Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

“Amil Masallı rayon məhkəməsinə rüşvət kimi vermək üçün bizdən 10100 manat pul aldı”

Tarix:13-03-2019, 13:14 Baxış Sayı:140

“Amil Masallı rayon məhkəməsinə rüşvət kimi vermək üçün bizdən 10100 manat pul aldı”

BakuNews.az-a Masallı rayon Tatyanoba kənd sakini Qurbanov Amil Əlizadə oğlu ilə bağlı olduqca ilginc məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Amil Əlizadə 99 DK 969 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobillə Masallı-Bakı marşrutu ilə taksi xidməti göstərsə də, özünü onu tanımayan adamlara vəkil kimi də təqdim edir. Xatırladaq ki, Amilin vəkil paltarında çəkdirdiyi şəkildə redaksiyaya daxil olub. Lakin bu məlumat məsələnin yalnız bir tərəfidir. Keçək mətləbə.
“Amil Masallı rayon məhkəməsinə rüşvət kimi vermək üçün bizdən 10100 manat pul aldı”

Rayondakı mənbədən redaksiyaya daxil olan məlumata görə bir müddət öncə Qurbanov Amil onunla eyni marşrutda işləyən 4 nəfər - Ağayev Teymur, Mikayılov Vüqar Fərasət oğlu, Abbasov Hormuz Hüseyn oğlu və Fərzəliyev Ramiz haqqında Masallı rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Amil müraciətində həmin 4 nəfərin onu toy mərasimlərinin birində döydüklərini, ağır küçə söyüşü ilə təhqir etdiklərini iddia edir. Əslində isə belə hadisə hər hansı toy mərasimində baş verməyib. Mənbənin bildirdiyinə görə bu Amilin ilk “işi” deyil. Xatırladaq ki, məlumatı verən mənbə bildirir ki, Amil bu tip yanlış məlumatlarla polisin də normal iş rejiminə mane olur. Bu şəxsin mahiyyətinin ayrı-ayrı şəxsləri şərləməkdən ibarət olduğunu deyən mənbə əlavə olaraq bildirdi ki, rayon ağsaqqlarının müdaxiləsi ilə tərəfləri olmayan davadan sonra belə barışdırıblar. Lakin planının baş tutmadığını görən Amil bu dəfə yeni metoda əl atıb. İş tam araşdırılmadan məhkməyə göndərildiyi üçün bulanıq suda balıq tutmaq istəyən Amil, həmin 4 nəfərə, ona 10100 manat verəcəkləri təqdirdə şikayətini geri götürəcəyinin bildirib. Onu da xatırladaq ki, Amil həmin 10100 manatı məhz Masallı rayon məhkəməsinə verəcəyini iddia edib. Şərə məruz qalan 4 nəfərlə bağlı məhkəmə prosesi bir neçə dəfə baş tutub. Məsələnin bu həddə çatdığını görən Ağayev Teymur, Mikayılov Vüqar Fərasət oğlu, Abbasov Hormuz Hüseyn oğlu və Fərzəliyev Ramiz Amildən pullarını geri istəyiblər. Bu barədə Amillə tərəflər arasındakı, eyni zamanda Amilin pulu aldığını təsdiq etdiyi səs yazısıda redaksiyaya təqdim edilib. Və telefon danışığında Amil pulu aldığını təsdiq edir, eyni zamanda həmin məbləği Masallı rayon məhkəməsinin hakiminə təqdim edəcəyini bildirir. Xatırladaq ki, məhkəmə hakimi dövlət məmurudur. Dövlət məmurunun adından istifadə etmək isə cinayət məsuliyyəti yaradır. Və bu hal külli miqdarda olduqda isə daha ciddi hal alır. Görəsən aidiyyatı dövlət strukturlarının bu məsələdən xəbəri varmı? Biz mətbuat olaraq bu cür ciddi faktı Masallı rayon prokurorluğunun və məhkəməsinin nəzərinə çatdırmağı özümüzə borc bildik. Amma bir nüansı da diqqətdən qaçırmadıq. Amilin avtomobilinin foto və video görüntüləri də redaksiyaya təqdim edilib. Foto və video görüntülərdən görünür ki, Amilin avtomobili qara pərdələrlə örtülüdür. Əcəba axı qanun bu icazəni may ayından tətbiq etdiyi halda, görəsən nədən qanunun bu bəndinin Amilə aidiyyatı yoxdur. Bax bundan xəbərimiz yoxdur demək isə inandırıcı deyil. DYP hara baxır?

Redaksiya yazıda adı çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırdır.

BakuNews.az

XƏBƏR LENTİ