Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Nazirə şikayət edən müəllimə məhkəməyə verildi

Tarix:13-06-2019, 13:46 Baxış Sayı:211

Nazirə şikayət edən müəllimə məhkəməyə verildi

Bir müddət əvvəl Bolgexeber.com-da Masallıdakı “Viləş” bağçasında mövcud olan qanunsuzluqlardan bəhs edən yazılar dərc olunmuşdur

Xatırladaq ki, həmin yazılar redaksiyamıza Masallı rayonunda fəaliyyət göstərən “Viləş” uşaq bağçasından şikayət məktubu əsasında yazılmışdır.Yazılarda bildirilirdi ki, “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva özəl bağçanı özünün özəl qanunları ilə idarə edir.
Yzıda “Viləş” uşaq bağçasında baş verən çoxsaylı qanunsuzluqlar öz əksini tapıb.Bildirlirdi ki, Şəfa xanıma bağçada mövcud olan problemlər barədə sübutlar gətirilsə də o bunları bir qayda olaraq qəbul etmir.

Yazıda həmçinin qeyd edilir ki, dəfələrlə tərbiyəçilərin, müəllimlərin ucbatından uşaqların başı,gözü,qolu,ayağı zədələnib və onlar göyərmiş vəziyyətdə evə gəliblər. Bu barədə Şəfa xanıma şikayət edəndə isə o həmişə kimi kimi özlərində günah görmür,özünü təmizə çıxardaraqdeyir ki,”uşaqlar evdə,çöldə yıxılıb,siz düz demirsiz”.Valideyinlər bildirəndə ki,”əgər elədirsə onda imkan verin baxaq kameraya görək doğrudanmı uşaqlar bağçada zədə almayıb” o cavab olaraq bildirir ki,bunu edə bilməz,kamera görüntülərini yalnız icra başçısı Rafil Hüseynovun icazəsi ilə baxıla bilər.Bundan başqa bağçada çalışan işçilərin maaşları kartla verilmir.Çünki, Şəfa xanım əmək məcəlləsinin maddələrini pozaraq işçilərin əksəriyyəti ilə əmək müqaviləsi bağlamayıb. Bundan başqa hörmətli prezident İlham Əliyevin ölkədə işsizliyin aradan qaldırması istiqamətində etdiyi böyük səylərin fonunda bağçada işləyənlərin işçi kimi rəsmiləşdirilməməsi də ölkə başçısının göstərişlərinə qarşı çıxmaqdır.

Valideyinlər bildiriblər ki,onlar şikayətlərində çox dərinə gedəndə Şəfa xanım bildirir ki,siz mənə heç nə edə bilmərsiz, mənim arxam möhkəmdir.Mənim arxamda xanım deputat durur. Həmin deputatın kim olduğunu bilsək də açıqlamırıq. Yəqin ki,buna icra hakimiyyəti tərəfindən imkan verilmir.

Yazı dərc olunandan sonra redaksiyamıza əvvəllər “Viləş” uşaq bağçasında işləyən,lakin adıçəkilən bağçada çoxlu sayda özbaşınalıqlarla, qanunsuzluqlarla üzləşdiyindən işdən çıxan Masallı rayon sakini Sevil Nuriyeva müraciət etmişdi. Sevil Nuriyevanın redaksiyamıza bildirdiyinə görə yazı dərc olunandan sonra məlumata görə “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva artıq işçilərinə maaş kartı paylayıb və işlərinə qanuni don geyindirməyə başlayıb.

Amma çox maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin region üzrə məsul işçiləri görəsən niyə indiyəcən bu bağçada Əmək Məcəlləsinin qanunlarının kobud surətdə pozulmasını görməyiblər? Halbuki,bu haqda dəfələrlə mətbuatda şikayətlər gedib və vətəndaşlar nazirliyə müraciətlər ediblər. Görəsən onlar bu qanunsuzluqları görmürlər,yoxsa görmək istəmirlər sadəcə?!

Bolgexeber.com ilə əlaqə saxlayan Sevil Nuriyeva birdi ki,o adıçəkilən bağçada müqaviləsiz işləyib.Daha doğrusu Şəfa Allahverdiyeva onunla əmək müqaviləsi bağlamayıb.Bundan başqa bağçada digər işçilərlə də əmək müqaviləsi bağlanmayıb.Üstəlik minumun əmək haqqı ölkədə qanunla 180 manat müəyyən olunduğu halda ona qanunsuz olaraq 120 manat maaş veriblər,özü də pul maaş kartı ilə yox,əlbəəl verilib ki,bu da kobud qanun pozuntusudur. Sevil Nuriyeva bildirib ki, “Viləş” uşaq bağçasında əmək hüquqlarının pozulması ilə əlaqədar o artıq Əmək və Əhalinin Sosial Müdafiə Naziri Sahil Babayevə şikayət məktubu göndərib.

P.S.Bu yazılar dərc olunandan sonra məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirinə müraciət edən Sevil Nuriyeva “Viləş” uşaq bağçasının rəhbərliyi tərəfindən məhkəməyə verilib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi "Viləş" uşaq baxçasının rəhbərliyinə müraciət edib və oradan cavab olaraq bildirlilmişdir ki, bağçanın rəhbərliyi Sevil Nuriyeva baxçanın manafeyinə xələl gətirən və reallığa uyğun olmayan məlumatlar yaydığına görə məsələ ilə bağlı məhkəməyə müraciət edib və hazırda məsələ ilə bağlı Masallı rayon Məhkəməsində araşdırma aparılır.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin göndərdiyi məktubda həmçinin bildirilir ki, nazirlik qanunla , işə məhkəmədə baxılacağından məhkəmənin səlahiyyətləri üzrə fəaliyyət göstərə bilməz,bir sözlə şikayəti araşdıra bilməz.

Halbuki ,maraqlı orasıdır ki, Sevil Nuriyeva nazirə şikayətlə müraciət edən zaman baxçanın rəhbərliyi məhkəməyə hələ müraciət etməmişdir.Bundan başqa Sevil Nuriyevanın şikayəti sırf əmək müqaviləsinin olmaması, Əmək Məcəlləsinin qanunlarının bağçada kobud surətdə pozulması ilə əlaqədar olduğu halda bunun baxçanın manafeyinə xələl gətirlməsinə nə aidiyyatı var?!

Nazirə şikayət edən müəllimə məhkəməyə verildi
Nazirə şikayət edən müəllimə məhkəməyə verildi

XƏBƏR LENTİ