Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib

Tarix:9-06-2019, 17:27 Baxış Sayı:25

Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib

“Yayım”Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Lənkəran rayonunun şəhid Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.

Tədbirdən öncə şəhid Ədalət Hüseynovun məktəbin foyesindəki büstünün önünə tər çiçəklər düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan görüşü giriş sözü ilə açan məktəbin direktoru Əliniyaz Ağayev müəllim və şagird kollektivi adından “Yayım” Assosiasiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.

Sonra “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov icra olunan layihənin əhəmiyyəti və məqsədi barədə məlumat verərək görüşdə iştirak edən Qarabağ veteranlarını iştirakçılara təqdim edib.

Görüşdə çıxış edən Qarabağ veretanlarından Malik Əhədov, Zəki Əhədli, İlkin Əkbərov və digərləri ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq gənclərə tövsiyələrini çatdırıblar.

Daha sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədr müavini, yazıçı-publisist Ağamir Cavadov çıxış edərək gəncləri Vətəni sevməyə, onun uğrunda mübarizəyə həmişə hazır olmağa çağırıblar.

Sonda məktəblilərin ifasında vətənpərvərlik mözusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Məktəb kitabxanasına və görüşdə iştirak edən şagirdlərə “Yayım” Assosasiyası tərəfindən vətənpərvərlik ruhunda qələmə alınmış 100-ə yaxın bədii-publisistik kitab və məktəb ləvazimatları hədiyyə edilib

Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib
Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib
Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib

XƏBƏR LENTİ