümü ilə bağlı AR CM-nin 263.2-ci maddəsi ilə başlnmış 150700014 nömrəli cinayət işi üzrə sübutların saxtalaşdırılması faktları ilə bağlı Prezidentimizə və ölkənin Baş Prokuroruna açıq müraciət edir. Yeni açılmış hallar üzrə işin yenidən araşdırılması və hadisəyə səbəb olan şəxslərin qanunla məsuliyyətə cəlb olunmaları məqsədi ilə onu İmişli rayon PŞ-nin İB-nin müstəntiqi polis mayoru Nazim Hümbətovla, İmişli rayon prokuroru və Saatlı rayon prokuroru ilə birgə şəxsən qəbul edilməsini xahiş edir.

18 mart 2015-ci il tarixdə saat 08:30 radələrində Saatlı rayonun Hacıqasımlı kənd ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ötüşmə yarışı keçirən Ramal və avtomobil sürücüləri həmin yolda hərəkət edən İmişli rayon sakini Fərəcov Nizam Alim oğlunun idarə etdiyi “KİA CERATO” markalı avtomobili sıxışdırmaqla yoldan çıxarılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində, 1981-ci il təvəllüdlü İmişli rayon sakini Fərəcov Nizam Alim oğlunun ölümü ilə nəticələnmişdir. Faktla bağlı cinayət işi başlansada hadisə ilə bağlı sübutları saxtalaşdırılma nəticəsində cinayət işinə xitam verilmişdir.

Həmin ötüş yarışı keçirən yüksək surətlə hərəkət edən avtomobillərdən biri hadisəni görən zaman idarə etdiyi avtomobili, Fərəcov Nizam Alim oğlunun idarə etdiyi “KİA CERATO” markalı avtomobilin yoldan çıxma yerindən 9 metr qarşıda tormoz verməsi nəticəsində saxlamışdır. Hadisə yerində həmin hadisəyə səbəb olan şəxsin idarə etdiyi avtomobilin şinlərin izləri 26,22 metr təşkil edirdi. İşi aparan müstəntiq isə şəxsi maraqlardan hadisə yerinə baxış zamanı həmin tormoz izini 42 mert kimi qeyd etmişdir.

