Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

“Bizi dədə-baba yurdundan ermənilər didərgin saldı, indi də burada min zəhmətlə qurduğumuz yuvamızı əlimizdən alırlar,kömək edin!” Prezidentə müraciət

Tarix:30-10-2017, 22:36 Baxış Sayı:319



Goranboyun icra başçısının hakim oğlu qanunsuz məhkəmə qərarı ilə dərnəgüldə yaşayan 20 qaçqın və məcburi köçkün ailəsinin çörək təknəsini baltalayır

Göranboy rayon icra başçısının oğlu, Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyev 1993-cü ildə Ermənistandan və işğal olunmuş Dağlıq Qarabağdan didərgin düşmüş 20 qaçqın və məcburi köçkün ailəsinin yaşadıqları, eyni zamanda çörək qazandıqları ünvanın qanunsuz sökülməsi üçün məhkəmə qərarı çıxarıb. Bu barədə Xeberdar.net-ə 1988-ci ildə Ermənistandan-öz dədə-baba yurdundan qovulmuş, hazırda Bakı şəhəri, Nərimanov rayon, Qarabağ küçəsi,ev 75,mənzil 2 ünvanda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Əsgərova Asya Qasım qızı deyib.
Kiçik sahibkar deyib ki, Qçqın düşdükdən sonar müvəqqəti məskunlaşdıqları ərazidə bələdiyyə ilə müqavilə bağlayaraq Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 507-ci məhəllədə yerləşən 480 kv.m. torpaq sahəsində öz vəsaitləri hesabına yaşamaq üçün ev tikiblər. Soradan isə orada özünün, 20-yə qədər məcburi köçkün və qaçqın ailəsinin dolanışıqlarını təmin etmək üçün kiçik biznes sahəsi yaradıb. Və bütün sənədləşmə işini də qayda-qanunla görüb. Vaxtlı-vaxtında dövlətin vergisini və lazım olan rüsumları ödəyib.Hazırda əlində bütün qanuni sənədləri var. Lakin 2016-cı ildən sonar orada məskunlaşan və işləyən qaçqın və məcburi köçkünlərin qara günləri başlayıb. Buna səbəb isə qonşuluqda yerləşən “Görüş ” kafesinin sahibi Novruzov İntizam Nəriman oğlu onların məskunlaşdığı əraziyə göz dikməsi olub.

İntizam Novruzov kimdir?

A.Əsgərova deyib ki, İntizam Novruzov Əslən Naxçıvandandır. Qonşuluqdakı “Görüş” Kafesinin sahibidir. Gündüzlər kafe işləməsə də, gecələri səhərə kimi həmin kafeni bar kimi işlədirlər. Qaranlıq düşdükdən sonar oraya çoxlu sayda oğlan və qız gəlir.Səhərə qədər orada kef,eyş-işarət məclisləri qurulur. Onun arxasında kimlərsə dayanır. Bundan aidiyyatı qurumların xəbəri olsa da heç kim oraya müdaxilə edə bilmir.
A.Əsgərova deyib ki,“Görüş ” kafesinin sahibi İntizam Novruzov əvvəlcə onlara müxtəlif qeyri-qanuni yollar vasitəsi ilə təzyiq göstərərək ərazidən çıxarmaq istəyib. Qonşuluqdakı hasarı uçurub. 2017-ci ilin iyul ayında gecə saat bir radələrində onun üzərinə hücum da təşkil edib. İntizanın və havadarları onu söyüb təhqir ediblər, hətta viziki güc də tətbiq olunub. Xəsarət aldığı üçün təcili tibbi yardım çağırılıb. Sonar onların mallarını oğurlatmağa başlayıb və maddi ziyan vurub. Gecələr oraya gələn oğlan və qızları əraziyə göndərərək mallarını oğurlatdırıb. Qazel markalı yükmaşınının şüşələrin qırıb. Bu baş verənlərin hamısı isə quraşdırılmış kameraya düşüb.
“Təzyiqlərdən qurtarmaq üçün Sabunçu rayon məhkəməsinə müraciət etdim.Məhkəmə bizim xeyrimizə qərar çıxardı. Bununla razılaşmayan İntizam Novruzov bizim ərazidən çıxarılmağımız üçün 2 saylı İqtisad məhkəməsində mənim əleyhimə iddia qaldırdı. Bu dəfə də məhkəmə mənim xeyrimə olan qərardad çıxararaq onun iddiasını ləğv etdi”-deyə A. Əsgərova bildirdi.
2 saylı İqtisad Məhkəməsinin qərarından Apelyyasiya şikayəti verməyən İntizam Novruzov 6 aydan sonar Nərimanov rayon Məhkəməsinə baş vuraraq yenidən onun əleyhinə iddia qaldırıb. Nərimanov rayon məhkəməsinin hakimi Ramin Quliyevin sədrliyi ilə keçirilən prosesdə isə əvvəlki iki məhkəmənin- Sabunçu rayon Məhkəməsinin və 2 saylı İqtisad Məhkəməsinin qanuni çıxardığı qərara hörmətsizlik edilib. A. Əsgərovanın əleyhinə qərar çıxarılıb.Hazırda iş Apellyasiya məhkəməsinə verilib.
Kiçik sahibkar bildirdi ki,məhkəmə araşdırma aparmayıb və nəyinsə müqabilində bu cür qərar çıxarıb. Çünki İntizam Novruzovun əlində heç bir qanuni sənəd yoxdur. Onun hətta işlətdiyi “Görüş” kafesinin belə qanuni sənədi yoxdur. Əslən Naxçıvandan olan bu şəxs kimlər tərəfindən sə ciddi cəhdlə himayə edilir. Özü də dəfələrlə bunu vurğulayır ki,”mən naxçıvanlıyam, heç kim mənə heç nə edə bilməz. gedin kimə istəyirsiniz şikayət edin. Onsuz da size buradan çıxaracağam.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01 iyul 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında SƏRƏNCAMI imzalayıb. Sərəncamda deyilir:
“Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.”
Baş verənlər onu göstəri ki, hələ də bəzi məmurlar,hakimlər ya Prezidentin sərəncamını saya salmır,ya da sərəncamdan xəbərsizdirlər

P.S.
Mövzunu diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də alınmadı. Dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