Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

İcra başçısı biznesmen dostu ilə Misirə məzuniyyətə getməyə hazırlaşır? - İddia

Tarix:10-01-2018, 11:07 Baxış Sayı:101

İcra başçısı biznesmen dostu ilə Misirə məzuniyyətə getməyə hazırlaşır? - İddia

Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev istirahətə Misirə gedəcək.

Bu barədə rayondakı mənbələr məlumat verib. Məlumata görə, icra başçısı dekabr ayının 29-dan məzuniyyətinə çıxıb. İlk baxışdan adi görünən xəbərin maraqlı tərəfi odur ki, icra başçısı budəfəki məzuniyyətini Azərbaycanda yox, Aralıq və Qırmızı dənizin sahilində yerləşən Misirdə keçirəcək.

Məlumata görə, Vaqif Abdullayev artıq Misir səfərinə hazırlaşmağa başlayıb. Onun hətta Misir ehramlarına da baş çəkəcəyi iddia olunur. Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev tarixi abidələrin çox olduğu şəhərlərə səfər etməyi xoşlayan şəxs kimi xarakterizə olunur. Onun bu məqsədlə son illər hər məzuniyyət dövründə dünyanın zəngin mədəni və tarixi məkanlarına getdiyi deyilir. Belə ki, öncəki illərdə icra başçısının qardaş Türkiyə, İngiltərə və Faroe Adalarına səfər etdiyi deyilir.

Məlumatda daha sonra qeyd olunur ki, Vaqif Abdullayev Misirə səfər etməsini çoxdan planlaşdırmağına baxmayaraq, orada qeyri-sabitliyə, xaosa görə, bu plan hər il təxirə salınırmış. Ancaq son bir-iki ildə Misirdə ictimai-siyasi vəziyyətin müsbətə doğru dəyişməsi nəhayət ki, icra başçısının arzusunun reallaşmasına səbəb olub. Vaqif Abdullayevin Misir səfəri ilə bağlı əldə etdiyimiz digər məlumat isə olduqca ilgincdir.

Məlumatda icra başçısının Misir səfərinin maliyyə tərəfini tikinti sektorunda çalışan biznesmen dostunun hesabına həll olunduğu deyilir. Hətta Vaqif Abdullayevin Misirə həmin iş adamı ilə birgə gedəcəyi vurğulanır. O da qeyd olunur ki, biznesmenlə icra başçısının səfər trayektoriyası ilk olaraq eramızdan əvvəl 1332-1323 illərdə Misirə hökmranlıq etmiş Tutankamonun məzarı yerləşən Fironlar (Krallar) vadisinə, daha sonra Misirin ən böyük piramidalarından olan Xeopsa olacaq. Bundan sonra isə turistik səfərin "Şarm Əl-Şeyx"də yekunlaşacağı deyilir.

Xəbəri dəqiqləşdirmək üçün Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanovla əlaqə saxladıq. Telman Məstanov Vaqif Abdullayevin Misirə dedəcəyi ilə bağlı yayılan xəbərin həqiqəti əks etdirmədiyini söylədi.

Hazırda İcra başçısı ilə Misirə gedən iş adamının kimliyini üzərində saytımız dəqiqləşdirmələr aparır./qlobal.az/

XƏBƏR LENTİ