Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Sumqayıtın icra başçısı iş adamlarını hədələyir - Zakir Fərəcovun özbaşınalığı davam edir / Video

Tarix:30-10-2017, 15:20 Baxış Sayı:976

Sumqayıtın icra başçısı iş adamlarını hədələyir - Zakir Fərəcovun özbaşınalığı davam edir / Video

Sumqayıtda iş adamlarının milyonlarla vəsaitinin mənimsənilməsi ilə bağlı ölkə mediasında geniş bəhs olunub. İki ilə yaxındır ki, şəhər icra başçısı Zakir Fərəcovun haqsız təzyiqləri ilə üzləşən onlarla iş adamının müraciətlərinə baxan yoxdur. İcra başçısı haqqını tələb edən insanları polisin əli ilə işgəncələr məruz qoymaqda davam edir. Sumqayıtda haqqını tələb edənlər şəhərdə yaşamaqdan məhrum edilir. Zakir Fərəcov qoçuları və Adil Xudadatov kimi yaxınlarının əli ilə aldatdığı iş adamlarına həmişə vədlər versədə sözünə əməl etməyib. Verdiyi vədləri pozan icra başçısı sahibkarları hədələməkdə davam edir.

Realliq.info xəbər verir ki, Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar , eləcə də işlərin icrasını həyata keçirən iş adamları və fəhlələrin bir qismi dəfələrlə Prezident Adminstrasiyası önündə toplaşıblar. Onlar Baş prokurorun və digər səlahiyyət sahiblərinin qəbulunda olublar. Ölkə rəhbərliyi Zakir Fərəcova iş adamlarına olan borcu qaytarmağı tapşırsa da icra başçısı verilən tapşırıqlara məhəl qoymur.

İş adamları ilə görüş zamanı pulları qaytaracağını bildirsədə bir müddət keçəndən sonra verdiyi sözə əməl etməkdən boyun qaçıran Fərəcovun milyonlarla dövlət vəsaitini mənimsəməsi etirazlara səbəb olub. İcra başçısı Sumqayıt Dənizkənarı Bulvarın yenidən qurulması üçün iş adamlarından aldığı vəsaiti mənimsəyəndən sonra dövlətin ayırdığı vəsaitləri də oğurlamağı bacarıb. Belə ki, iş adamlarının 12 milyon manat borcunu qaytarmaq əvəzinə dövlətin ayırdığı pulu bacısı oğlunun adına açdığı MMC-yə köçürərək "yox" edə bilib.

İş adamlarının milyonlarla vəsaitini qaytarmaqdan imtina edən icra başçısı onların susması üçün bütün qanunsuz vasitələrə əl atır. "Azər-İnşaat -2009" MMC-nin direktoru Müqayis Verdiyevin həbsi buna misal ola bilər.
Müqayis Verdiyev, Zakir Fərəcovun tapşırığı ilə 2016-cı ilin oktyabrın 7-də Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həmin vaxt Realliq.info -da gedən məlumatlarda göstərilirdi ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə həyata keçirilib.

Çünki, Sumqayıt şəhəri ərazisində inşa edilən Dənizkənarı Bulvar və Sumqayıt şəhərinin girişində həyata keçirilən abadlıq işləri məhz Müqayis Verdiyevin vəsaiti və onun cəlb etdiyi iş adamlarının vəsaiti ilə, həmçinin onların topladığı işçi qüvvəsi tərəfindən həyata keçirilib.
Müqayis Verdiyevin həbs olunması əslində Zakir Fərəcovun hegomonluğunun növbəti nümünəsi sayıla bilər. Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirən sahibkarın icra başçısından haqqını tələb etməsi onun 1 ildən artıqdır ki, azadlığını əlindən alıb. Lakin susmağı özünə rəva bilməyən və ədalətin bərqərar olacağına inanan iş adamının icra başçısı tərəfindən zindana salınması dəhşətli olduğu qədər də özbaşınalığın son həddidir.

Müqayis Verdiyev kimi haqqını tələb edən digər iş adamları da icra başçısının qanunsuz təzyiqləri ilə üz-üzə qalıblar. Onlar Sumqayıt bulvarı üçün xərclədikləri pulları tələb edirlər. Milyonlarla vəsaiti mənimsəyən Zakir Fərəcov isə etirazlara məhəl qoymur və qaydalara sığmayan əməllərini davam etdirir.

Müqayiş Verdiyevdən başqa Realliq.info zərərçəkmiş 12 iş adamının adlarını və xərclədikləri vəsaiti təqdim edir:

Aydın Abdullayev -119532 manat

İsa Qasımov -136500 manat

Eyvaz Abbasov – 201600 manat

Məhəmməd Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün )

Çingiz Mansurov -248300 manat

Bilal Piriyev – 98339,50 manat

Rəşad Abbasov – 35600 manat

Bəxtiyar Əlinağıyev – 10270 manat

Zöhrab Rzayev – 264280 manat

İlham Məmmədov – 297000manat

Elçin Qarayev – 36000 manat

Allahverdiyev Ruslan - 283 000 manat


Realliq.info qeyd edir ki, sahibkarların da avadanlıqları aldıqları şirkətlərə, eləcə də icra işlərinin yerinə yetirilməsinə görə fəhlələrə borcu yaranıb. Onlar pullarını ala bilmədiyindən fəhlələr və borclular qarşısında çətin vəziyyətə düşüblər. Fəhlələrin əksəriyyəti rayonlardan gəlib işləyib. Kimə müraciət etsələr dərdlərinə əlac edən tapılmır.
Bir müddət öncə iş adamları birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər.
Həmin video müraciəti diqqətinizə çatdırırıq:



Araşdırmalarımız davam edir.

Sumqayıt İcra Hakimiyyəti isə məsələ ilə bağlı heç bir açıqlama vermir.

Realliq.info

XƏBƏR LENTİ