Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

DİQQƏT! İsmayıllı “Qız Qalası” turizm istirahət mərkəzində müştərilər belə aldadılır -ŞİKAYƏT

Tarix:18-06-2019, 11:01 Baxış Sayı:61

DİQQƏT! İsmayıllı “Qız Qalası” turizm istirahət mərkəzində müştərilər belə aldadılır -ŞİKAYƏT

İstər real həyatda, istərsə də sosial şəbəkələrdə ictimai iaşə sektorunda olan boşluqlar bizim hər birimizin qarşısına çıxır.

Bəzi hallarda göstərilən xidmətin aşağı səviyyədə olması, bəzi hallarda isə verilən qidaların, keyfiyyətsiz, vaxtı keçmiş olması dəfələrlə media tərəfindən işıqlandırılıb.

“Yeni Gundem” xəbər verir ki,son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirləri nəzərə alsaq, ölkəmizə səfər edən turistlərin sayı gün-bəgün artmaqdadır. Ölkə başçısının yürütdüyü təcrübəli siyasət nəticəsində Azərbaycanı hər gün daha çox insan tanıyır və bu ölkəyə səfər etməyi arzulayır. Nəzərə alsaq ki, Azərbaycan öz milli mətbəxinə görə dünyanın bir çox ölkəsindən yaxşı mənada fərqlənir, bu üzdən düşünürük ki, bu sektorda görülən işlərin qüsursuz olması ən vacib şərtlərdən biridir.
DİQQƏT! İsmayıllı “Qız Qalası” turizm istirahət mərkəzində müştərilər belə aldadılır -ŞİKAYƏT

Ancaq, təssüf ki, Bakı şəhəri və rayonlarımızda vəziyyət ürəkaçan deyil. Yay ayları olduğundan ölkəmizə səfər edən turistrlər, ən çox Qəbələ, Lənkəran, Şamaxı, İsmayıllı, Quba, Qusar və s. səfalı rayonlarımıza üz tuturlar. Bu rayonlarda çoxlu sayda restoran və istirahət mərkəzləri mövcüddür. Ancaq göstərilən xidmət və verilən qidaların keyfiyyəti nə dərəcədədir? Yəqin ki, bu mövzu ilə bağlı ölkə vətəndaşlarının danışacağı çox hadisələr vardır.Bu gün bu movzuya toxunmağımızın səbəblərindən biri də budur. Bu gün bu dırnaqarası istirahət mərkəzlərində baş verən hadisələrin illərlə aparılan siyasətin nəticəsində ölkəmizi bütün dünyaya tanıdan ölkə başçısı cənab prezident İlham Əliyevin əziyyətini heç etmək kimi baxırırıq.

