Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Beyləqan RMX qapılarının zəncirlə bağlanması əmrin verən Əli Məmmədovdan Prezidentə kollektiv şikayət

Tarix:10-04-2018, 02:03 Baxış Sayı:1 138

Beyləqan RMX qapılarının zəncirlə bağlanması əmrin verən Əli Məmmədovdan Prezidentə kollektiv şikayət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına



Surəti: Azərbaycan RespublikasınınBirinci vitse-prezidenti əziz və hörmətli Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə

Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili(OMBUDSMAN) xanım Elmira Süleymanovaya

Surəti: Azərbaycan Respublikasının Milli Məclisinin sədri cənab Oqtay Əsədova

Surəti: Azərbaycan Respublikasının Baş Prokurorur I müavini cənab Rüstəm Usubova

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova


[u]Vətəndaşlar: Qasımov Vüqar Vaqif oğlu tərəfindən.
Ünvan: AZ-1200, Beyləqan şəhəri, N.Nərimanov küçəsi, ev 21.

Ş i k a y ə t



Dövlət əleyhinə və Prezidentimiz cənab İlham Əliyevə qarşı fəaliyyət görsədənlərə Allah lənət eləsin.

Yazıb Sizin nəzərinizə çatdırıram ki, biz Sizə həmişə olduğu kimi, Sizin əziyyətlə yürütdüyünüz dövlətimizin parlaq gələcəyi olan siyasətinizi daima dəstəkləyirik və Sizə səs verəcəyik.

Təəsüflər olsun ki, Səhiyyə nazirliyində baş verən özbaşınalıq və qanun pozuntusu biz vətəndaşları Prezident seçkiləri ərəfəsində dövlətdən narazı salmağa çalışırlar.

04.04.2018-ci il tarixdə, gecə saat təxminən 01:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yüksək təzyiqlə yaşlı vətəndaş Nəsirov İsmayılı gətirərərkək növbədə olan tibbacısı zəncirlə qapını bağlamış və uzun sürən xahişlərdən sonra otaqdan çıxaraq biz vətəndaşa bildirmişdir ki, -“baş həkim Əli tapşırıb ki, vətəndaş ölsədə belə qəbul etməyin. Əgər müraciət edən xəsdə vətəndaş xəstəxanadan getmirsə DİN 102 xidmətinə zəng edin onları həbs etsinlər”. Tibb bacısının adını və soyadını dəfələrlə soruşsaqda gizlədərək deməmişdir.

Tibb bacısının dediyinə görə guya AR DİN cənab Ramil Usubov Beyləqan MRX-nın baş həkimi Əli Məmmədova xüsusi tapşırıq verib ki, gecə saatlarında müraciət edən xəstə vətəndaşları qəbul etmədən həbsə salın. Biz təbii ki buna inanmırıq. Mən dərhal bu barədə AR DİN 102 xidmətinə məlumat verdim.

Səhiyyə nazirliyi barədə şikayət etdiyimə görə, mən vətəndaşa və qohumlarınma qarşı təqib və təzyiqlər baş verdi.

Səhiyyə nazirliyin hüquq şöbəsinin məsul şəxsi Elxan adlı şəxsi arxa tarixlə, şəxsi qəbulla bağlı mənə məktub göndərərək artıq müddəti keçmiş, məktub gönrərərib.
Bunu təsdiq edən bütün sübütlar vardır.

Elxan müəllimlə bağlı şikayət etdikdən sonra mənim qohumum olan azərbaycan qadını, Beyləqan şəhər sakini Məmmədova Nuranə Mübariz qızına qarşı 29.03.2018-ci il tarixdə, saat təxminən 15:00 radələrində Ankoloji xəstəxanasında həkim Elçin Mansurov yalan olaraq şəxsi maraqlar güdərək saxta rəy verməklə, vətəndaşla nəzakətsiz davranmaqla,heç bir müəyinə etmədən, ona bildirmişdir ki, -“ Sən niyə bu dünyaya gəlmisən? Sən xərçəng xəstəliyinin qurbanına çevrilmisən”. Ankoloji xəstəxanasında həkim Elçin Mansurovun dediyinə görə ona bu cür ədəbsiz davranmağa və belə bir həqiqətə uyğun olmayan rəy verməyinə Səhiyyə Nazirliyi göstəriş veribdir. Elçin Mansurov Səhiyyə Nazirliyin belə bir saxta rəy verməklə və azərbaycan qadının həyatını bir oyuncağa çevirərək, müayinədən keçirmədən yalan olaraq xərçəng xəstəliyi barədə saxta rəy vermiş.


Elçin Mansurovun saxta rəyi və vətəndaşı müayinədən keçirmədən ədəbsiz rəftarı həmin vətəndaşın stres və az qala özünü intaharına gətirib çıxarmışdır. Elçin Mansurovun dediyinə görə ,-"Mənim kefim necə istəyir o cür də rəy verirəm, gedin işinizlə məşğul olun". Halbu ki, dövlətimizin qanunlarına əsasən vətəndaşın ərizə və müraciətinə görə ərizəçiyə təzyiq göstərmək , onu təqib etmək qadağandır.

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna zidd hərəkət edən Prezident seçkiləri ərəfəsində biz vətəndaşları dövlətdən narazı salması məhz xaricdə fəaliyyət görsədən antiazərbaycan qüvvələrin bir mənalı niyyətləridir. Bu şəxslərin şəxsiyyəti və xaricdə mümkünəlaqələrinin yoxlanılmasın azərurət yaranmışdır.

Hörmətli cənab Prezident!

Elçin Mansurov məni və qohumlarımı dövlətdən narazı salmağa məcbur edir. Təbii ki, bunu araşdırmaq aidiyyati nazirliklərin və dövlət orqanların səlahiyyətindədir.
Xahiş edirəm Prezident Administrasiyasında qəbul medəsiniz və bu şəxslərin qanunsuz dövlət əleyhinə yönəlmiş hərəkətlərinə tez bir zamanda hüquqi qiymət verəsiniz.

Xahiş edirəm, bu şəxs istifadəsində olan telefon danışıqlarının xaricdə mümükün əlaqələrinin yoxlanılması və eləcədə Prezident seçkiləri ərəfəsində yol verdikləri ciddi qanun pozuntularına qarşı ölçü götürəsiniz və əvəlcədən vaxtında rəsmi məlumatlandıraraq mənim iştirakımla araşdırma aparasınız.

Sizi and verirəm Ulu öndər Heydər Əliyevin ruhuna, Sizi and verirəm Prezidentimiz və azərbaycanın gələcəyi olan İlham Əliyev cənablarına və onun xanımı çox hörmətli əziz Mehriban Əliyevə ki, bu məsələni ciddi araşdırasınız və bu şəxslərə qarşı qanunla müvafiq ciddi tədbir görəsiniz.

İnanıram ki heç olmasa mənim bu ərizəm örtbastır edilməyəcək.



Hörmətlə,

Vətəndaş Qasımov Vüqar Vaqif oğlu,

04.04.2018-ci il

XƏBƏR LENTİ