Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

SALYANIN HƏRBİ KOMİSSARI NAMİQ OSMANOV MADDİ DURUMU AĞIR OLAN MƏCBURİ KÖÇKÜNDƏN NƏ İSTƏYİR? - FOTO

Tarix:22-02-2019, 16:42 Baxış Sayı:412

SALYANIN HƏRBİ KOMİSSARI NAMİQ OSMANOV MADDİ DURUMU AĞIR OLAN MƏCBURİ KÖÇKÜNDƏN NƏ İSTƏYİR? - FOTO

Mənim evim yox,işim yox,bir tərəfdən də polkovnik-leytenant Namiq Osmanov məni çox incidir,məhkəmələrdə süründürür,məndən böyük miqdarda pul tələb edir"

Füzuli rayonundan olan məcburi köçkün Hacıyev Yasin Cahangir oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin rəisi Namiq Osmanovdan şikayətçidir. Bu barədə o Bolgexeber.com-a müraciətində bildirib.
Belə ki, Yasin Hacıyevin bildirdiyinə görə keçən ilin noyabr ayında o idarə etdiyi 50 CF 961 Ford Transit avtomobili ilə Salyan rayonu ərazisində hərəkət edərkən qəza törədib və nəticədə qarşı tərəfin Land Rover Discovery markalı 99 FF-088 nömrəli avtomobili zədələnib. Hərbi komissarın avtomobili evakuatorla Bakıdakı,ona yaxın olan avtomobil servisinə aparılıb . Namiq Osmanov avtomobilini ,sığorta təşkilatının dəymiş ziyan haqda müəyyən etdiyi məbləğ haqda qərarını gözləmədən özbaşına servisdə ustalara düzəltdirib.Yasin Hacıyevə isə bəyan edilib ki, avtomobilə 13500 manat ziyan dəyib və Yasin Hacıyev tələb olunan,çəkilən xərci ödəməllidir.

Halbuki,dəymiş ziyanı hərbi komissar Namiq Osmanov özü yox,müvafiq sığorta qurumu müəyyən etməlidir.Son nəticədə Namiq Osmanovun deyilən şişirdilmiş məbləği ödəməyə imkanı olmadığından və o bunun ədalətsiz olduğunu hesab etdiyindən iş məhkəməyə göndərilib. Yasin Hacıyevin Bolgexeber.com-a bildirdiyinə görə avtomobilə real olaraq heç 6000 manat ziyan dəyməyib.Bundan başqa Yasin Hacıyev düşünür ki,Namiq Osmanov hərbi komissar olaraq vəzifə səlahiyyətindən,tutduğu mövqedən və şəxsi əlaqələrinə arxayındır və bunlardan istifadə edərək məhkəməyə təsir etməyə çalışır.Bununla o imkansız məcburi köçkünə qarşı haqsızlıq edir ki,bu da onun tərəfindən nə mənəvi,nə də hüquqi çərçivəyə sığmayan əməldir.
“Hesab edirəm ki, hərbi komissar Namiq Osmanovun məndən tələb etdiyi məbləğ çox şişirdilib. Mənim maddi vəziyyətim son dərəcə ağırdır . Gəlib mənim yaşayışıma da baxa bilərlər.Mən 350 manat maaşa sürücü işləyirdim . Çətinliklə ailəmi dolandırıram . Mənim o qədər pulu ödəməyə imkanım qətiyyən çatmır. Gəlsinlər mənim yaşayış durumuma , evimin şəraitinə baxsınlar ,ondan sonra şişirdilmiş o qədər pulu məndən tələb etsinlər. Əgər məhkəmədə mənim bu işimə ədalətlə baxılmasa mən ailəmi,uşaqlarımı da götürüb gedəcəm bibaşa Prezident Aparatının qabağına şikayətə ki,dövlət məmurları məni qoymur yaşamağa. Mənim evim yox,işim yox,bir tərəfdən də polkovnik-leytenant Namiq Osmanov məni çox incidir,məhkəmələrdə süründürür,məndən böyük miqdarda pul tələb edir. Mən hörmətli cənab prezidentdən mənə edilən bu haqsızlığa qarşı tədbir görülməsinə göstəriş verməsini xahiş edirəm. ”,-şikayətçi bildirib.//Bolgexeber//
SALYANIN HƏRBİ KOMİSSARI NAMİQ OSMANOV MADDİ DURUMU AĞIR OLAN MƏCBURİ KÖÇKÜNDƏN NƏ İSTƏYİR? - FOTO

XƏBƏR LENTİ