“Yeni Gundem”-e məlumat verən şikayətçi qeyd edir ki, dünən İsmayıllı rayonunun Xanəgan kəndində yerləşən “Qız Qalası” adlı istirahət mərkəzində qarşılaşdığımız mənzərə bizi bu cür düşünməyə vadar etdi. Beləki, təsəvvür edin, internet vasitəsi ilə ölkəmizdə keçirilən tədbirlərin gözəlliyinə valeh olan bir qrup xarici vətəndaş Azərbaycana səfər etmək fikrinə gəlir. Onlar beynəlxalq hava limanında yüksək səviyyəli xidmətdən razı qalaraq Bakı şəhəri ilə tanış olurlar. Möhtəşəm gözəlliklər şəhərimizin ecazkarlığı bir sözlə onları Bakıya aşiq edir. Yerləşdiyi otellər, şəhərimizdə olan təhlükəsizlik, yerli insanımızın və polislərimizin onlara yanaşması və s. Qısa olaraq desək bu turistlər Azərbaycan haqqında çox müsbət fikirdədirlər. Ancaq, birdən onlara kimsə gəzmək üçün İsmayıllı rayonunu məsləhət görsə və onlar yol üstü həmən bu “Qız Qalası” adlı istirahət mərkəzində fasilə edib nahar etmək istəsələr….. Türklər demişkən biz o zaman çatdıq.
16 iyun tarixində bu adı çəkilən məkanda olduq. Kənardan əzəmətli görünüşü ilə bizi cəlb edən “Qız Qalası” bu cür tarixi adı ilə də olsa bizi öz xidməti ilə razi sala bilmədi. Beləki, istirahət mərkəzinə daxil olduq, uzun müddət bizə qulluq etmək üçün insan axtarışına çıxdıq. Uzun müddətdən sonra bizə bir şəxs yaxınlaşdı. Biz ondan çay süfrəsi istəsək də, “ Burda çay verilmir deyə” : cavab verdi. Sözündən onu anladıq ki, gəlmisizsə məcbur yemək yeməlisiniz. Ailə ilə olduğumuzdan başqa yerə getmək vaxt aparacaqdı. O üzdən tox olsaq belə yenidən burda məcburi yemək qərarına gəldik. Həmin şəxsdən bizim üçün kənd çolpası gətirməsini xahiş etdik.
Nəhayət 1 saat 10 dəqiqədən sonra bizə tamamilə başqa adam yaxınlaşaraq bu istirahət mərkəzində kənd çolpası yoxdur. Ancaq kabab sifariş edə biləcəyimizi bildirdi. Biz də bu məkana gəlməmişdən öncə başqa bir yerdə kabab yediyimizə görə fərqli bir şey verə bilərsiniz deyə sual etdik. Uzun dialoqdan sonra, bizə saciçi verə biləcəklərini qeyd etdilər. Süfrəyə gələn soyuq qəlyanaltıların içində qarşımıza qoyulan motal pendirinin isə yararlılıq müddəti keçdiyindən çox acı dadırdı. Adətən motal pendirinin iyi kəskin olsa da hər yerdə eyni iyi hiss etmək olur. Bu pendirin isə rəngindən, fərqli xoş olmayan iyindən və acı dadından hiss olunurdu ki, istifadə müddəti çoxdan keçib. Bu da orda yemək yeyən hər bir müştəri üçün real bir təhlükədir.
Saciçi sevdamızıda ürəyimizdə qoyduqdan sonra, gəlib-gedənin olmadığını, bizim ümumiyyətlə yaddan çıxdığımızı görüb sakitcə bu “İstirahət Mərkəzi”-ni tərk etdik. Onu da vurğulayaq ki, bu məkanda narazı olan müştəri tək bizim masadan deyildi. Ətraf masalardakı insanların , əsəb və neqativ dolu davranışları bu məkanın xidmət səviyyəsinin nə qədər aşağı dərəcədə olduğunu göz önünə gətirirdi.
DİQQƏT! İsmayıllı “Qız Qalası” turizm istirahət mərkəzində müştərilər belə aldadılır -ŞİKAYƏT

Onuda qeyd edimki,bizi bu məkanda məcburi saxlamağa vadar edən səbəb əslində yanımızda olan yaşlı qadının varlığı idi. Çox təssüf ki, bu qadının yanında da çıxılmaz vəziyyətdə qaldıq. Yaşlı bir insanı bir çaya bir tikə yeməyə görə bu qədər gözlətmək həqiqətən haqqsızlıqdır.

Əziz oxucular, sizə sadəcə bir sualım var. Təsəvvür edin ki, bir əcnəbi vətəndaş təsadüfən bu məkanda nahar etmək üçün yol fasiləsi edir. Sizcə bu insanın Azərbaycan haqqında fikirləri bu məkandan çıxandan sonra eyni səviyyədə qala bilərmi?

Minlərlə insanın əziyyəti sayəsində Dünya dövlətləri arasında nüfuzumuzun yüksəlməsi yönündə görülən işlər, sadə bir məkanın məsuliyyətsizliyi ucbatından puç olmaqdadır. Məsələnin ən pis tərəfi isə odur ki, bu cür məkanların sayı azalmaqdansa artmaqdadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq:

XƏBƏR LENTİ