Anons

Dünən, 07:19 - Çində tikintidə uçqun baş verib, ölənlər var

27-03-2017, 23:30 - PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXAN İMİŞLİ RAYON MƏMURU – VİLYAM HACIYEVİN BUNDAN XƏBƏRİ VAR...?

27-03-2017, 15:18 - Vidadi Zeynalovun kef çəkdiyi gizli məkan - Foto

27-03-2017, 15:06 - Azərbaycanda nazir işdən çıxarıldı – Yeni təyinat

27-03-2017, 12:47 - Zakir Fərəcov niyə toxunulmazdır?

26-03-2017, 14:17 - Nazir Ramil Usubova MÜRACİƏT - DYNACORD-dan intihara gedən yol

26-03-2017, 13:18 - S.Mirzəyevin qurduğu 'tamaşa'da G.Əkbərova 1 saylıda direktor...

25-03-2017, 00:06 - Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

24-03-2017, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

24-03-2017, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

Masallı sakinləri təhlükə altında

Tarix:9-07-2015, 11:55 Baxış Sayı:278

Masallı sakinləri təhlükə altında


Masallı rayonunun Hacıtəpə kənd sakinləri uzun müddətdir ki, qorxu altında yaşayırlar; kənddə elektrik dirəkləri qəzalı vəziyyətdədir; rayon rəhbərliyi və "Azərışıq”ın yerli şöbəsi heç bir tədbir görmür...

Hacıtəpədə sakinlər təhlükədə...

Bakunews Arqument.Az-a istinadən əməkdaşı ötən gün Hacıtəpə kəndində olub. Sakinlər bildiriblər ki, elektrik dirəkləri 1963-cü ildən - sovetlər zamanından qalmadır. Elektrik xətləri – paslanmış məftillər də o dövrdə çəkilib. Hazırda isə elektrik xətləri qəzalı vəziyyətdədir, sakinlər hər an təhlükə ilə qarşılaşa bilərlər.

Onların sözlərinə görə, elektrik dirəklərinin və xətlərin qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə və "Azərİşıq” ASC-nin rayon şöbəsinə müraciət ediblər. Amma problem həllini tapmayıb.

Ən dəhşətlisi isə odur ki, elektrik xətləri yaşayış evlərinin, bağların, tövlələrin, - bir sözlə, müxtəlif iaşə obyektlərinin üstündən keçir. Çürümüş dirəklərin adi bir küləkdən yıxılma ehtimalı, məftillərin qırılıb-tökülmə qorxusu var.

İcra Hakimiyyəti və "Azərişıq” yalan danışır...

Sakinlər iddia edirlər ki, İcra Hakimiyyətinə edilən şikayətlərə ümumiyyətlə baxılımır: "Müraciət etdik ki, gəlib təmir etsinlər. Bizə dedilər ki, gedin İşıq İdarəsinə. Orada da göz görə-görə bizə yalan danışdılar. "Azərışıq”ın yerli şöbəsindən deyirlər ki, sizin xətlər 2008-ci ildə təmir olunub, bir də 10 ildən sonra, yəni 2018-ci ildə təmir oluna bilər. Başa sala bilmirik ki, yalan danışırsınız, bu xətlər 1963-cü ildə çəkilən xətlərdir, heç bir təmir işi aparılmayıb”.

Transformator da qəzalı vəziyyətdədir...

Hacıtəpə sakinləri bildirirlər ki, kənddə 1963-cü ildə qoyulan yüksək gərginlikli transformator da qəzalı vəziyyətdədir: "1963-cü ildə qoyulan bu transformatora gələn yüksək gərginlikli xətt az qala 5 km-dən də çox yol gəlir. Halbuki əsas xətt həmin bu transformatorun 500 m-liyindən keçir. Tez-tez qəza baş verir, imkanımız olanda öz hesabımıza təmir edirik, olmayanda günlərlə qaranlıqda qalırıq. Dirəklər çürük, qəzalı, xətlər köhnə yamaqlı, transformator təhlükəsiz yerdə olmaq əvəzinə kənd sakinlərindən birinin həyətində, həm də evinə bitişikdir( Vətəndaş özü də şikayətçidir, dəfələrlə İH-də olub, amma onun şikayətinə məhəl qoyulmayıb). Evində körpə uşaqlar var, qorxuludur həyətdə gəzmək. Bir sözlə, tam faciəvi dərəcədə acınacaqlı bir vəziyyət hökm sürür kəndimizdə”.

Arqument.Az-ın əməkdaşı məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti və "Azərişıq”ın yerli şöbəsi ilə də əlaqə saxlayıb məsələyə münasibət öyrənmək istəyib, ancaq sözügedən qurumlardan bu məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb...

Sözügedən qurumların da mövqeyini dərc etməyə hazırıq.

XƏBƏR LENTİ