Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

Ağstafa İcra Hakimiyyətində on minlərlə manat necə "yeyilib"?

Tarix:15-04-2019, 09:20 Baxış Sayı:47

Ağstafa İcra Hakimiyyətində on minlərlə manat necə "yeyilib"?

Ağstafa RİH görülməyən işə görə podratçı şirkətə 27 min manat ödəyib.

ONA-nın məlumatına görə, audit 2014-2017-ci illər və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Ağstafa Rayon İcra Hakimiyyətinin sifarişinə əsasən, Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmiri üzrə 2018-ci ilin dekabr ayının 3-dən 15-dək aparılıb.

Ağstafa rayon Mədəniyyət Evinin əsaslı təmiri obyektinin layihə-smeta sənədləri şirkət tərəfindən hazırlanıb və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin 2014-cü ilin sentyabr ayı üzrə artım əmsalı 28,53 olmaqla, ehtimal olunan müqavilə dəyəri 650,1 min manat təyin edilib. Agentliyin müvafiq razılıq məktubu əsasında 650 min manat məbləğdə podratçı ilə birbaşa (bir mənbədən) satınalma müqaviləsi bağlanıb, 650 min manat məbləğində işlərin yerinə yetirilməsi "İşlərin qəbulu haqqında Akt” lar ilə rəsmiləşdirilmiş və vəsait ödənilib. Obyektin tikintisi 2014-cü ilin oktyabr ayında başa çatmış və 2017-ci il 23 iyun tarixində qəbul komissiyasının müvafiq Aktı ilə istismara qəbul edilib.

Obyekt üzrə avadanlıqların dəyəri ƏDV-siz 177 min 600 manat məbləğində hesablanıb, faktiki 121 min 315 manat dəyərində avadanlıq quraşdırılıb. Avadanlıqlar üzrə yaranmış 56 min 285 manat fərq birbaşa podrat işlərinə aid edilərək xərc edilib. Yerinə yetirilməyən işlərin 2014-cü ilin oktyabr ayında tərtib edilmiş "İşlərin qəbulu haqqında Akt”a daxil edilərək podratçıya 27 min 298,4 manat məbləğində artıq vəsait ödənilməsinə yol verilib.

Bununla yanaşı, smeta sənədlərində nəzərdə tutulmuş və "İşlərin qəbulu haqqında Akt”lara bir sətirlə daxil edilmiş "müvəqqəti bina və qurğular”a görə 5 min 448,6 manat və "nəzərdə tutulmayan işlər və xərclər”ə görə 10842,13 manat, cəmi (ƏDV-siz) 16 min 290,73 manat vəsait podratçı təşkilata ödənilib. Həmçinin, bağlanmış müqavilənin 18.1-ci bəndinin şərtlərinə əməl edilmədən, keyfiyyət zəmanəti kimi saxlanılmalı 32,5 min manat məbləğində son ödəniş texniki təminat müddəti başa çatmadan icraçıya ödənilib.

Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin NÜMUNƏSİ"nin tələblərinə əməl olunmayaraq, podratçı təşkilatdan müqavilənin yerinə yetirilməsi təminatı tələb edilmədən, 650 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.

Satınalmalar keçirilərkən "Dövlət satınalmaları haqqında” qanunun tələblərinə tam riayət olunmayıb. Qanunun tələblərinə uyğun olaraq malgöndərənlərin (podratçıların) ixtisasına dair, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması və Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında iddiaçı (podratçı) təşkilatdan qeyd olunan arayışlar və digər təsdiqedici sənədlər tələb edilmədən ehtimal olunan dəyəri 650 min manat olan obyektin satınalması keçirilib.

Qlobal.az

XƏBƏR LENTİ