Məhz ölümlə nəticələnən bu cinayət hadisəyə səbəb olan işdə təqsirkar şəxslərin məsuliyyətdən yayınması məqsədi ilə hadisə yerində olan həmin şinlərin izlərini saxtalaşdırmaqla guya ölən şəxsin avtomobilinə məxsus olması kimi işi aparan müstəntiq tərəfindən təsvir edilmişdir. Məhz həmin hadisədə ötüş yarışı keçirənlərdən biri Saatlı rayonun Qırağlı kəndində yaşayan Hakimov Ramal İlham oğlu olub.Ramal adlı həmin şəxs idarə etdiyi qırmızı rəngli VAZ-21074 markalı 49-BE-971 dövlət nömrə nişanlı avtomobili şinlərinin izini örtbastır edilmiş və ibtidai araşdırmada tamamilə yalan olaraq həmin şinlərin izlərinin ölən şəxsin avtomobilinə məxsus olması kimi qeyd etmişlər. Həmin hadisəyə səbəb olan avtomobillərdən biri yani, Saatlı rayonun Qırağlı kəndində yaşayan Hakimov Ramal İlham oğlunun idarə etdiyi qırmızı rəngli VAZ-21074 markalı 49-BE-971 dövlət nömrə nişanlı avtomobilinə 12 fevral 2016-cı il tarixdə baxışın keçırılməsi barədə protokol tərtib edilmişdir. Həmin protokolda düzgün və hüquqi ədalətli tərtib edilməmişdir. Həmin protokolda yalnız polis əməkdaşları iştirak etmişdir. Hadisə zamanı şahidlərə təzyiq göstərildiyindən hadisə zamanı həqiqətdə başa verən mühüm faktları gizlətmişlər və sadəcə bu cinayət işində hadisəni törədən şəxslərin məsuliyyətdən yayınması üçün və işə xitam verilməsi məqsədi ilə ölümlə nəticələnən hadisəni örtbastır etmişlər. Hazırda bir günahsız şəxsin ölümünə səbəb olan şəxslər azadlıqdadır. Bundan başqa istintaq zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən şahid qismində cəlb edilməli şəxsin bir neçə gün gözləyərək, Balakən ərazisindən Rusiya Federassiyasına keçməsindən sonra onun barəsində sorğu göndərilərək axtarışa verilməsi və sonradan cinayət işinə xitam verildikdən sonra geri dönməsi heçdə təsadüfü deyildir. Hadisə zamanı ölən şəxsin “KİA CERATO” markalı avtomobilin ötüşən avtomobillər tərəfindən sıxışdırılan zaman yolundan çıxarılma yeri tam aydın vəziyyətdə görsəndiyi bir halda işi aparan müstəntiq hadisəyə səbəb olan, örtbastır edilən avtomobilin hadisə zamanı qoyduğu şinlərin izlərinin qurtardığı yeri yalan olaraq ölən şəxsin avtomobilin yoldan çıxması yeri kimi təsvir etmişdir. Halbu ki, Fərəcov Nizam Alim oğlunun idarə etdiyi “KİA CERATO” markalı avtomobilin yoldan çıxmaqla, orada olan torpaq təpəsini dağıtmış və yulğun ağacları kökündən çıxarmış, sınması müşahidə olunaraq müəyyən olunmuşdur. Nəzərə alaq ki, müstəntiqin göstərdiyi yer ölən şəxsin avtomobilinin yoldan çıxması ərazidən 12 metr arxada yerləşirdi. Bunu təsdiq edən foto şəkillər faktlar və digər sübutlar var. ölən şəxs Fərəcov Nizam Alim oğlu siqaret çəkən spirtli içkilər qəbul edən şəxs deyildir. İş materialları ilə hadisə zamanı Fərəcov Nizam Alim oğlunda sərxoşluq və yoldan çıxmasında özünün hər hansı bir səbəbi aşkarlanmamışdır. Sadəcə işi aparan müstəntiqi və bu araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokuroru çox yaxşı başa düşmək olar. Çün ki, onların məqsədi hadisənin səbəbkarlarını tapmaq və məsuliyyətə cəlb etmək deyildir, görünür onların məqsədi ölümlə nəticələnmiş hadisəyə səbəb olan şəxsləri şəxsi maraqlardan məsuliyyətdən azad etmək idi. Deyilənlərə görə Fərəcov Nizam Alim oğlunun idarə etdiyi “KİA CERATO” markalı avtomobilin yoldan çıxmaqla yoldan kənarda şor su kollektoruna düşməsində sürücü hələdə sağ imiş və onun həyatını xilas etmək mümkün olarmış. Hadisə zamanı onun maşından çıxaran 2-3 nəfər şəxslər olub və həmin şəxslər polis əmkdaşlarının qohumları olması istisna deyildir. Həmin şəxslər can verən sürücüyə kömək etmək əvəzinə təxminən 7-8 metr kənarda suya atılması, köməksiz vəziyyətdə qoyub qaçması,bu gündə kimi digər sadalanan ziddiyyətli hallarla birgə hələdə qaranlıq qalmaqdadır. Bildiyimizə görə bu dəşətli ölümlə nəticələnən hadisə ilə bağlı araşdırmanın qeyri obyektiv aparıldığından nəticəsi ilə razılaşmayan Azərbaycan Respublikası Baş Prokurorun Birinci müavini II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov yoldaşları cinayət işi üzrə icraata xitam verilməsi haqqında 12 fevral 2016-cı il tarixli Qərarını 01 aprel 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Bu hadisədə təhqiqat və istintaq həqiqətə uyğun olmayan ifadələr əsasında və hadisə yerinə baxış zamanı hadisənin baş verilmə dəqiq yeri və digər halları saxtalaşdırmaqla ədalətsiz qənayətə gəlmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun 30 sentyabr 2016-cı il tarixli qərarı ilə , Saatlı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Q.İsmayılovun 14.09.2015-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralovun 30 noyabr 2015-ci il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai ustintaqın aparılması İmişli rayon polis şöbəsinin istintaq bölməsinə həvalə edilməsi bir daha təsdiq edir ki,AR CM-nin 263.2-ci maddəsi ilə başlnmış 150700014 nömrəli cinayət işi düzgün, obyektiv vəhərtərəfli prosessual qanunvericiliyin tələblərinə tam uyğun dəqiq araşdırılmamışdır. Demək olar ki iş üzrə şahidlərin bütün ifadələrində olan ziddiayyətlər müstəntiq və prokuror tərəfindən nəzərə alınmamışdır.

Buna baxmayaraq işi aparan müstəntiq və istintaqa nəzarət edən prokuror buna məhəl qoymayaraq cinayət işinə xitam verilməsi və hadisəyə səbəb olan şəxsləri məsuliyyətdən azad edərək, demək olar ki bütün olan istintaq materialların sübütlarını saxtalaşdırmaqla həqiqətə uyğun olmayan məlumatlarla əvəz etmişlər. Bunu təstiq edən kifayyət qədər əldə sübutlar və faktlar var. Ulu öndər Heydər Əliyevin əziyyətlə yaratdığı müstəqil və demokratik azərbaycan dövlətində bir insanı öldürüb,sonra isə hadisəyə səbəb olan şəxsləri məsuliyyətdən bilərəkdən azad edib işi örtbastır edilməsi hesab edirəm ki, bu yolverilməzdir. Ölən şəxsin atası, təxminən 320 nəfərdən ibarət yaxınları qohumları inanır ki Baş Prokuror cənab Zakir Qaralov və onun birinci müavini peşəkar kadr cənab Rüstəm Usubov yeni açılmış hallar üzrə məsələ ilə bağlı ölən şəxsin hüquqi varisi olan atası Fərəcov Amil İbrəhim oğlunu şəxsən qəbul edib dinləyəcəkdir və bu cinayət işində açılmış yeni hallar üzrə işin araşdırılmasına və əadalətə nail olmaq üçün bütün köməkliyini əsirgəməyəcəkdir. Ölən şəxsin hüquqi varisi olan atası Fərəcov Amil İbrəhim oğlunu aidiyyati ünvanlara üzünü tutb deyir ki, “Sizi and verirəm xalqımızın gələcəyi olan balaca Heydər Əliyevə və onun anası xalqımızın xilaskarı əziz və hörmətli Mehriban xanıma ki, məni bütün sübutlarla birgə şəxsən qəbul edəsiniz, oğlumun ölümündə təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasında mən çarəsiz ataya köməklik edəsiniz və eləcədə cinayət işinin araşdırılmasına ciddi nöksanlara, istintaqda sənədlərə həqiqətə uyğun olmayan məlumatlar daxil edilməsinə yol vermiş məsul vəzifəli şəxslərə qarşı qanunla ölçü götürülməsinə göstəriş verəsiniz.istintaqda baş vermiş bütün ziddiyyətləri sübut etməyə hazıram, hadisə yerində bəzi saxtakarlıqları foto şəkillərlə sizə görsətməyə hazıram.İzahatımı Baş Prokurorun və Rüstəm Usubovun şəxsi qəbulunda işi aparan İmişli rayon PŞ-nin İB-nin müstəntiqin və İmişli rayonrayon prokurorun iştirakı ilə verməyə hazıram.

Bütün iş üçün mühüm əhəmiyyət kəsb edən mövcud lazımi sübütları və faktları şəxsi qəbul zamanı təqdim etməyə hazırıq.



Hörmətlə:
Fərəcov Amil İbrəhim oğlu

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq

XƏBƏR LENTİ